Səyyar ASAN xidmət avtobusu

Səyyar ASAN bu bölgələrdə olacaq

12
Səyyar ASAN avtobusları 28 mart – 26 aprel tarixlərində Tovuz, Qax, Astara, Yevlax şəhərlərində əhaliyə xidmət göstərəcəklər

BAKI, 10 apr — Sputnik. Səyyar ASAN xidmət 10-19 aprel tarixində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.  

“ASAN Xidmət”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar avtobuslar 28 mart – 26 aprel Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, 28 mart – 11 aprel Şabran şəhəri və Abşeron rayonunun Masazır qəsəbəsində, 29 mart — 26 aprel  Salyan şəhərində, 3 – 22 aprel Füzuli rayonunun Horadiz şəhərində, Səyyar “ASAN qatar” isə 28 mart – 11 aprel Ağstafa şəhərində vətəndaşların xidmətində olacaqlar. 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. 

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti; 

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi; 

Qandal və pul
© Sputnik / Murad Orujov

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

12
Teqlər:
Səyyar ASAN xidmət, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Horadiz, Ağstafa, Füzuli, Qax
Əlaqədar
“ASAN İmza” problemindən çıxış yolu: özünüzü çətinə salmayın
Səyyar ASAN xidmət bu bölgədədir
"ASAN qatar" yola düşür
Bakıda saxta ASAN-çı ələ keçdi