CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncləri düzgün karyera axtarışına necə yönəltməli?

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidOfis işçiləri, arxiv şəkli
Ofis işçiləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İsmayıllıda "Gənclər gələcəyimizdir" devizi altında tədbir keçirilib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 9 apr — Sputnik. İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü ilə, gənclərin gələcəyinin qurulması və onların düzgün istiqamətləndirilməsi məqsədilə "Gənclər gələcəyimizdir" altında tədbir keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonda gənclərin sərbəst peşə seçimi, bölgənin sosial-iqtisadi inkişafına və tələb olunan sahələrə uyğun karyera axtarışına istiqamətləndirilməsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

© Photo : İlham Ahmadovİsmayıllıda gənclərin gələcyinin qurulması və onların düzgün istiqamətləndirilməsi istiqamətində tədbir olub
İsmayıllıda gənclərin gələcyinin qurulması və onların düzgün istiqamətləndirilməsi istiqamətində tədbir olub - Sputnik Azərbaycan
İsmayıllıda gənclərin gələcyinin qurulması və onların düzgün istiqamətləndirilməsi istiqamətində tədbir olub

Məqsəd fəal şagirdləri idarəetməyə, düzgün karyera axtarışı və peşə yönümünə, təsərrüfatçılığa cəlb etmək olub. Müzakirələrdə dəvət olunan mütəxəssislərin, peşə tədris mərkəzi, məşğulluq mərkəzi direktorlarının, habelə müvafiq qurumların rəhbərlərinin çıxışları və təklifləri dinlənilib. Hər bir təklif geniş müzakirə edilib, icrası üçün ilkin yollar müəyyənləşdirilib, aidiyyəti şəxslərə konkret tapşırıqlar verilib.

Xəbər lenti
0