Pensiyaçılar

Sovet dövründə işləmiş şəxslərin pensiyası yeni qaydada hesablanacaq

3115
Sovet dövründə katib işləyənlər bağlı qanunvericilyə dəyişiklik edilib

BAKI, 8 apr — Sputnik. Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib vəzifəsində çalışan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik edilib. Bu barədə Nazirlər Kabinetindən Trend-ə məlumat verilib.

Verilən məlumata görə, bununla bağlı Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda dəyişiklik edilib.

Yeni dəyişikliyə əsasən, bu siyahıya Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) daxil edilib və onun vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılıb.

3115
Teqlər:
nomenklatur, qanunvericilik, Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi, dəyişiklik, rayon, şəhər
Əlaqədar
Pensiya almaq üçün staj məhdudiyyəti aradan qaldırılır
Bu gün pensiya məsələsi həll olunacaq
Pensiya yaş həddinin artırılması təklifi ziddiyyətlər meydana çıxarıb
Pensiya qanunvericiliyinə ciddi dəyşiklik edilir
Pensiya həddini 120 yaşadək artırmaq təklif olunur
Minimum aylıq əməkhaqqı və əmək pensiyalarının sığorta hissəsi artırıldı
Pensiyalar artacaq
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxdu - Yenə rekord

0
(Yenilənib 15:17 21.10.2020)
Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 7 nəfər COVID-19-dan vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5 503 nəfərdir. Ötən müddət ərzində 1 milyon 250 min 736 test aparılıb. Bugünkü test sayı isə 9 072-dir.

0
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

36
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

36
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi

Azərbaycan Türkiyə birgə daha bir uğura imza atdı

0
TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub.

 

BAKI, 20 oktyabr — Sputnik. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) layihə idarəçiliyində qazandığı beynəlxalq uğurlara yenisi əlavə edildi. Layihə, proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) TANAP-ı "İlin layihəsi" kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq gördü. Bu barədə SOCAR-dan Sputnik Azərbaycan-a məlumat verilib. Qeyd olunub ki, Azərbaycan və Türkiyənin ən böyük birgə iqtisadi layihələrindən olan və Cənub Qaz Dəhlizinin əsas seqmentini təşkil edən TANAP qürurverici uğurlara imza atmağa davam edir. Dünya üzrə qəbul olunmuş standartlar, sertifikat proqramları, peşəkar icma fəaliyyətləri, elmi araşdırmalar və kurslar vasitəsilə böyük bir şəbəkə yaradan, layihə, proqram və portfel  idarəçiliyi sahəsində peşəkar standartların inkişafını dəstəkləyən, mərkəzi Amerika Birləşmiş Ştatlarında yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI – Project Management Institute) tərəfindən "İlin layihəsi" kateqoriyasında mükafata layiq görüldü.

TANAP tikinti dövründə təhlükəsizlik və keyfiyyət baxımından nail olduğu ən yüksək göstəricilərə və ekosistemlər nəzdində yaratdığı müsbət sosial, iqtisadi və mədəni dəyərlərə görə "İlin layihəsi" elan olunub. Bu sahədə 50 ildən artıq bir müddətdə fəaliyyət göstərən PMI dünyada müxtəlif sahələr üzrə 2,9 milyon peşəkar üçün texnoloji dəyərlər yaratmaqla yanaşı, layihə idarəçiliyi proseslərində müəyyənləşdirdiyi standartların tətbiqi proseslərində yüksək təşkilati nəticələrə nail olan və cəmiyyətə müsbət təsir göstərən layihələri mükafatlandırır.

 

0