CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu küçədə də nəqliyyatın hərəkəti məhdudlaşdırılır

© Photo : www.azeravtoyol.gov.azРемонтные работы на одной из улиц Баку
Ремонтные работы на одной из улиц Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının daha bir küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

BAKI, 7 apr — Sputnik. Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq 8 aprel tarixindən etibarən nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, qismən məhdudlaşma təmir işlərinin aparıldığı ərazilər üzrə tətbiq ediləcək.

Küçənin digər hissələrində hərəkət açıq olacaq. Sürücülərdən təmir işləri bitənədək alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0