ASAN Xidmət

Bir milyonuncu vətəndaş da müraciət etdi

16
Səyyar ASAN xidmət 1 milyonuncu vətəndaş müraciətini qəbul edib

BAKI, 7 apr — Sputnik. “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün ölkəni qarış-qarış gəzən Səyyar ASAN xidmətdə bir milyonuncu vətəndaş müraciəti qeydə alınıb. 

“ASAN Xidmət”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsi ilə bu günə qədər 58 rayonda və 110 məntəqədə vətəndaşlara səyyar formada xidmət göstərilib. Xidmətlər 4 dövlət orqanı (Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi) tərəfindən təqdim olunur. 

Səyyar ASAN xidmət 1 iyun 2013-cü il tarixində 2 avtobusla fəaliyyətə başlasa da, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən avtobusların sayı 10-a çatdırılıb. 

Vətəndaş məmnunluğuna yol açan xidmətimiz missiyanın davamı olaraq 1 fevral 2017-ci il tarixindən etibarən Səyyar ASAN qatar vasitəsi ilə də vətəndaşlara xidmət göstərməyə başlayıb. 

Qeyd edək ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

16
Teqlər:
Səyyar "ASAN qatar", Səyyar ASAN xidmət, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Prezident İlham Əliyev
Əlaqədar
“ASAN İmza” problemindən çıxış yolu: özünüzü çətinə salmayın
Səyyar ASAN xidmət bu bölgədədir
"ASAN qatar" yola düşür
Bakıda saxta ASAN-çı ələ keçdi
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

74
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

74
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

43
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

43
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ