Строительство жилого дома в Баку, фото из архива

Prezidentin fərmanı tikinti sektoruna necə təsir edəcək?

182
(Yenilənib 18:39 06.04.2017)
Ekspert: “Ümumiyyətlə, icazələrin alınması və elektrik enerjisi ilə tikintinin təmin olunmasına 200 gündən çox vaxt lazım olur”

BAKI, 6 apr — Sputnik. Prezident İlham Əliyev aprelin 4-də "Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Fərman imzalayıb.

Sənəd ölkənin biznes və investisiya mühitinin əlverişliliyini, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırmaq, beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, enerji təchizatı şəbəkələrinə qoşulma prosedurunu və müddətini optimallaşdırmaq, göstərilən xidmətləri daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirmək, bu sahədə şəffaflığı və istehlakçı məmnunluğunu təmin etmək məqsədi daşıyır.

“Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” Azərbaycan Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanı ilə təsdiq edilib.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda biznes mühitinin əlverişliliyi ilə bağlı hazırlanan beynəlxalq hesabatlarda xüsusilə tikinti sektorunda lisenziyaların alınması ən problemli məsələlərdən biri kimi daimi qeyd olunub: “Bu istiqamətdə ötən dövrdə bəzi addımlar atılıb və bu, müəyyən qədər əlverişliliyi artırıb. Amma elektrik enerjisi ilə bağlı Dünya Bankının hazırladığı "Doing Business" indeksində də mühüm qeyd var. Bu, Azərbaycanın ən zəif tərəflərindən biri kimi qeyd olunur. Ümumiyyətlə, icazələrin alınması və elektrik enerjisi ilə tikintinin təmin olunmasına 200 gündən çox vaxt lazım olur”.

İqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov

Onun sözlərinə görə, prosedurların sadələşdirilməsi, eyni zamanda müddətin daha da qısaldılması bu istiqamətdə operativliyi artırmaqla biznesin xərclərini müəyyən qədər azaldacaq: “Hazırda tikinti sektorunda durğunluq müşahidə olunur. Bu sahədə mənfəət norması da əvvəlki kimi deyil. Ümid edirəm ki, bu addım sahibkarların bu sektora marağını nisbətən artıra bilər. Xüsusilə də xarici investorların bu istiqamətdə qərar qəbul etməsinə müsbət təsir göstərə bilər”.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycanda texniki şərt anlayışının olduğunu deyib: “Elektrik enerjisi və digər kommunal xidmətlərin alınması üçün texniki şərt alınması vacib idi. Bu da süründürməçiliyə və vaxt itkisinə səbəb olurdu. Bunun qarşısını almaq üçün bu sahədə müəyyən addımların atılmasına ehtiyac var idi. Güman edirəm ki, bu addım ilə texniki şərtin alınması asanlaşacaq, sadələşəcək”.

Natiq Cəfərli, iqtisadçı-ekspert
© Photo : N.Cəfərlinin şəxsi arxivi
Natiq Cəfərli, iqtisadçı-ekspert

Ekspertin fikrincə, gələcəkdə tikinti və sənaye sahəsində tariflərlə bağlı müəyyən güzəştli sistemə keçmək haqqında qərarlar verilə bilər: “Yerli istehsalı artırmaq, tikinti sahəsini canlandırmaq istəyiriksə, sənaye və tikinti sahəsində elektrik enerjisi tarifləri ilə bağlı müəyyən güzəştlərin tətbiq edilməsinə ehtiyac var idi. Bu fərmandan sonra ola bilər ki, bu sahədə bəzi dəyişikliklər olsun və sahibkarlara müəyyən dəstək olsun. Amma bu, vətəndaşların hesabına, tariflərdəki müəyyən düzəlişlərin hesabına olmamalıdır. Yəni, gələcəkdə bu sadələşdirmə və güzəştlər vətəndaşlar üçün əlavə yükə çevrilməməlidir”.

Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri İlkin Qarayev Sputnik Azərbaycan-a açıqlamasında Dünya Bankının hazırladığı "Doing Business" hesabatında hər zaman Azərbaycanın mövqeyini izlədiyini deyib: “Məhz elektrik şəbəkəsinə qoşulma və tikintiyə icazələr ilə bağlı müəyyən problemlər var idi və bu amillər Azərbaycanın ümumilikdə mövqeyinə mənfi təsir edirdi. Burada icazələrin alınmasında, elektrik şəbəkəsinə qoşulmada müddətlərin uzun olması, xərclərin çox olması məsələsi var idi”.

İlkin Qarayev, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İB-nin rəhbəri
© Photo : İ.Qarayevin şəxsi arxivindən
İlkin Qarayev, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İB-nin rəhbəri

Onun sözlərinə görə, son fərmandan sonra bu məsələlərin həlli daha da asanlaşacaq, bu, həmçinin, Azərbaycanın "Doing Business"də olan mövqeyinə müsbət təsir göstərəcək: “Fərmanda müddətlərin qısaldılması, qiymətlərin konkretləşdirilməsi, sənədlərin azaldılması sahibkarlar üçün daha əlverişli şərait yaradacaq”.

Qeyd edək ki, tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması 24 gündən gec olmayaraq təmin ediləcək. Yuxarıda sözügedən qaydada göstərilir ki, sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üç mərhələdən ibarət olmaqla, ümumilikdə 24 gündən gec olmayaraq təmin edilməlidir.

Layihə-smeta sənədlərinin Texniki Şura tərəfindən verilməsinə görə hər 1  kVt gücə görə ƏDV daxil olmaqla, 2,5 manat vəsait ödənilməlidir.

Texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir.

182
Teqlər:
Dünya Bankı, İlkin Qarayev, İqtisadçı-ekspert Rəşad Həsənov, Natiq Cəfərli, Azərbaycan
Əlaqədar
İlham Əliyev biznesmenləri böyük sıxıntıdan xilas etdi
Sahibkar iş yerlərini niyə gizlədir?
Azərbaycanlı sahibkarlar üçün unikal imkan
Sahibkarların vergi yükü azaldılır
Sibel Can, arxiv şəkli

Sibel Can fotoşopun "anasını ağlar qoydu"

2
(Yenilənib 19:56 12.08.2020)
Albomun üz qapağı üçün hazırlanmış foto ilə daha çox müzakirə olunan sənətçinin pərəstişkarları onu qınaq atəşinə tutublar

 

BAKI, 12 avqust — Sputnik. Gözəlliyi və mükəmməl səsi ilə insanların qəlbini fəth edən Sibel Can yeni albomu üçün fotosessiya etdirib. Sputnik Azərbaycan bildirir ki, fotosessiyanı müğənninin izləyiciləri birmənalı qarşılamayıblar. Albomun üz qapağı üçün hazırlanmış foto ilə daha çox müzakirə olunan sənətçinin pərəstişkarları onu qınaq atəşinə tutublar. Onlar müğənninin fotoşopun köməyilə qızıyla yaşıd göründüyü vurğulayıblar.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sibel Can (@sibelcan)

Türk musiqi dünyasının divası sayılan 50 yaşlı ulduzun albomu avqustun 14-də işıq üzü görəcək.

Sənətə 13 yaşında gələn müğənni 20-dən artıq albomun, 100-dən artıq mahnının müəllifidir. O bundan başqa, bir sıra film və seriallarda rol alıb.

2
Əlaqədar
Estetik əməliyyat etdirən ulduz büsbütün dəyişdi
Azərbaycanlı Mokvada qazanc yolunu tapıb
Mən köynəkdə doğulmuşam: Roza Zərgərli COVID-19-u necə keçirdiyini bilməyib
Azərbaycanlı qardaşlar Rusiya səhnəsinə qayıtdılar
Azərbaycanlı bloger rus müğənni Yeqor Kridlə sevgili olmasına aydınlıq gətirib
Koronavirusа qarşı peyvənd, arxiv şəkli

"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"

8
(Yenilənib 19:44 12.08.2020)
Vaksin artıq könüllülərdə sınaqdan keçirilib. Özü də ilk könüllülər Qamaleya İnstitutunun bütün əməkdaşları olublar. Bundan sonra vaksin könüllü hərbçilərin üzərində sınaqdan keçirilib. Heç bir ağırlaşma olmayıb, hamıda güclü immunitet yaranıb.

BAKI, 12 avqust — Sputnik, Sergey Tsarenko. Biz həkimlər monoklonal anticisimlərdən, steroidlərdən, antiviral preparatlardan istifadə edərək koronavirus xəstələrinin müalicəsində uğur əldə etmişik. İndi daha az xəstə ölür, amma hələ də ağır infeksiya formaları halında onları ağciyərlərin süni ventilyasiyasına keçirməyə məcbur oluruq. Hər on nəfərdən altısı-səkkizi xəstəxanadaxili infeksiyalardan ölür. Belə xəstələri yeni antibiotiklər xilas edə bilərdi. Amma onların yaradılması üçün illər lazımdır.

Başqa bir yol da var: insanları koronavirus infeksiyasından qorumaq. Bu yol hər bir cəhətdən yaxşıdır – həm insan sağlamdır, həm də ətrafdakıları yoluxdurmayacaq. Axı xəstəliyə dözümlü insanlar çox olduqca, cəmiyyətdə immun təbəqəsi daha qalın olduqca, epidemiyanın sonu daha tez olacaq.

Hələ ki xəstəliyə qarşı müqavimət yalnız insanın xəstələnməsi halında formalaşır. Amma daha təhlükəsiz bir seçim var — immunizasiya. Üstəlik, Qamaleya İnstitutunun mütəxəssisləri tərəfindən yaradılmış effektiv və təhlükəsiz vaksin mövcuddur. Mikrobiologiya sahəsində bu institut avtomobil sənayesində "Mercedes" kimi eyni səviyyədə olan bir brenddir.

Akademiklər Ginsburq və Loqunovu uzun illərdir ki, tanıyıram. Onlarla və onların əməkdaşları ilə biz davamlı bakteriyalarla mübarizə üçün yeni yollar hazırlayırıq. Bundan əlavə, institutun alimləri Ebola və MERS-ə qarşı vaksinləri uğurla yaradıblar. Özü də təkcə yaratmayıblar, həm də onların yaradılmasının təhlükəsiz və səmərəli yolunu – vektor yolunu işləyib hazırlayblar. İnsan üçün zərərsiz olan adenovirusa – daşıyıcı raket kimi orbital stansiyanı – yəni koronavirusun bir parçasını bağlayırlar və onu insan orqanizminə yeridirlər. Bundan sonra insanda həm "raket daşıyıcısına" həm də "orbital stansiyaya" immunitet formalaşır. Müvəffəqiyyəti möhkəmləndirmək üçün üç həftə sonra eyni "orbital stansiya"nı başqa bir "raket daşıyıcısında" – digər adenovirusda – bədənə daxil edirlər. Və yenə immunitet formalaşır. Nəticədə, hər iki adenovirusa zəif immunitet yaranır (bədənin ona ehtiyacı yoxdur), koronavirusa qarşı isə davamlı və etibarlı immun müdafiə formalaşır.

Bu, dahiyanə hər şey kimi sadədir. Bizim alimlərimizdən başqa heç kim bunu belə incəliklərə qədər düşünməyib. Dünyada daha bir neçə vektorlu vaksin yaradılır, amma bu vaksinin iki "daşıyıcı raketi" var!

Vaksin artıq könüllülərdə sınaqdan keçirilib. Özü də ilk könüllülər Qamaleya İnstitutunun bütün əməkdaşları olublar. Onlar sanki yeni körpünün yaradıcılarıdır – körpünün altında durublar və ilk qatar onun üzərindən gedib. Bundan sonra vaksin könüllü hərbçilərin üzərində sınaqdan keçirilib. Heç bir ağırlaşma olmayıb, hamıda güclü immunitet yaranıb.

Təəccüblü deyil ki, mediada dərhal tənqid dalğası yayıldı: oğurlanmış texnologiyalar haqqında uydurmadan, immunitetin formalaşması dövründə koronavirusa təsadüfən yoluxma halında vəziyyətin pisləşməsi mümkünlüyü barədə yalançı elmi düşüncələrə qədər. Sonuncu qorxulu səslənir: infeksiyanın anticisimdən asılı olaraq güclənməsi (ADE). Qeyri-mütəxəssislər üçün qorxuludur. Virusoloqlar isə ADE effektinin yalnız Denge qızdırmasına aid olduğunu bilirlər və o da peyvənd ilə əlaqəli deyil.

Burada sual yaranır. Bəs mətbuatda bu kampaniyanı kim maliyyələşdirir? "Müstəqil ekspertlər" kimdən asılıdırlar? Polişinelin sirri: rusiyalı alimlərdən geri qalan digər vaksin istehsalçıları, həmçinin yalnız xəstəliyin yüngül formalarında effektiv olan və böyük miqdarda yan təsirlər verən antiviral preparatların istehsalçıları.

Biz həkimlərə bunun şahidi olmaq utancvericidir. Biz koronavirus infeksiyalı xəstələrin daha bizə gəlməməsini və nəhayət ki epidemiyaya görə əlimizin çatmadığı digər xəstəliklərlə məşğul olmağı gözləyirik.

8
Əlaqədar
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
İnsanları ölümcül xəstəlikdən "Sputnik" xilas edəcək
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
Vaksin burdaymış! Bizi koronavirusdan barama qurdu xilas edə bilər