ASAN İmza saytının istifadəçisi

“ASAN İmza” problemindən çıxış yolu: özünüzü çətinə salmayın

1238
(Yenilənib 23:00 06.04.2017)
Elman Babayev: “2017-ci ilin 1-cü rübü üçün hesabatları verməkdə çətinliyi olanlar DSMF-lərin müvafiq şöbələrində yaradılmış yardım masalarına müraciət edə bilərlər”

BAKI, 6 apr – Sputnik. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş idarəsində uçotda olan sığortaedənlərə məktub göndərib. 

Məktubda qeyd edilir ki, 2017-ci ilin 1-ci rübündən etibarən “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları”na edilmiş dəyişikliklərə əsasən əvvəlki hesabat dövrlərində ayrı-ayrılıqda təqdim edilən rüblük (Forma B1) və illik (Forma B3) hesabatlar birləşdirilərək hər rüb bir yerdə sığortaedənlər tərəfindən təqdim edilməlidir. 

Məktubda həmçinin bildirilir ki,  1 aprel 2017-ci il tarixindən etibarən “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi (NRYTN) tərəfindən verilmiş elektron imza kartından və ya Vergilər Nazirliyi və mobil operator tərəfindən verilən Asan İmzadan (Mobil imza) istifadə etməklə vermək olar. 

Eyni qaydalar sahibkarlıqla məşğul olan fiziki şəxslərə də aiddir. Amma fiziki şəxslərin əksəriyyətində bu barədə məlumat yoxdur. Onlar ənənəvi qaydada sspf.gov.az saytına daxil olaraq elektron xidmətlər bölməsindən əvvəlki qaydada hesabat yollamaq istəsələr də, sistemin aktiv olmadığını görüblər. Redaksiyamıza müraciət edən şəxslər bildirirlər ki, onlara vaxtında elektron imza kartı və ya Asan imza ilə bağlı hər hansı bildiriş daxil olmayıb. Hazırda müraciət etdikləri NRYTN-də və Asan imza təqdim edən qurumlarda isə sıx növbələr yaranıb. Odur ki, sığortaedənlər aprelin 20-dək verilməli olan rüblük hesabatları necə təqdim edəcəklərini bilmirlər. 

Sputnik Azərbaycan bu problemlə bağlı ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elman Babayevə müraciət edib. Elman Babayev deyib ki, sığortaedənlərə elektron imza və Asan imzaya keçidlə bağlı 20 gün bundan əvvəl bildiriş göndərilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
© Sputnik / Murad Orujov

“Bu barədə KİV vasitəsilə sığortaedənlərə müraciət edilib və sahibkarlara (işəgötürənlərə) müvafiq bildiriş göndərilib. İşəgötürənlər öz işçilərinə bu barədə xəbər verməli idilər” – deyən E.Babayev vaxtın azlığını nəzərə alaraq bu dəfə sığortaedənlərə hesabat vermək üçün lazımi şəraitin yaradıldığını bildirib.

“DSMF-nin rayon şöbələrində yardım masaları ayrılıb. Elektron və ya Asan imza əldə etməmiş şəxslər həmin yardım masalarına müraciət edərək hesabatlarını verə bilərlər” – deyə Babayev bildirib. 

“Bəs bu sistemə hazırlıqsız, tələm-tələsik keçid nə ilə əlaqədardır” sualına cavabında DSMF nümayəndəsi bildirib ki, əslində müfaviq qanun qüvvəyə mindiyi gündən bu sistemə keçilməli idi. Həm qanunvericiliyin tələbi olduğundan, həm də hesabat formaları dəyişdirildiyindən, əməliyyatların aparılması üçün elektron və ya asan imzaya  keçid qərara alınıb. Sadəcə müəyyən texniki problemlər yarandığı üçün sığortaedənlərə şərait yaradılıb ki, gedib hesabatlarını DSMF-lərin müvafiq şöbələrində versinlər.  

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 5-də “Elektron imza və elektron sənəd haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2004-cü il 26 may tarixli 65 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən “Elektron imza və elektron sənəd haqqında” Qanunun 11.3-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini AR Prezidenti həyata keçirir. Həmin Qanunun bir sıra maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Nazirlər Kabineti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları və Dövlət Təhlükəsizliyi Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər. 

Qanunvericiliyə görə, elektron imza — digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlər.

Asan İmza (Mobil imza) sertifikatının əldə edilməsinə dair ərizənin təqdim edilməsi üçün müvafiq SIM kart lazımdır. Ona sahib olmaq üçün Mobil operator ofislərində (Azercell, Bakcell, Nar Mobile) Asan İmza (Mobile imza) xidmətinə abunə olmalısınız.

Mobil Operatordan Asan İmza SIM-каrtını əldə etdikdən sonra Siz Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlisiz. Mərkəzə müraciət edərkən Asan İmza (Mobil imza) SIM-каrtınızı və şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz. Lazımi sənədləri təqdim etdikdən sonra sertifikat üçün ərizə formasını doldurmaq lazım olacaq. Növbəti mərhələdə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) əməkdaşı Sizə xidmət ilə bağlı şərtləri izah edəcək. Sertifikatın əldə edilməsi üçün təqdim olunan ərizə formasını imzalamaqla Siz bu şərtləri qəbul edirsiniz.

Sertifikatın aktivləşdirilməsi üçün Müqavilənin imzalanması vacibdir. Yalnız Müqavilə imzalandıqdan sonra Siz Asan İmza (Mobil imza) (autentifikasiya və elektron imza) xidmətlərindən istifadə etməyə başlayacaqsınız. Sizin mobil telefon nömrəniz və digər mobil xidmətlər əvvəl olduğu kimi qalır. 

Eyni zamanda yadda saxlamaq lazımdır ki, Asan İmza (Mobil imza) SIM-kartı elektron imza sertifikatının üç növü var: fiziki şəxslər (vətəndaşlar) üçün, hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Siz bu sertifikatdan yalnız şəxsi identifikasiyanız üçün istifadə edə bilərsiniz. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə vergi ödəyicisini və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir. Bütün sertifikatlar eyni Asan İmza SIM-kartına bağlı ola bilər. Ona görə də eyni vaxtda Asan İmza xidmətlərindən təmsil etdiyiniz təşkilatın ehtiyacları və ya şəxsi məqsədlər üçün istifadə etmək məqsədilə bir neçə SIM kart və ya telefona sahib olmağa ehtiyac yoxdur.

Hüquqi şəxslər üçün sertifikatın əldə edilməsi məqsədilə ərizənin təqdim edilməsi zamanı təşkilatın maraqlarının təmsil edilməsi hüquqlarının Sizə verilməsi haqqında rəsmi blankda təşkilatın rəhbəri tərəfindən imzalanan etibarnaməni mütləq təqdim etməlisiniz.

1238
Teqlər:
Asan İmza, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Elman Babayev, Azərbaycan
Əlaqədar
Sahibkarların vergi yükü azaldılır
Vergidə "batan" pulu necə "diriltməli"?
Vergi dəyişiklikləri hansı nəticələrə gətirəcək
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda hərbi parada baxır

Əliyevlə Ərdoğan Ağdamdakı Birgə Monitorinq Mərkəzini müzakirə etdilər

2
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.

 Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.

Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.

Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.

Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.

2
Teqlər:
telefon danışığı, İlham Əliyev, Rəcəb Tayyip Ərdoğan
Polis

Adam öldürməkdə ittiham edilən adam bu dəfə 36 kq narkotiklə yaxalandı

3
(Yenilənib 18:55 16.01.2021)
Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb Yardımlıda ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə aşkarlanıb

BAKI, 16 yanvar — Sputnik. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları Yardımlı rayonu ərazisində əməliyyat tədbiri keçiriblər.

DİN Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əldə edilmiş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş Elməddin Əliyev müəyyən olunaraq saxlanılıb.

Davam etdirilən tədbirlərlə ondan ümumi çəkisi 36 kiloqram 485 qram narkotik vasitə, o cümlədən 32 kiloqram 155 qram tiryək və 4 kiloqram 330 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

3