Kredit mütəxəssisi və müştəri, arxiv şəkli

Banka borcunu qaytarmayanları bu cəza gözləyir

3818
"Borcluya 10 gün vaxt verilir ki, pulu ödəsin. Vətəndaş bilərəkdən borcunu qaytarmaqdan imtina edərsə, onun barəsində cinayət işi açıla və 3 ilə kimi azadlıqdan məhrum oluna bilər"

BAKI, 4 apr — Sputnik. Bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı qeyd edib ki, yüksək gəlirlilik dövründə banklarda izafi gəlirlilik olub: "Həmin dövrdə məsuliyyətsiz borclanma var idi. Düzdür, bununla bağlı qınaqlar haqlıdır. Biz məsuliyyətsiz borclanmanın qarşısını almaq üçün kreditlərdə insanların aylıq ödənişlərinin gəlirlərə nisbətinin nəzərə alınmasını məqsədəuyğun hesab etdik".

Hüquq müdafiəçisi Asif Abdullayev
Hüquq müdafiəçisi Asif Abdullayev

O, həmçinin bildirib ki, borcları birdən-birə bağışlamaq olmaz: "Çünki bunun mənbəyində banklarda yatırılmış əmanətlər qalır. Kreditlər ödənilmədiyi təqdirdə banklardakı əmanətləri geri qaytarmaq mümkün deyil. Bu gün məhkəmələrdə 700 min iş var. Bu işlərin 40%-i, yəni 280 mini bank-müştəri münasibətləri ilə bağlıdır".

Sputnik Azərbaycan-ın əməkdaşı bank-müştəri məhkəmələri, bu məhkəmələrdə qalib gələn və uğur qazanan tərəflər haqqında vəkillərdən münasibət alıb. Hüquqşünas Asif Abdullayev bildirib ki, ümumi işlər arasında bank-müştəri məhkəmələri çoxluq təşkil edir: "Mənim də şəxsi təcrübəmdə belə məhkəmələr çoxluq təşkil edir. Təbii ki, qalib gələn tərəf çox zaman bank olur. Çünki bankın müqaviləsi var və bunun vasitəsilə məhkəmədə qalib gəlir. Bankın ixtiyarı var ki, müştəri borcunu qaytarmayanda məhkəməyə müraciət etsin".

Vəkil onu da qeyd edib ki, bəzən banklar yalan iddia ilə çıxış edir: "Məsələn, onlar iddia edirlər ki, müştəri banka 10 min manat borcludur, amma məhkəmə prosesi zamanı aydın olur ki, müştərinin 10 min manat yox, 8 min manat borcu var. Belə hallar da çox tez-tez baş verir. Bir sözlə, banklar tərəfindən borclarla bağlı məbləğlərdə qeyri-qanuni şişirtmələr olur".

"Bank işlərinə aid olan məhkəmələr adi halda 3 aya bitməlidir. Amma zərurət yarananda, ekspertiza təyin olunanda məhkəmə prosesi bir qədər uzana və məhkəmə prosesi bir ilə kimi çəkə bilər" — deyə A.Abdullayev məlumat verib.

Vəkil Elyar Həsənov
© E.Həsənovun şəxsi arxivindən
Vəkil Elyar Həsənov

Onun sözlərinə görə, məhkəmə qərar çıxarır və qərar borclunun yaşadığı və ya işlədiyi ərazidəki icra məmuruna göndərilir: "İcra məmuru borcluya 10 gün vaxt verir ki, pulu ödəsin. Əgər borc bu vaxt ərzində ödənmirsə, borclu şəxsin mülkü olduğu sübut olunursa və o, bilərəkdən borcu ödəməkdən yayınırsa, bu zaman borclu inzibati xətalar üzrə cərimə oluna, hətta 15 gündən 1 aya kimi həbs cəzası ala bilər. Borcunu bundan sonra da qaytarmaqdan imtina edərsə, artıq onun üçün cinayət işi açıla və 3 ilə kimi azadlıqdan məhrum oluna bilər".

Vəkil Elyar Həsənov da bildirib ki, hazırda əlində olan məhkəmə işlərinin 70 faizi bank kreditləri ilə bağlıdır: "Banklar daha çox məhkəmələrə müraciət edir. Amma son illər vətəndaşların da banklardan şikayətləri artıb. Məhkəmələr maksimum 1 il çəkir və ən çox banklar qalib gəlir".

Vəkilin sözlərinə görə, əmlakı və gəliri olmayan müştərilərlə bağlı məsələ fərqlidir: "Onların adına heç bir mülk olmadıqda və heç bir yerdə işləmədikdə, məhkəmə onun haqqında ölkədən çıxmaq qadağası qoyur. Məhkəmənin bu qərarı 30 il müddətində qüvvədə olur. Bu müddət ərzində vətəndaş ölkədən çıxa bilmir və işlə təmin olunan kimi onun gəlirinin 50 faizi icra məmurları vasitəsi ilə banka ödənilir. Bir sözlə, banka borcu olan vətəndaş gec-tez o borcu ödəməli olur".

3818
Teqlər:
borclanma, Asif Abdullayev, hüquqşünas, Elyar Həsənov, Sputnik Azərbaycan, Rüfət Aslanlı, Maliyyə Bazarlarına Nəzarət Palatası, borc, kredit, bank, məhkəmə
Əlaqədar
Bank sektorundakı acı həqiqətlər deputatların sərt etirazına səbəb oldu
Banklar əhaliyə qarşı ciddi qanunsuzluğa əl atır — 1 faiz qalmaqalı
23 bankdan dollarla bağlı mühüm qərar
Mərkəzi Bankdan kommersiya banklarına sərt təlimat
Bankomatlarda pulu olanların nəzərinə: təhlükədəsiniz
Bankdan 5 milyard dollarlıq səhv köçürmə
YAP-çı millət vəkili bank özbaşınalığına qarşı çıxdı
YPX avtomobili, arxiv şəkli

DYP sürücülərə xəbərdarlıq etdi

4
Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

BAKI, 27 noyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadla xəbər verir ki, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

4
Teqlər:
Daxili İşlər Nazirliyi, Abşeron rayonu, Sumqayıt, DYP
Uşaq televizora baxır, arxiv şəkli

"Tıq-tıq dostları möcüzələr axtarışında" filminin 2-ci hissəsi çəkilir

3
(Yenilənib 13:18 27.11.2020)
Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaqdır. Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

BAKI, 27 noyabr — Sputnik. "Azanfilm" studiyası "Tıq-tıq və dostları möcüzələr axtarışında" maarifləndirici, çoxhissəli animasiya filminin 2-ci hissəsinin istehsalını davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya filminin 2-ci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qobustan barədə maraqlı məlumatları balacalara çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaq.

Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

3
Teqlər:
Mədəniyyət Nazirliyi, film, studiya
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

0
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

0