Təzə Bazar Ticarət Mərkəzində yanğın

"Təzə bazar"da baş vermiş yanğınla bağlı müdhiş iddia

532
(Yenilənib 14:39 04.04.2017)
Bəzi sahibkarlar ehtimal edirlər ki, bazarın sözügedən hissəsinin yanmasında digər hissənin sahibinin əli ola bilər

Ticarət Mərkəzindəki yanğın gecə saat 01:00 radələrində baş verib
© Sputnik / Irade JELIL
Ticarət Mərkəzindəki yanğın gecə saat 01:00 radələrində baş verib
BAKI, 4 apr — Sputnik. Dünən gecə paytaxtın Nəsimi rayonunda yerləşən məşhur "Təzə bazar"da yanğın hadisəsi baş verib. Sputnik Azərbaycan Fövqaladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, ümumi sahəsi 1,5 ha olan "Təzə bazar" ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülülüb.

Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olaraq, hadisənin təfərrüatları və son durumla maraqlanıb. Sahibkar Zərifə İbrahimova ciddi zərərə uğradığını bildirib: "Uzun müddətdir ki, bu ərazidə alverlə məşğulam. Pal-paltar satıram. Bu yanğın üzündən 5 min manatlıq ziyana düşdüm. Səhər işə gəlib gördüm ki, bütün mallarım yanıb. Deyirlər, qısa qapanmadır. Belə hadisələr evimizdə də baş verə bilər".

Təzə Bazar Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL
Yanğın nəticəsində sahibkarlara böyük məbləğdə ziyan dəyib

Digər sahibkar Rəsmiyyə Həmidova isə bazarda meyvə-tərəvəz alveri ilə məşğul olur. Dediyinə görə, ona da 4-5 min manatlıq ziyan dəyib: "Hər şey yanıb, nə deyim, ələ gələsi heç nə yoxdur. Hələ bizə heç nə deməyiblər. Gözləyirik, görək nə olar".

Bazarda zoomağazası olan Samir Poladovun sözlərinə görə isə, ona 1000 manat məbləğində zərər dəyib: "Satışda olan heyvanlardan bəzisi tüstüdən zəhərlənərək ölüb. Mən Sumqayıtdan gələnə qədər gec oldu. Görürüsünüz də, hər şey yanıb məhv olub".

  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
  • Təzə Bazar Ticarət Mərkəzində yanğın
    "Təzə Bazar" Ticarət Mərkəzində yanğın
    © Sputnik / Irade JELIL
1 / 11
© Sputnik / Irade JELIL
"Təzə Bazar" Ticarət Mərkəzində yanğın

Bildirək ki, bazarda özünü sahibkar kimi tanıdan, amma satıcıların sözlərinə görə, "bazarkom"un yaxınları olan bir neçə nəfər çəkiliş aparmağımıza mane olmaq üçün əllərindən gələni edirdilər. Hətta bir qadın hay-küy salaraq, jurnalistləri təhdid də etməkdən çəkinmədi.

"Çıxın gedin buradan! Ölməyimi istəyirsiniz? Çəkməyin buranı, mən "bazarkom"un bacısıyam" — deyə sözügedən qadın KİV nümayəndələrini ərazidən uzaqlaşdırmağa çalışırdı.

Bazarın 1,5 ha ərazisindən 400 m2 yanıb və yanan ərazilər, əsasən meyvə-tərəvəz piştaxtaları, kafelərdir. Öz aralarında danışan bəzi sahibkarlardan ilginc xəbər də eşitdik. Belə ki, bazarın iki sahibi varmış və onların arasında uzun zamandan bəri rəqabət gedirmiş. Bu mənada sahibkarlar ehtimal edirlər ki, bazarın sözügedən hissəsinin yanmasında digər hissənin sahibinin də əli ola bilər.

Təzə Bazar Ticarət Mərkəzində yanğın
© Sputnik / Irade JELIL
Bəzi satıcıların həm dükanı, həm də satılıq malları tamamilə məhv olub

Bu və digər müəmmalı məqamlara aydınlıq gətirmək üçün bazar rəhbərliyi ilə görüşmək istəsək də, cəhdlərimiz baş tutmadı. Özlərini səlahiyyətli şəxs kimi təqdim edən bir neçə şəxs görüş istəyimizin mümkünsüz olduğunu bildirdi.

532
Teqlər:
"Təzə bazar", satıcı, Nəsimi rayonu, mağaza, sahibkar, bazar, yanğın
Əlaqədar
Xaçmaz bazarında kədərli “bayram bazarlığı”
Bayramqabağı bazarlarda vəziyyət necədir?
Bazarlığı istəmirəm zərrə-zərrə, qram-qram...
Novruz ərəfəsində istehlak bazarındakı vəziyyət
İran məhsulları Rusiya bazarına ayaq açır
Baş nazirin müavini: "Bazarda qiymətlərin müəyyən artımı hiss olunur"
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

26
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

26
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

53
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

53
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN