CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Sərhəddən-sərhədə” veloyürüşü başa çatıb

© Sputnik / Rahim MuradovVelotur
Velotur - Sputnik Azərbaycan
Abunə olmaq
Layihənin rəhbəri xüsusi olaraq bildirib ki, işğal altında olan torpaqlarımızın tezliklə azad edildikdən sonra Qarabağa veloürüş həyata keçirmək onun ən böyük arzusudur

Rahim Zakiroglu, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Müasir dövrdə ekologiyanın çirklənməsi ən böyük qlobal problemlərdən biridir. Bunun ən başlıca səbəblərindən biri də avtomobillərin havaya buraxdığı zərərli qazlardır. Artıq bir sıra ölkələrdə bunun qarşısını almaq üçün velosipeddən istifadə edirlər. Bu amili özlərinə şüar edən 4 Lənkərandan olan gənclər Zülfüqarov Tərlan, Cahangirov Orxan, Səmədov Zamin və Nəsirli Taleh Astaradan Xaçmaza qədər məsafəni velosipedlə qət etmək qərarına gəliblər. Velotura başlayanlar yol boyu görüşdükləri gənclərə velosiped sürməyin faydaları barədə danışıblar. Lənkəranlı gənclər 768 km məsafəni velosipedlə qət ediblər.

“Sərhəddən-sərhədə” adlı veloyürüş Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azəbaycan Velosiped İdmanı Federasiyası və Gənclər üçün Təhsil Mərkəzinin tərəfdaş təşkilatçılığı ilə baş tutub. Layihənin rəhbəri Tərlan Zülfüqarovdur. 

Layihənin rəhbəri xüsusi olaraq bildirib ki, işğal altında olan torpaqlarımızın tezliklə azad edildikdən sonra Qarabağa veloyürüş həyata keçirmək onun ən böyük arzusudur.

Xəbər lenti
0