CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həbsdən çıxdıqdan sonra cəmiyyətdən qisas alacaq

© Sputnik / Irade JELILHəbsxana divarında tikanlı məftillər, arxiv şəkli
Həbsxana divarında tikanlı məftillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Onlar cinayət törədib, cəzaçəkmə müəssisəsinə qayıdırlar"

BAKI, 28 mart — Sputnik. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanunu cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası — onların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədi ilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemini nəzərdə tutur. Bu tədbirlər həmin şəxslərin qeydiyyata alınması, onlar üçün sosial adaptasiya mərkəzlərinin yaradılmasını, onlardan daimi yaşayış sahəsi olmayanların Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin edilməsini, həmçinin bu insanların peşə hazırlığı işinin təşkilini, onların işlə, tibbi və sosial yardımla təmin onunmasını əhatə edir. 

© Sputnik / Irade JELILİnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova - Sputnik Azərbaycan
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin direktoru Nəzakət Balabəyova

Bu qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il tarixli 606 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə nazirlik tərəfindən 26 oktyabr 2011-ci il tarixli 11/7-197 nömrəli Əmrlə Tədbirlər Planı təsdiq olunub. Amma hələ ki, ölkədə məhkumların sosial adaptasiyası yoxdur.

Məhkumlar üçün sosial adaptasiya mərkəz-sığınacaq tikilir

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin (İAQYM) rəhbəri Nəzakət Balabəyova Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, bu gün həqiqətən də məhkumların adaptasiyaya böyük ehtiyacı var: "Çünki məhkumlar var ki, 10 il cəzçəkmə müəssisəsində qalır, azadlığa çıxanda ev, iş tapa bilmir, cəmiyyətə uyğunlaşması mümkün olmur. Buna görə də, yeni cinayət törədib, məcburən cəzaçəkmə müəssisəsinə qayıdır".

"Məhkum düşünür ki, "cəzaçəkmə müəssisəsində yatmağa yerim var, yeməyim də verilir". Bu kimi halların qarşısını almaq üçün məhkumların adaptasiya mərkəzinə və sığınacağa ehtiyac var" — mütəxəssis deyir.

N. Balabəyovanın sözlərinə görə, İAQYM təmsilçiləri bütün cəzaçəkmə müəssisələrində məhkumlarla görüşlər keçiriblər: "Biz məhbuslarla görüşür, söhbət edirdik, suallar veririk. Məhkumların çoxu dövlətdən heç bir şey istəmədiyini deyir. Mən o zaman onları başa salırdım ki, əgər siz bu yardımları istəmirsinizsə, bir sənədə qol çəkin ki, siz bu yardımlardan imtina edirsiniz. Həmin vaxtlar bizi mühafizə edən heç kim yox idi. Mən çox məhkumlarla görüşmüşəm. Bəzən olur, yolda qarşılaşırıq. Onlar yaxınlaşır, özlərini tanıdırlar. Məhkumlarla bir-bir görüşmək çox çətin idi. Həftənin bir günü 9.00-dan 19.00-a kimi həbsxanada olmaq adamı narahat edir".

Колючая проволока. Архивное фото - Sputnik Azərbaycan
Azərbaycanda 140 məhkum vəfat edib

Həmsöhbətimiz qeyd edir ki, əvvəllər getdiyi cəzaçəkmə müəssisələrinin kitabxanalarında qanunlarla bağlı heç nə yox idi: "Təklif elədim ki, kitabxanalara qanunlar gətirilsin. Onlar hüquqlarını bilməlidirlər. Sonra təklif elədim ki, azadlığa çıxmasına 3 ay qalmış məhkumlar bir salona yığılsın və ekspertlərimizə suallarını ünvanlasınlar. Əlillik dərəcələri, sosial yardımlar, hüquqlar ilə bağlı suallar ortaya çıxırdı və biz onların suallarına cavb verməklə yanaşı, problemlərin həllinə də kömək edirdik".

Azadlığa çıxan şəxslər birdəfəlik müavinət kimi minimum əməkhaqqının 4 mislini alırlar. Balabəyova bildirir ki, əvvəllər bu müavinətin ödənilmə mexanizmi də olmayıb. Sonradan qərar verilib ki, müavinətlər müəyyən "sobeslər" tərəfindən verilsin. Azadlığa çıxan şəxslərə müavinətlər isə cəza çəkdiyi müəssisədən verilən xüsusi sənədlə verilirmiş.

İAQYM rəhbəri hazırda məhkumların sosial adaptasiyadan məhrum olduqlarını vurğulayıb: "Çünki bunun üçün hələ mərkəzlər yoxdur. Bizdə cəzaçəkmə müəssisələrindən çıxan şəxslər üçün adaptasiya mərkəzləri, sığınacaqlar yoxdur. Sadəcə, ümumi bir ev var ki, orada küçədə qalan bomjlar, azadlığa çıxan şəxlər qalırlar. Bu da onların küçədə qalmaması üçündür".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan Prezidenti 423 məhbusu əfv etdi

"Hazırda tərəfimizdən kişi məhkumlar üçün 50 nəfərlik adaptasiya mərkəzi — sığınacaq tikilir. Bura hotel tipli mərkəz olacaq və azadlığa çıxan şəxslər bura müqavilə ilə götürüləcək. Azadlığa çıxan şəxslərdə belə bir fikir formalaşacaq ki, dövlət məni saxlayır. Onlar bu mərkəzdə çox qalsalar, çıxmaq da istməyəcəklər. Bunun üçün sosial adaptasiyaya ehtiyacı olan şəxslərin mərkəzə daxilolma və tərketmə sənədləri olacaq. Hər bir məhkumla xüsusi görüş təşkil ediləcək, mərkəzin hüquqşünas, sosial işçi və psixoloqu ilə konsilium keçiriləcək. Məsələn, şəxslə söhbətdən sonra mütəxəssislər deyə bilər ki, o, 3 ay 10 gün müddətinə mərkəzdən çıxmalıdır. Əgər həmin şəxs mərkəzdən çıxmaq istəməsə, biz onu çıxarmaq ixtiyarında olacağıq. Əgər mən o şəxsə həmin sənədə qol çəkdirməsəm, çıxmaq istəmyəcək" deyən N. Balabəyovanın sözlərinə görə, sığınacaq Bakıdan 90 km uzaq olduğu üçün oraya xüsusi nəqliyyatı işləyəcək, həmin şəxsləri səhər şəhərə gətirəcək, axşam sığınacağa qaytaracaq.

Qanun var, icar yox…

Sosioloq Əhməd Mansurov bildirir ki, məhkumların adaptasiyası üçün həm cəmiyyət, həm də dövlət səylərini birləşdirməlidir: "Cəmiyyət məhkumların adaptasiya olunması üçün dəstəyini əsirgəməməlidir. Əsas problemlərdən biri də cəmiyyətdə streotiplərin olmasıdır. Cəmiyyətdə olan streotiplər keçmiş məhkumların cəmiyyətə yenidən adaptasiya olunmasına problemler yaradır. Ancaq nəzərə almaq lazımdır ki, bütün məhkumları eyni gözdə görmək, onlara fərq qoymamaq olmaz. Buna görə də, adaptasiya mərkəzləri yaradılmalıdır ki, keçmiş məhkum yenidən özünü cəmiyyətin bir hissəsi hesab edə bilsin. Əgər məhkum cəzaçəkmə müəssisəsindən psixoloji, hüquqi, maddi, bəzən də ailədaxili problemlərlə çıxırsa, o, yenidən cinayət törədib, həbsxanaya qayıda bilər. Həmin şəxsləri öz ümidinə buraxmaq olmaz".

Sosioloqun dediyinə görə, bu gün cinayətlərin statistikasına nəzər salanda, təkrar cinayətlərin çox olduğunu görmək mümkündür: "Bunun səbəbi isə məhkumların adaptasiya olmamasıdır. Narkotik aludəçiliyi, zərərli vərdişləri, tibbi problemləri olan şəxslərə xüsusi diqqət yetirmək lazımdır. Bu insanlar xüsusi risk qrupuna daxil olan insanlardır. Bu insanlar eyni zamanda HİV, hepatit və s. yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Bu tip insanlara xüsusi diqqətin olmaması cəmiyyətin yoluxucu xəstəliklərə yoluxması deməkdir. Keçmiş məhkuma qayğı göstərilməyəndə, o da müxtəlif formalarda öz qisasını alır".

"Keçmiş məhkumların adaptasiyası ilə bağlı qanun var və onlar minimum əmək haqqının 4 mislini alırlar. Amma problem ondadır ki, keçmiş məhkum bu pulu azadlığa çıxandan bir ay sonra ala bilir. Bəzi məhkumlar pulu alana kimi artıq təkrar cinayət törədirlər. Nəzərə almaq lazımdır ki, məhkumun evi yox, işi yox, sığınacaq yeri yoxdur. Onun təhlükəsiz həyatı üçün lazım olan ehtiyacları ödənilmədiyindən, artıq yenidən cinayət işləmiş olur. Həbxsanalarda məhkumlar hər zaman şikayət edirlər ki, pulu gec verirlər, çox sənəd istəyirlər. Məncə, bu proses asanlaşdırlmalıdır" — Ə. Mənsurov vurğulayıb.

Cinayət törədənlər travma almış insanlardır

"Güzgü" Dəyişim və İnkişaf Mərkəzinin İcraçı direktoru, psixoloq Fərqanə Mehmanqızı Sputnik Azərbaycan-a açıqlamasıında bildirib ki, sosial-psixoloji keyfiyyət və xüsusiyyətlərin təsiri ilə cəmiyyət üçün təhlükəli hərəkətləri həyata keçirən şəxslərin azadlıqları məhdudlaşdırılır və onlar cəmiyyətdən ayrılaraq müəyyən müddət cəzaçəkmə müəssisələrində saxlanılır: "Sosial-psixoloji" terminini ayrıca vurğulamaqla oxucuların diqqətini bu amilə cəlb etmək məqsədim var. İnsan yaşadığı dövrdə psixoloji travmalar alır və bu travmalar insanın xarakterini formalaşdıran səbəblərdən biridir. Gələcəkdə həmin insanların cinayət hadisəsini törətməsində bu travmanı birbaşa səbəblərdən biri kimi göstərmək olar. Yəni, cinayəti törədən şəxslər psixoloji travma almış şəxslərdir ki, cəmiyyətdən ayrılaraq qapalı bir ərazidə saxlanılır".

© © KarikaturaAzadlığı istəmirəm
Azadlığı istəmirəm - Sputnik Azərbaycan
Azadlığı istəmirəm

Müsahibimiz diqqət çəkir ki, cinayətkara cəza elan edilən zaman məhkəmə cinayətkarın peşmançılığına diqqət yetirərək, onu yüngülləşdirici hal kimi dəyərləndirsə də, peşman olduğunu elan etmək və ya tövbə etmək həmin insanı gələcəkdə yeni cinayət törətməkdən sığortalamır: "Peşmançılıq çəkmək və ya tövbə etməklə insanın sosial-psixoloji keyfiyyətləri dəyişmir, insan psixoloji travmadan sağalmır. Türmədə cəza müddəti dövründə cinayətkarın psixologiyası analiz edilməli, diaqnoz qoyulmalı və bu diaqnoza uyğun terapiyalar aparılmalıdır. Bu terapiyalar onlara həyata baxışlarını, özlərinə və onu əhatə edən insanlara münasibətini dəyişir, özlərini dərk eməyə kömək edir".

Повесившийся в лесу человек. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Keçmiş məhbus intihar edib

"Əks təqdirdə, cəza müddəti bitdikdən sonra cəmiyyətə qayıdaraq eyni həyat tərzində yaşayıb cinayətlərini davam etdirmək ehtimalı yüksək olacaq. Travmalar insan həyatını yönləndirir və müəyyən bir həyat tərzini yaradır. Həyat tərzini dəyişmək asan məsələ deyil. Bunun üçün istəklə yanaşı, güclü iradə də tələb olunur. Bu güc isə hər kəsin daxili aləmində var. Sadəcə, insana daxildəki bu gücü görməyə kömək etmək lazımdır" — ekspert deyir.

O, qeyd edir ki, qərarlı şəxslər mənəvi olaraq güclü olduqları qədər də, ətrafa həssas olurlar: "Cəzaçəkmə müəssisəsindən çıxmış şəxslərə ikrah hissi ilə dolu baxışlar onları mənəvi olaraq zədələyir. Belə mənəvi zərbələri ən çox qadınlar alırlar. Sanki cəmiyyət kişilərlə müqayisədə qadınların törətdiyi cinayətləri onlara bağışlamır. Onlara qarşı aqressiya ilə yanaşırlar. Amma unudulur ki, cəmiyyətdə uşaq haqları yeyən, ailələrin söz-söhbətinə səbəb olan və digər təhlükəli hərəkətlər edən "cinayətkar" qadınlarla bir mühitdə yaşayırlar".

"Hər kəs cəzaçəkmə müəssisəsinə düşə bilər. Bu məsələdən heç kim siğortalanmayıb. Nə özü, nə də yaxınları. Sadəcə, cəzaçəkmə müəssislərinə düşən şəxsləri sağlamlaşdırıb, onlara sağlam baxış verərək cəmiyyətə qaytarmaq lazımdır ki, həm insan, həm onun ailəsi, həm də cəmiyyət qazansın" — F. Mehmanqızı bildirir.

Keçmiş məhkumların adaptasiyası haqqında qanun hələ 2007-ci ildə qəbul edilsə də, təəssüflə qeyd etməliyik ki, keçən 10 il ərzində hələ də məhkumların adaptasiya mərkəzi — sığınacaqlar yoxdur. Yəni, qısacası, ölkədə məhkumların sosial adaptasiyası yoxdur. Deyilənlərə inansaq, yaxın günlərdə məhkumlar üçün adaptasiya mərkəzi açılacaq.

Xəbər lenti
0