Gənc qız, arxiv şəkli

Ən təhlükəli dönəmə qədəm qoymuşuq

10728
Yazda depressiyaya düşən insanlarda ölüm və intihar düşüncələri meydana gəlir

BAKI, 22 mart — Sputnik. Bahar diriliş fəslidir. Torpaq, su, hava, od ayıldığı kimi, baharda insan orqanizmi də ayılır. Elə buna görə, yaz fəslinə "qan qaynayan vaxt" da deyilir. Yaz fəsli insan psixologiyasına da təsir edir. Kimi şən, çılğın, kimi halsız, depressiv olur.

Psixoloqlar deyirlər ki, insan psixologiyası çox mürəkkəb quruluşa malikdir. Ətrafda baş verən hər şey insanın iç dünyasına hansısa formada təsir göstərir. Mövsümi dəyişikliklərin ruhi baxımdan insanlara müxtəlif təsirləri var. Amerikalı alim Norman Roşendal mövsümi dəyişikliklərin insanlar üzərində təsirlərini araşdırarkən, belə bir nəticəyə gəlib ki, mövsümi dəyişikliklər insanlara iki müxtəlif formada təsir edir:

Birincisi, insanların böyük bir qismi yaz və yay aylarında daha enerjili, sosial, qışda isə depressiv, halsız və tənbəl olur. Digər tərəfdən isə bəzi insanarda xüsusilə yaz aylarında enerji azlığı, yorğunluq, diqqət pozuntusu, bədbəxtlik hissi, sıxıntı, yuxusuzluq, iştah dəyişiklikləri müşahidə edilir. Bəs niyə mövsüm dəyişiklikləri bəzilərinə xoşbəxtlik gətirdiyi halda, digərlərində depressiyaya səbəb olur?

Sputnik Azərbaycan-a danışan psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, fəsil dəyişikliyinə hamımız qaçılmaz, normal bir hadisə kimi baxsaq da, bu proses psixoloji vəziyyətimizə təsir edir: "Yaz özüylə yeni hisslər gətirir. Soyuq havaya alışmış düşüncə və bədənimiz yeni mövsümə keçməli, havaya uyğun hallar keçirməlidir. Nəzər yetirsək, görərik ki, təbiət hadisələri insanlara müxtəlif cür təsir edir. Məsələn, gün işığı bir insanı həvəsləndirdiyi halda, digərində yorğunluq və ya tənbəllik yaradır. Eləcə də yağış və ya qar. Adətən yağışlar insanları melanxolikliyə meylləndirir. Amma insan da var ki, yağışlı hava onun əhval-ruhiyyəsinə gözəl təsir edir".

Psixoloq Fərqanə Mehmanqızı
© Sputnik / Irade JELIL
Psixoloq Fərqanə Mehmanqızı

Müsahibimiz bildirir ki, bəzi insanlar psixoloji travmalı olurlar: "Məsələn, elə insanlar var ki, vaxtilə yağışlı, yaxud günəşli gündə başına nə isə xoşagəlməz hadisə gəlib. Belə insanlar yazda depressiyaya düşür, panik hücumlara məruz qalırlar. Belə hallar yaşayan insanlar mütləq psixoloq məsləhəti almalıdır".

Mehmanqızının sözlərinə görə, mövsümi dəyişikliklərin insan psixologiyasına təsiri bioloji faktorlarla bağlıdır: "Genetik meyilliliyi olan insanlarda bahar depressiyası daha çox müşahidə edilir. Çünki hər mövsüm dəyişməsi zamanı insan bədəni bio-psixo-sosial bir ritmə adaptasiya olunmağa çalışır. Bəzi insnalarda bioloji saat yeni vəziyyətə uyğunlşamağa çətinlik çəkir".

"Endokrin sistemə aid olan bəzi hormonların (serotonin, melatonin) səviyyəsinin yazda dəyişməsi insanların depressiv duyğulara düşməsinə səbəb olur. Bununla yanaşı, insanlarda anemiya, vitamin əskikliyi, trioid xəstəlikləri və s. fizioloji və orqanik səbəblər də bahar depressiyasına zəmin yaradır. İnsan psixoloji səbəblərlərdən də depressiv vəziyyətə düşə bilər. Şəxslərin həyatı, yaşadığı problem və sıxıntılar təkcə yazda deyil, hər zaman depressiya yaşamasına səbəb olur" — deyir psixoloq.

Xüsusilə, mövsümi dəyişikliklərin təsiri ilə yaşanan depressiya özünü müxtəlif əlamətlərlə büruzə verir. Depressiyaya düşən insan özünü narahat və mənasız hiss edir, həyata marağı və zövqləri azalır. Yuxusuzluq və ya həddən artıq yatmaq, səbəbsiz arıqlama və ya kökəlmə, çox hərəkətlilik və ya hərəkətsizlik, enerji itkisi, dəyərsizlik, günahkarlıq duyğusu, düşünmə və diqqət əskikliyi, ölüm və intihar düşüncələri meydana gəlir.

Müsahibimiz bildirir ki, bahar depressiyasını aradan qaldırmağın yeganə yolu yuxudur: "Tez yatıb, tez durmaq yorğunluq hissini azaldır və stressi götürür. Çoxlu maye qəbul etmək, siqaret, kofe, spirtli içkilərdən uzaq olmaq lazımdır. İdmanla məşğul olsanız, bədəndə hormonları tənzimləyə bilərsiniz. Günəş vannası qəbul etmək, açıq havada gəzmək depressiyanı aradan qaldırır. Qidalanmanıza xüsusi diqqət göstərməyiniz məsləhətdir".

Psixoloq qeyd edir ki, əgər depressiyadan özünüz çıxa bilmirsinizsə, mütəxəssislərə müraciət edin, vəziyyətin ağırlaşmasına imkan verməyin.

10728
Teqlər:
hiss, Fərqanə Mehmanqızı, mövsüm, depressiya, yaz, bahar, psixoloq
Əlaqədar
Depressiyaya düşən kişi anasına şok yaşatdı
Xaçmazda qeyri-adi intihar
Qızının ölümündə özünü günahkar bilən ata intihar etdi
Psixoloqun intiharı cəmiyyətdə arzuolunmaz tendensiyalara yol açacaq

Azərbaycanda sabiq nazir müavini vıəfat etdi

2
Uzun illər Azərbaycan müdafiə nazirinin müavini postunu tutmuş general Çingiz Məmmədov həyatla vidalaşıb.

BAKI, 9 avqust - Sputnik. Azərbaycanın müdafiə nazirinin sabiq müavini, general-leytenant Çingiz Məmmədov dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, bu gün vəfat edib.

Çingiz Məmmədov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Çingiz Məmmədov 2014-cü ilin mayınadək müdafiə nazirinin müavini vəzifəsini tutub. 

2
Çöl ördəyindən hazırlanan “Döşəmə plov”, arxiv şəkli

Plovsevərlərin nəzərinə: Düyünün ölümcül təhlükəsi açıqlandı

115
Mançester və Salford universitetlərinin alimləri düyü istehlakının ürək-damar xəstəliklərini və ölüm riskini artırdığını müəyyən ediblər.

BAKI, 9 avqust — Sputnik. İngilis alimləri ürək-damar xəstəliklərinin artması riskini düyünün istifadəsi ilə əlaqələndirirlər. Sputnik Azərbaycan xəbər verir ki, müvafiq tədqiqatın nəticələri "Science of the Total Environment" jurnalında dərc edilib.

Düyü özündə sonradan insan orqanizminə daxil olan toksinləri və arseni toplaya bilir. Arsen ürək və qan damarları üçün təhlükəli hesab edilir. Mütəxəssislərin fikrincə, hətta kiçik dozalarda bu elementin uzunmüddətli istifadəsi hər il minlərlə erkən ölümlə əlaqələndirilir. Tədqiqat Mançester və Salford (Böyük Britaniya) universitetlərinin alimləri tərəfindən hazırlanıb.

Məlum olub ki, İngiltərə və Uelsdə sağlamlıq problemləri olan düyü istehlakçılarının 25 faizi ürək-damar xəstəliklərindən ölüm hallarının daha yüksək riskinə məruz qalır. Professor Devid Polya "düyünün istifadəsi nəticəsində sağlamlıq üçün modelləşdirilmiş yüksək risk təxminən altı faiz təşkil edir" deyib.

Xəstəliklərin riskini azaltmaq üçün mütəxəssislər düyüdən hazırlanan yeməklərin pərəstişkarlarına öz qida rasionlarında düyünü digər taxıl bitkiləri ilə əvəzləməyi məsləhət görüblər. Həmçinin, alimlər bu populyar məhsulun istehlakını məhdudlaşdırmaq və yaxud düyünün müxtəlif növlərini - məsələn, basmati və ya cilalanmış düyünü seçməyi tövsiyə ediblər. Ekspertlərin qiymətləndirməsinə görə, dünyada üç milyarddan çox insan düyünü əsas qida məhsulu kimi istehlak edir.

Əvvəllər rusiyalı həkim-dietoloqlar vətəndaşlara səhər yeməyi zamanı populyar dənli bitkilərdən hazırlanmış hazır qidalardan, ağ çörəkdən, hazır şirələrindən və qazlı içkilərdən imtina etməyi məsləhət görürdülər. Mütəxəssislərin sözlərinə görə, sadalanan məhsullar mənimsənilmiş karbohidratları ehtiva edir. Həkimlər tərəfindən faydasız ərzaqların qarabaşaq yarması, qəhvəyi düyü və ya bulqurla əvəz edilməsi tövsiyə olunur.

115