BAKI, 20 mart — Sputnik. Niyə yəhudilər var-dövlət yığmağı bacarırlar? Onların maliyyə müdrikliyinin sirri nədədir? Niyə məhz yəhudi xalqına biznes qurmaq və var-dövlətini artırmaq belə asan başa gəlir?
Hələ qədim salnamələrdə yəhudilərin pulla rəftarı ilə bağlı qeydlər yazılırdı və yüz illər ərzində bu qayda-qanunlar az da olsa dəyişilməyib, əksinə daha geniş miqyasda inkişaf edib.
Sputnik Azərbaycan xarici mediaya istinadla Mixail Abramoviçin yazdığı "Yəhudisayağı biznes. 67 qızıl qayda" kitabında yer almış, hər bir iş adamı üçün faydalı olacaq 22 vacib qaydanı təqdim edir.
1. Şərikinizin əmlakını öz əmlakınız kimi əziz tutun. Yəhudi biznes ortağı ən ləyaqətli ortaqdır. Öz təcrübəmdən və yaxın dostlarımın təcrübəsindən deyə bilirəm ki, bizim həyatda qarşılaşdığımız bütün yəhudilər mülkiyyətə böyük hörmətlə yanaşıblar. Onlar mənim ailəmin uğurlarına da məhz analoji hörməti nümayiş etdiriblər.
3. Pis qonşudan uzaq olun. Şəhər mərkəzində evlər niyə baha olur? Çünki ordakı sakinlərin 50%-i seçilmiş olur, qonşunun mədəni səviyyəsini öncədən bilirsən. İndi özünüz fikirləşin: günə liftdə Vladimir Kliçko ilə raslaşaraq başlamaq daha yaxşı əhval-ruhiyyə bəxş edər, yoxsa 10 pişik saxlayan deyingən qarı ilə?
4. Əgər danışmağa sözünüz yoxdursa, danışmayın!
5. Nə qədər ki enerjin var, işlə! Əgər həyat enerjimiz (həyatımız, işləmək arzumuz, yaratmaq eşqimiz) tükənməyibsə, yola davam etmək lazımdır.
6. İnsanların çətin vaxtlarında onlara pul ver! Bu, insan gələcəyinə sərmayə qoymaqdır. Özü də nə vaxtsa sənə geri qayıdacaq sərmayə!
7. Həmişə başqalarına xoş yanaş.
9. Onlar zənginliyin nə olduğunu bilirlər. Mən bu mövzuya tam bir post həsr edərdim. Özüm üçün zənginliyin nə olduğunu müəyyənləşdirmək istəyirəm. Hazırda mən hesab edirəm ki, varlı olmaq üçün 5 milyon dollar pul lazımdır. Amma mənim bu mövzuda başqa variant xoşuma gəlir — yəhudi müdrikliyi — "zəngin o adamdır ki, malik olduğu şeylər onu xoşbəxt edir".
10. Vaxt oğrusu da pul oğrusu kimi qorxuncdur. Mən belə adamlarla əlaqələrimi minimuma endirmişəm. Ola bilsin ki, bu çox qəddarlıqdır, pisdir, amma vaxtı idarə etmək, milyardları idarə etmək kimidir.
11. İşçinin pulunu vaxtında vermək lazımdır.
12. Hər düşündüyünü dilə gətirmə.
13. Bəzən lazım olandan çox pul vermək lazımdır. Əlbəttə, əgər sən bunu vermək istəyirsənsə.
14. Sahibkar işçisinin necə yaşadığını bilməlidir.
16. Düzgün danışmağı öyrən, lazım gələrsə, yersiz qürurdan keç.
17. Andınız deyil, sözünüz öhdəliyiniz olsun.
18. Heç vaxt başqasını təhqir etməyin.
19. Həyatınızı planlaşdırın.
20. Yaxşı işə görə özünüzü mükafatlandırın.
21. Başqalarına da iş tapşırın.
22. Həyatda balansı axtarın.
BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”.
APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.
Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq.
Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək.
Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq.
Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq.
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər.
Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq.
Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk, Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.
BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.
Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.
Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.
"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.
Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.
“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.