Peşə liseyi

Modelyer, dülgər, turizm agenti...

553
"Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan..."

BAKI, 21 mart — Sputnik. Hər bir insan gənc yaşlarından gələcəkdə məşğul ola biləcəyi iş haqqında düşünməlidir. İnsan hansı peşəni sevirsə, onun dərinliklərinə yiyələnməli və işinin ən yaxşısı olmağa çalışmalıdır. Belə olarsa, ölkədə keyfiyyətsiz iş problemi də öz həllini tapmış olar. Bəzən gənclər bərbər, dərzi, aşpaz olmaq üçün kiminsə yanında şagird kimi dayanaraq bu peşəyə yiyələnməyə çalışırlar. Professional olmaq üçün isə seçdiyin peşənin məktəbini oxumalısan.

Ölkədə yeniyetmələrə təhsili verən onlarla peşə məktəbi var. Biz onlardan birində — 5 saylı Bakı Peşə Liseyində olub rəhbərlik, müəllim və şagird kollektivi ilə görüşdük, dərslərin keçirilməsi prosesi ilə tanış olduq. 

Müstəsna səbr tələb edən sənət
© Sputnik / Ilham Mustafa

5 saylı Bakı Peşə Liseyinin rəhbəri Fikrət Nəbiyev Sputnik Azərbaycan-a verdiyi açıqlamada bildirdi ki, məktəb 1971-ci ildən fəaliyyət göstərsə də, hazırkı lisey statusunu 1996-cı ildə alıb: "2016-2017-ci tədris ilində peşə liseylərinə qəbul Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Asan Xidmət"lə birgə yeni layihəsi olan "Asan peşə" layihəsi əsasında həyata keçirildi. Bu layihə özünü çox yüksək səviyyədə doğrultdu. Eyni zamanda, bu tədris ilində xidmət sahələrinin daha da təkmilləşdirilməsi məqsədilə yeni ixtisaslar üzrə ixtisaslı kadrların hazırlanmasına başlanıldı".

"Hazırda liseydə müasir tələblərə cavab verən 18 ixtisas üzrə — mehmanxana inzibatçısı, hoteldə konsiyerj, mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi, ofisiant-barmen-bufetçi, qənnadçı-şirniyyatçı, turizm agenti, aşpaz, bərbər, dərzi, dülgər, elektrik qaz qaynaqçısı, elektroquraşdırıcı-sxemçi, mühafizəçi, əməliyyatçı mühasib, kompüter operatoru, inşaat rəngsazı, bağban dekorator, kompüter ustası ixtisasları üzrə 35 qrupda 652 nəfər şagird təhsil alır. Bunlardan 291 nəfər şagird təhsil müddəti 3 il olan qruplarda,361 nəfər şagird isə təhsil müddəti 1 il olan qruplarda təhsil alır" — həmsöhbətimiz əlavə etdi.

F.Nəbiyev bildirir ki, bu ixtisaslar içərisində 3 əsas ixtisas (hoteldə konsiyerj, mehmanxanada təsrrüffat işləri üzrə nəzarətçi, aşpaz) ixtisasları üzrə 2016-2017-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council və turizm sənaye müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində yeni layihənin təqdimat mərasimi keçirilib: "Bu layihə çərçivəsində 3 əsas ixtisas üzrə milli peşə standartlarına uyğun kurikulumun hazırlanması, müəllimlərin qabiliyyət potensialının artırılması və şagirdlər üçün təlim və iş üzrə təcrübə proqramının keçirilməsi nəzərdə tutulub. Bu gün bu layihəyə daxil olan ixtisaslar üzrə 49 nəfər şagird təhsil alır. Onlardan 19 nəfər aşpaz, 15 nəfər oteldə konsiyerj, 16 nəfər isə mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi ixtisasında təhsil alır". 

Onun sözlərinə görə, hal-hazırda liseydə bərbər ixtisası üzrə qısa müddətli kurslar fəaliyyət göstərir. Bu ixtisası bitirən şagirdlər sertifikatla təmin edilir. Liseydə 90 nəfər mühəndis-pedaqoji heyət var.

Daha sonra liseydə dərslərin keçirilmə prosesində iştirak edib, şagirlərin fikirlərini öyrəndik. Əvvəlcə bərbər ixtisası alan uşaqlarla söhbətləşdik. Onu da deyim ki, uşaqların bu sənətə maraqlı olduqları elə öz saçlarından hiss edilirdi. Bərbər qrupunun uşaqları saç düzümü ilə seçilirdi.

Liseyin bərbər işi üzrə nəzəriyyə müəllimi Mərziyə İsmayılova bildirir ki, uşaqların bu peşəyə böyük marağı var: "Biz dərsləri əvvəlcə "balvanka" üzərində başa salırıq, ikinci dərsdə isə canlı model üzərində həyata keçirilir. Bu model qrup yoldaşları və ya kənardan gələn bir şəxs ola bilər. Qrupda qızlar öyrəndikləri əməliyyatları bir-birlərinin üzərində həyata keçirirlər".

Liseyin şagirdi Aynurə Qəfərova deyir ki, uşaqlıqdan bərbər işinə marağı olub. Elə buna görə də Şirvan şəhərindən Bakıya gələrək bu məktəbə daxil olub. Aynurənin gələcəyə böyük planları var: "Salonlara şagird kimi də getmişəm, amma sonra daha peşəkar olmaq istədim və bu məktəbi seçdim". Aynurə gələcəkdə tanınmış stilist-vizajist-bərbər olmaq arzusundadır.

Abdullazadə Aslanpur Əhməd də bərbər ixtisasına yiyələnməyə maraqlıdır: "Mən bu sənəti sevirəm. Professional olmaq üçün internetdə araşdırma apardım, gördüm ki, bu məktəb həm evimə yaxındır, həm də xarici məktəblərə bənzəyir və sənədlərimi verdim". 

Liseydə dərzilik peşəsinə yiyələnmək üçün də hər bir şərait var. Liseyin istehsalat otağında tələbələrlə söhbət edərkən də buna şahid olduq.

Nailə Rəsulova dərzi ixtisasına yiyələnmək arzusundadır. Deyir, bu sənəti uşaqlıqdan gəlinciklərinə paltar tikərək öyrənib: "Böyüdükcə bu peşəyə həvəsim daha da artdı. Mən də Gülnarə Xəlilova, Fəxriyyə Xələfova kimi tanınmış olmaq istəyirəm. İstəyirəm, mənim də özümün brend markam olsun. Çox arzulayıram ki, mənim tikdiyim, çəkdiyim geyimləri məşhurlar geyinsinlər".

Nərmin Xəlilova da dərzilik ixtisası üzrə təhsil alır. Deyir ki, onun daha çox eskizlər çəkməyə marağı var. Bu məktəbi bitirdikdən sonra o da məşhurlarla işləməyi düşünür. Tahir Əzimov isə deyir ki, dərzilikdə yaxşı pul olduğu üçün bu sənəti seçib.

Anar Hacıyev ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alır: "Ölkəmizdə turizm inkişaf edir. Mən bu ixtisasın sirlərini öyrənirəm ki, təhsili gələcəkdə davam etdirib, restoran şəbəkələrimi açım".

Liseydə aşpazlıq qrupunda təhsil alan Fatimə Həmzəyeva yemək yeməyi və bişirməyi sevdiyi üçün aşpazlıq sənətinə yiyələnməyə qərar verib: "Mən restoranlara gedəndə çox zaman bişirilən yeməkləri bəyənmirəm. İstəyirəm ki, daha dadlı yeməklər bişirim". Qeyd edək ki, Fatimə bizə bir yeməyin reseptini də verdi.

Liseyin müəllimi Xanım Mirzəyeva bu yaxınlarda İstanbulda keçirilən "Mutfak günleri" yarışmasında iştirak edərək 3 yeri tutub. Müəllim liseydə uşaqlara aşpazlıq dərsləri keçir, dadlı yemək bişirməyin sirlərini öyrədir.

  • Liseyin şagirdi Abdullazadə Aslanpur Əhməd
    Liseyin şagirdi Abdullazadə Aslanpur Əhməd
    © Sputnik / Irade JELIL
  • Liseyin şagirdi Aynurə Qəfərova
    Liseyin şagirdi Aynurə Qəfərova
    © Sputnik / Irade JELIL
  • 5 saylı Bakı Peşə Liseyinin rəhbəri Fikrət Nəbiyev
    5 saylı Bakı Peşə Liseyinin rəhbəri Fikrət Nəbiyev
    © Sputnik / Irade JELIL
  • Peşə liseyinin şagirdi
    Peşə liseyinin şagirdi
    © Sputnik / Irade JELIL
  • Liseyin dərzilik üzrə təhsil alan tələbələri
    Liseyin dərzilik üzrə təhsil alan tələbələri
    © Sputnik / Irade JELIL
  • Liseydə dərzilik peşəsinə yiyələnmək üçün də hər bir şərait var
    Liseydə dərzilik peşəsinə yiyələnmək üçün də hər bir şərait var
    © Sputnik / Irade JELIL
  • Nailə Rəsulova dərzi ixtisasına yiyələnmək arzusundadır
    Nailə Rəsulova dərzi ixtisasına yiyələnmək arzusundadır
    © Sputnik / Irade JELIL
  • Ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alan tələbələr
    Ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alan tələbələr
    © Sputnik / Irade JELIL
  • Anar Hacıyev ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alır
    Anar Hacıyev ofisiant-barmen-bufetçi ixtisası üzrə təhsil alır
    © Sputnik / Irade JELIL
  • Peşə liseyi
    Peşə liseyi
    © Sputnik / Irade JELIL
  • Peşə liseyi
    Peşə liseyi
    © Sputnik / Irade JELIL
  • Peşə liseyi
    Peşə liseyi
    © Sputnik / Irade JELIL
  • Peşə liseyi
    Peşə liseyi
    © Sputnik / Irade JELIL
  • Peşə liseyi
    Peşə liseyi
    © Sputnik / Irade JELIL
  • Peşə liseyi
    Peşə liseyi
    © Sputnik / Irade JELIL
  • Peşə liseyi
    Peşə liseyi
    © Sputnik / Irade JELIL
  • Peşə liseyi
    Peşə liseyi
    © Sputnik / Irade JELIL
  • Liseydə aşpazlıq qrupunda var
    Liseydə aşpazlıq qrupunda var
    © Sputnik / Irade JELIL
  • Aşpazlıq qrupunda təhsil alan tələbələr
    Aşpazlıq qrupunda təhsil alan tələbələr
    © Sputnik / Irade JELIL
  • Məhəmməd Əliyev də turizm agenti ixtisasını seçib
    Məhəmməd Əliyev də turizm agenti ixtisasını seçib
    © Sputnik / Irade JELIL
1 / 20
© Sputnik / Irade JELIL
Liseyin şagirdi Abdullazadə Aslanpur Əhməd

Liseydə turizm agenti ixtisası da var. Müəllim Güllü Əsgərlinin sözlərinə görə, burada tələbələrə turizmin incəlikləri öyrədilir. Bu qrupda təhsil alan Qəzənfər Hüseynov Azərbaycanda "dini turizmi" inkişaf etdirmək istəyir.

Məhəmməd Əliyev də turizm agenti ixtisasını seçib. Deyir ki, turizm qeyri-neft sənayesi olduğu üçün onun diqqətini çəkib: "Mən bu sənətin dərinliklərinə yiyələnib, ölkəmdə turizmi inkişaf etdirmək istəyirəm. Mən Türkiyədə və Gürcüstanda olmuşam, amma Azərbaycan hər yerdən gözəldir".

Daha sonra ofisiant və aşpaz qrupunda təhsil alan şagirdlərin dərslərində iştirak etdik. Liseydə təhsil alan tələbələr seçdikləri peşəyə çox maraq göstərir, yiyələnəcəkləri peşənin dərinliklərini öyrənib Azərbaycana layiqli professional iş adamları olacaqlarını arzulayırlar.

Peşə liseylərində şagirdlərə müasir tələblərə uyğun ixtisasların öyrədilməsi çox vacibdir. Bu onların gələcəkdə iş tapmaları ilə yanaşı, əmək bazarının peşəkarlarla təmin olunması baxımından da böyük əhəmiyyət kəsb edir.

553
Teqlər:
5 saylı Bakı Peşə Liseyi, Sputnik Azərbaycan, peşə, sənət, şagird, təhsil, gənc, insan
Əlaqədar
Ekspert: “Peşə təhsili sistemində müəyyən canlanma və irəliləyiş var”
"Peşə təhsili haqqında" qanun layihəsi hazırlanacaq
Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi açıqlandı
Ən çox xərçəngə yoluxan peşə sahibləri bəlli oldu
Obama prezident postunu hansı peşəyə dəyişəcəyini açıqladı
Qədimi peşənin sahibi: “Bürünc səhvi bağışlamır”
Bu peşədə qazanc önəmli deyil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

9
(Yenilənib 21:18 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

9
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

18
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

18