Акция подари улыбку в Баку

Azərbaycanlılar gürcülər ermənilərdən daha xoşbəxtdirlər

121
(Yenilənib 13:47 20.03.2017)
Dünyanın ən xoşbəxt ölkələrinin reytinqi açıqlanıb

BAKI, 20 mart — Sputnik. "Sustainable Development Solutions Network" (SDSN) şirkəti BMT-nin sorğusu əsasında hazırlanmış "Dünya xoşbəxtlik hesabatı-2017" hesabatını dərc edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hesabata əsasən, Norveç dünyanın ən xoşbəxt əhalisi olan ölkə kimi tanınır. Reytinqdə ikinci yerdə Danimarka, üçdə İslandiya yerləşir, sonrakı yerləri isə İsveçrə, Finlandiya, Hollandiya, Kanada, Yeni Zelandiya, Avstraliya və İsveç tutub.

Azərbaycan reytinqdə 85-ci yerdədir. Regionun digər ölkələri — Ermənistan 94-cü, Gürcüstan isə 125-ci yerdə qərarlaşıb.

Bu siyahıda ABŞ 14-cü, Rusiya isə 49-cu olub.

Qeyd olunur ki, 155 ölkədən ibarət olan siyahida Tanzaniya, Burundi və Mərkəzi Afrika Respublikası sonuncu yerləri tutub.

Xatırladaq ki, bu gün, martın 20-si dünyada Beynəlxalq Xoşbəxtlik Günü qeyd olunur.

121

Kafe restoranlarda karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq

13
(Yenilənib 23:47 23.11.2020)
İctimai iaşə müəssisələrində COVİD-19-la əlaqədar karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs olacaq.

BAKI, 24 noyabr - Sputnik. “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarına edilən dəyişikliyə əsasən hər bir ictimai iaşə müəssisəsi tərəfindən karantin tələblərinin tətbiqi üzrə əlaqələndirici şəxs müəyyənləşməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib. 

Dəyişikliyə əsasən, karantin tələbləri üzrə əlaqələndirici (məsul) şəxs funksiyaları ictimai iaşə müəssisəsinin işçilərindən birinə həvalə edilir. Bu təyinat müəssisədaxili rəsmiləşdirilməlidir.

Həmin məsul şəxs epidemiya əleyhinə mövcüd tələblərin müəssisədə tətbiqinin təşkili, bu tələblərin yerinə yetirilməsinə yerində nəzarəti həyata keçirməklə bərabər nəzarətedici dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə əlaqələndirici olacaq, müəssisənin işçilərini təlimatlandıracaq, dezinfeksiya tədbirlərini təşkil edəcək, bu tədbirlərin müəssisədaxili qeydiyyat formaları və cədvəllərini tərtib edəcək, icrasına müəssisə daxilində nəzarət edəcək.

Məsul şəxs koronavirusla (COVID-19-la) mübarizə ilə bağlı xəbərdaredici məlumatların qonaqlara, işçi heyətə və digər əlaqəli tərəflərə çatdırılmasını təmin etməlidir. Eyni zamanda məsul şəxs bütün təmizlik və dezinfeksiya tədbirlərinin davamlı olaraq qeydiyyatının aparılması üçün gündəlik müntəzəm nəzarət formalarını, habelə keyfiyyətə nəzarət cədvəllərini tərtib etməli və onların icrasına nəzarəti həyata keçirməlidir.

13
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

6
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

6
Teqlər:
dəstək, proqram, teatr