CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“İrandan Azərbaycana 500 avtobus turist gələcək”

© Sputnik / Murad OrujovАрабские туристы в Баку
Арабские туристы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili: “Çox təəssüf ki, icra strukturlarında bürokratik əngəllər, biganəlik, süründürməçilik halları hələ də davam edir”

BAKI, 17 mart — Sputnik. "Qeyri-neft sektorunun inkişafı, orta və kiçik sahibkarlığa dövlət dəstəyi məqsədilə ötən il onlarla fərman, sərəncam və direktiv sənədlər imzalanıb. Çox təəssüf ki, bütün bunlara baxmayaraq icra strukturlarında bürokratik əngəllər, biganəlik, süründürməçilik halları hələ də davam edir". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin plenar iclasında deyib.

Onun sözlərinə görə, belə olan halda da kiçik sahibkarlıq inkişaf etmir, bəzi hallarda elə qundaqda da boğulur, heç bir addım ata bilmir: “Düşünürəm ki, bu məsələyə çox ciddi yanaşılmalıdır. Xalqımız bu sahədə çox böyük dəyişiklik gözləyir”. 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev - Sputnik Azərbaycan
İDMAN
İslamiada fərqli olacaq və ölkəyə müsəlman turistlər axışacaq

Digər bir məsələdən danışan komitə sədri bildirib ki, Novruz bayramı günlərində təkcə İrandan Azərbaycana 500-ə yaxın turistlə dolu avtobus gələcək: “Nədənsə Azərbaycan gömrük orqanlarının istəyinə baxmayaraq, İran tərəfdə sərhəd-keçid məntəqələrində bir növbəli 8 saatlıq iş vaxtı müəyyənləşib. Azərbaycan tərəfi də məcburdur ki, bu iş vaxtına əməl etsin. Belə olan halda görün gömrük məntəqəsində necə vəziyyət yaranacaq. Gələn turistlər günlərlə orada çox pis vəziyyətdə qalacaqlar və beləliklə, ciddi gərginlik yaranacaq. Ölkəyə gələn turist ilk andan çox mənfi təəssüratla rastlaşacaq”.

“Məsələnin həlli üçün Azərbaycan hökumətinin qonşu dövlətin müvafiq qurumları ilə operativ tədbirlər görməsi hər iki tərəf üçün çox faydalı olardı” — deyə millət vəkili qeyd edib. 

Xəbər lenti
0