Заседание Милли Меджлиса Азербайджана

Hökumət Milli Məclisdə hesabat verir

27
İclasın gündəliyinə bir məsələ - Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabat daxildir. Hesabatı Azərbaycanın baş naziri Artur Rasi-zadə təqdim edir.

BAKI, 17 mart — Sputnik. Martın 17-də Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasda baş nazir Artur Rasi-zadə, nazirlər, hökumət rəsmiləri iştirak edirlər.

İclasın gündəliyinə bir məsələ — Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabat daxildir. Hesabatı Azərbaycanın baş naziri Artur Rasi-zadə təqdim edir.

Qeyd edək ki, hesabata əsasən 2002-2015-ci illər müddətində yoxsuluğun səviyyəsi ildən-ilə azalaraq 46,7% göstəricisindən 4,9%-ə düşüb. 2016-cı ildə əvvəlki ilə nisbətən ÜDM-in real həcminin azalması, inflyasiyanın səviyyəsinin yüksəlməsi yoxsulluq səviyyəsinə düşən əhalinin sayını 1% artırıb və bu göstərici 5,9% olub.

2017-ci il yanvarın 1-nə muzdla işləyənlərin sayı 1514,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,1 min nəfər, qeyri-neft sektorunda isə 1479,9 min nəfər çalışıb. 2016-cı ildə ölkə rezidentləri tərəfindən 60 393,6 mln. manat və ya əhalinin hər nəfərinə 6266,3 manat dəyərində ÜDM istehsal edilib. Əvvəlki illə müqayisədə ÜDM istehsalı 3,1% azalıb.Azalmanın əsas səbəbi isə tikinti sektorunda məhsul və xidmətlər istehsalının 22,9% azalması olub.

27
Teqlər:
hesabat, Nazirlər Kabineti, Artur Rasi-zadə, hökumət, Milli Məclis
Əlaqədar
Milli Məclisin plenar iclası keçirilir
Milli Məclisin iclası təxirə salınıb
Mehriban Əliyeva Milli Məclisdə çıxış edir
Milli Məclisin plenar iclası başlayıb
Sabah Milli Məclis toplanacaq
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Kimə vaxt? - Azərbaycanda vaksinlərin vurulacağı gün bəlli oldu

0
Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə yanaşı, koronavirus əleyhinə vaksinasiyaya da start verilir

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.

O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Həftəsonları yenə piyadayıq

1
Yanvarın 18-dən etibarən ölkə ərazisində karantin rejiminin müəyyən yumşaldılması olacaq: sms icazələr ləğv olunacaq, bir müddət sonra müəyyən sahələr fəaliyyətə başlayacaq. Amma ictimai nəqliyyatın həftəsonu hərəkətinə qoyulan məhdudiyyət götürülmür

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

1
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar