Yasamal rayonu Əhməd Cəmil küçəsindəki 25, 27 və 29 saylı binaların həyətində kəsilmiş ağaclar

Bakıda ağacların "soyqırımı": gecə ilə böyük bir yaşıllığı məhv etdilər

2308
(Yenilənib 18:28 15.03.2017)
Narazı sakinlər aidiyyəti dövlət qurumlarından yardım istəyirlər

BAKI, 15 mart — Sputnik. Paytaxtın Yasamal rayonu Əhməd Cəmil küçəsində 25, 27, 29 saylı binaların sakinləri Bakı Şəhər Yaşıllaşdırma İdarəsindən (BŞYİ) şikayətçidirlər. Sakinlər bildirirlər ki, bu günlərdə sözügedən idarənin nümayəndələri ərazidəki ağacların əvvəlcə qol-budağını budayıb, aradan bir gün keçəndən sonra isə onları kökündən kəsiblər. Artıq ərazidə onlarla belə ağac kəsilib.

Ötən gün Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən ərazidə olub və sakinlərlə görüşüb. Sakinlərin sözlərinə görə, ərazidə 250-dən çox ailə yaşayır və ağacları da onlar özləri əkib.

Bina sakini Sabir Əhmədov bildirir ki, ərazidə ağacların "soyqırımı" artıq 3-4 gündür davam edir: "Günortalar cavanlaşdırmaq adıyla budanan ağaclar axşamlar səssizcə kəsilərək aparılır. Gətirib burada bina tikmək istəyirlər. Binaların qarşısında olan su anbarı binanı su ilə təmin edir. Həm də binalar tikilən zaman su anbarı da tikilib ki, hər hansı yanğın hadisəsi zamanı buradan su götürə bilsinlər. İndi bu anbarı da götürürlər".

S. Əhmədov qeyd edir ki, ərazidə olan fin tipli evlər söküləcək və 4 ədəd yeni çoxmərtəbəli bina tikiləcək: "Binanın o biri tərəfi məktəbdir. Sökürlərsə, burada park salsınlar. Təsəvvür edin, gəlib ağacların qol-budağını kəsirlər. Soruşuruq, deyirlər ki, "cavanlaşdırma işləri aparılır". Cavanlaşdırmaq üçün edirlərsə, bu biri ağacları niyə kəsmirlər?"

"Bunların məqsədi başqadır. Burada bir ağac var idi, 9 mərtəbə hündürlüyündə idi. Bəlkə də 300-dən çox yaşı olardı. Bir gecədə gəlib onu da kəsdilər. Kəsilən digər ağaclar 4-5 mərtəbə hündürlüyünə qalxmışdı" — narazı sakin bildirir.

S. Əhmədov daha sonra diqqətə çatdırır: "Mən özüm mühəndisəm. Bu binaları tikəndə insalyasiya — günəş işığı hesabatı nəzərə alınır. Əgər gətirib bu ərazidə yeni binalar tiksələr, bizim mənzillər günəş işığı görməyəcək. Bizə yalan danışırlar. Qonşu həyətdə gözəl ağaclar var idi. Bir gecənin içində kəsdilər hamısını. Olmaz axı belə, sənin tikdiyin bina günəş işığının qarşısını, insanların balkonun qarşısını kəsir".

Bina sakini Almaz Ələkbərova da ağacların kəsilməsindən narazıdır. Deyir ki, ərazidə olan 3 binanın uşaqları bu həyətdə oynayır, sakinlər burada istirahət edirlər: "Bir balaca yerdir, burada nə tikəcəklər axı? Bəs biz necə nəfəs alacağıq? Bir vaxtlar deyirdilər ki, bura "uşaq şəhərciyi" olacaq. İnanın ki, həyətdə maşın saxlamaq üçün dava gedir. Maşınlarını ağacların altında saxlayırdılar. Uşaqlarımız üçün oynamağa yer yoxdur. 3 binadır və bu binaların uşaqlar üçün oynamağa həyəti yoxdur".

  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların sakinləri
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların sakinləri
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların sakinləri
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların sakinləri
    © Sputnik / Irade JELIL
  • Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların sakinləri
    Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların sakinləri
    © Sputnik / Irade JELIL
1 / 15
© Sputnik / Irade JELIL
Yasamal rayonu Əhməd Cəmil küçəsindəki binaların həyətində kəsilmiş ağaclar

Digər bina sakini Vilayət Xəlilov qeyd edir ki, binalar arasında müəyyən məsafə olmalıdır: "Onsuz da bizim yaşadığımız binalarda bu məsafə yoxdur. Evlərin içi görünür. Hər binanın yarısı qədər ara məsafə olmalıdır. Yeni bina tiksələr, durum ümumiyyətlə dözülməz olacaq".

"Bu ağaclar sakinlər tərəfindən əkilib, suvarılıb, becərilib. Həmin ağacları bir gündə kəsmək nə deməkdir?! Həm də açıqlama vermədən" — V. Xəlilov əlavə edir.

Həsən Quliyev 1988-ci ildən bu ərazidə yaşadığını diqqətə çatdırır: "Bu həyətdə heç vaxt abadlıq olmayıb. İndi də deyirlər ki, 22 mərtəbəli bina tikilir. İndi təsəvvür edin ki, bizim halımız necə olacaq… 250 ailə biz, 250 ailə də yeni tikilən binanın sakinləri: sizcə, bu ərazidə o qədər insan yaşaya bilərmi?"

Digər binanın sakini İsmayıl Məmmədovun sözlərinə görə, iki binanın arasında cəmi 55 metr məsafə var: "Bu ara məsafə imkan vermir ki, ərazidə başqa bir bina tikilsin. Əgər burada başqa bina tikilsə, sakinlər üçün böyük problemlər yaranacaq. Tikinti qaydalarına görə, hazır binanın yanında bina tikilirsə, arada binanın hündürlüyündən 20 metr artıq məsafə saxanılmalıdır".

"Binalar tikiləndə bizə bildirilmişdi ki, həyətdə uşaqlar üçün oyun yeri olacaq, abadlıq işləri aparılacaq. Bu məsələ it-bat oldu. İndi aradan 30 il keçib, deyirlər, həmin yerdə bina tikiləcək" — İ. Məmmədov narazılıq edir.

Sakinlərin bildirdiklərinə görə, yaxınlıqdakı ərazidə "Elit City" tikinti şirkəti tərəfindən yeni bina inşa edilir. Bu baxımdan, hesab edirlər ki, bu həyətdə də tikiləcək bina həmin podratçı şirkət tərəfindən tikiləcək. Vətəndaşlar qeyd edirlər ki, ağaclar kəsiləndən sonra kötüklərinin üzərinə torpaq tökülərək, gizlədilməyə çalışılır.

Diqqətə çatdıraq ki, ərazidə 1000 nəfərdən çox sakin yaşayır. Onlar ərazidə məhv edilən ağacların əvəzinə yaşıllığın salınmasını tələb edirlər: "Bizim səsimizi aidiyyəti qurumlara çatdırın. Onlara özümüz də müraciət edəcəyik".

Əlavə edək ki, sözügedən ərazidə — Zahid Xəlilov küçəsində qəzalı vəziyyətdə olan 3 fin tipli fərdi ev var. Ərazidə 1988-ci ildə çoxmərtəbəli yaşayış binaları tikiləndə, həmin evlər qəzalı vəziyyətdə olduğu üçün sökülməli idi. 

"O fin evlərində yaşayış da olmayıb. Həmin evlərə sakinlər sonradan köçüb və hansısa yolla qeydiyyata düşüblər. Biz demirik ki, onlara ev verilməsin. Binalar sökülsün, onlara da ev verilsin. Ancaq bizim havamızı kəsmək hesabına yox. Bizim uşaqlarımız var, yazıqdırlar, onların oynamağa, nəfəs almağa yerləri yoxdur. İç-içə bina olmaz" — söhbətləşdiyimiz sakinlər vurğulayırlar.

Sakinlər yaxın günlərdə Yasamal Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti qurumlara ağacların "soyqırımı" ilə bağlı etiraz məktubu ünvanlayacaqlar.

Zibil yeşikləri
© Sputnik / Fuad Hasanov

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizə Departamentinin sektor müdiri Raqub Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ETSN Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin ərazidə qəzalı vəziyyətdə olan bir qisim ağacların kəsilməsinə, bir qismin budanmasına və bir qisminin kənar ərazilərə köçürülməsinə qərara verilib.

"Belə ki, orada bir ədəd söyüd ağacı və binanın təməlinə yeriyərək binanın təməlini zədələyən iki ədəd tut ağacının, ətrafda yeni ağaclar əkilməsi şərtilə götürülməsinə, sonra binanın üzərinə əyilərək, dam örtüyünü zədələyən 4 ədəd tut ağacının, hündürgövdəli bir ədəd qovaq ağacının təhlükəsiz şəkildə budanmasına, sonra binanın qarşısında olan və binanın su təminatını həyata keçirən qapalı su hovuzunun divarlarına zədə vuran, eyni zamanda gövdələri və kök boğazından zədələnmiş qəzalı vəziyyətdə olan 3 ədəd qovaq ağacının, o cümlədən kök hissəsi qurumuş bir ədəd söyüd, bir ədəd göyüş ağacının götürülməsinə, hovuzdan çıxan borunun üzərinə əyilən iki ədəd tut ağacının və digər divardan inkişaf edərək, kök zolağı hovuzun yan divarına təsir edən 3 ədəd ərik ağacının budanaraq kənara köçürülməsinə icazə verilib" — nazirlik rəsmisi bildirib.

R. Mirzəyev əlavə edib ki, kəsilən ağacların yerinə yeni ağaclar əkilməlidir: "Ərazidə qanunsuz ağac kəsintisi faktı yoxdur. Ərazidə su hovuzuna və binalara təhlükə törədən ağaclar götürülüb. Mütəxəssislər tərəfindən baxış keçirilib və qanunsuz ağac kəsintisə rast gəlinməyib. Ərazi nazirin nəzarətindədir".

2308
Teqlər:
abadlıq, Vilayət Xəlilov, Almaz Ələkbərova, Sabir Əhmədov, Bakı Şəhər Yaşıllaşdırma İdarəsi, Əhməd Cəmil küçəsi, həyət, ərazi, Yasamal rayonu, sakin, ağac, icra hakimiyyəti, bina, paytaxt
Əlaqədar
Ağacların qanunsuz kəsilməsinə göstəriş verən vəzifəli şəxs 6 min manat cərimələndi
Qəbələdə möcüzəli ağaclar: onları başqa yerə aparanda dəyişirlər
Bakıda parkda ağacdan asılmış kişi meyiti tapılıb
Ağacları danışdıran adam: o, sonuncu "mogikan"dır...
Bu abidə yalnız ziyarətgahlarda bitən möcüzəli ağacların olduğu meşədədir
Saatda 800 ağac əkən pilotsuz uçan aparat icad edilib
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

10
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

10
Bakıda avtomobil tıxacı, arxiv şəkli

Dünyada yollar, məsafələr qısaldılsa da, Azərbaycanda əksinədir

35
(Yenilənib 22:25 15.01.2021)
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?

Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur. 

Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.

"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.

Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.

Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".

Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".

Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib. 

Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.

Hələlik isə ümid təkcə metronun açılmasına qalır...

35
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0