Novruz

Bazarlığı istəmirəm zərrə-zərrə, qram-qram...

219
(Yenilənib 20:35 15.03.2017)
Kiminin gücü çatır və gözəl bayram süfrəsi hazırlayır, kimi isə bazarlarda məhsullara və qiymətlərə baxmaqla kifayətlənir

BAKI, 15 mart — Sputnik. Novruz bayramına sayılı günlər qalıb. Deyirlər, "bayramı necə qarşılasan, bütün ili də elə keçirəcəksən". Buna görə də hamı çalışır ki, bayram süfrəsini gözəl bəzəsin, süfrəsinə bayram nemətlərindən yığsın.

Amma bazarlarda olan qiymətlər hamıya bu imkanı yaratmır. Kiminin gücü çatır və gözəl bayram süfrəsi hazırlayır, kimi isə bazarlarda məhsullara və qiymətlərə baxmaqla kifayətlənir. Gücü çatan da daha əvvəlki kimi məhsulları kiloqramla deyil, qramla alır.

Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə bazarda olub və qiymətlərlə maraqlanıb. "8-ci kilometr" bazarında işləyən satıcı Nahid deyir ki, bayramqabağı bahalaşma o qədər də güclü deyil: "Çox zaman deyirlər ki, bayram yaxınlaşır, ərzaq məhsullarının qiyməti artacaq. Bu artım cəmi 20-30 qəpik olur. Bu da çox zaman yeni gətirilən məhsullara şamil edilir. Köhnədən qalan məhsullar elə əvvəlki qiymətə satılır".

  • 8-ci kilometr bazarı
    "8-ci kilometr" bazarı
    © Sputnik / Irade JELIL
  • 8-ci kilometr bazarı
    "8-ci kilometr" bazarı
    © Sputnik / Irade JELIL
  • 8-ci kilometr bazarı
    "8-ci kilometr" bazarı
    © Sputnik / Irade JELIL
  • 8-ci kilometr bazarı
    "8-ci kilometr" bazarı
    © Sputnik / Irade JELIL
  • 8-ci kilometr bazarı
    "8-ci kilometr" bazarı
    © Sputnik / Irade JELIL
  • Meyvə satışı ilə məşğul olan Vahid
    Meyvə satışı ilə məşğul olan Vahid
    © Sputnik / Irade JELIL
  • 8-ci kilometr bazarı
    "8-ci kilometr" bazarı
    © Sputnik / Irade JELIL
  • 8-ci kilometr bazarı
    "8-ci kilometr" bazarı
    © Sputnik / Irade JELIL
  • Çərəz satışı ilə məşğul olan Vüsal
    Çərəz satışı ilə məşğul olan Vüsal
    © Sputnik / Irade JELIL
1 / 9
© Sputnik / Irade JELIL
"8-ci kilometr" bazarı

Çərəz satışı ilə məşğul olan Vüsalın sözlərinə görə, məhsulların qiymətində heç bir artım olmayıb: "Yəni bayramdan öncə hansı qiymətə satırdımsa, yenə elə satırıam. Güya alan var ki? Bahalaşdırsam, nə olacaq? Məhsul üstümdə qalacaq. Orubad qoz ləpəsi 20 manat, digər qoz ləpələri 14-18 manat, qabıqlı qoz 7-12 manat, fındıq 6-7 manat, innab 5-8 manat, ərik qurusu 9-11 manat, şabalıd 8-10 manat, turşu 6-10 manat, badam 10-18 manat, kişmiş 6-20 manatadır".

Satıcı bildirir ki, qiymətlər bahalaşmasa belə, alıcı azdır: "Alan da daha əvvəl kimi, kiloqramla deyil, qramla alır".

Meyvə satışı ilə məşğul olan Vahid də qiymətləri bahalaşdırmadığını deyir: "Düzdür, bayramlar bizim üçün yaxşıdır ki, çox məhsul sata bilirik. Amma daha alıcılarda da əvvəlki vəziyyət yoxdur. Əvvəl 3 kiloqram alma alan, indi sayla 4-5 alma alır. Buna görə də qiyməti qaldırmamışıq. Çalışırıq, münasib qiymətə sataq ki, alan olsun. Mandarin 2-4 manat, alma 2-5 manat, armud 3-6 manat, kivinin biri 50 qəpik, ananas 15-20 manatdır".

Satıcı deyir ki, bazarda hər cür alıcının cibinə uyğun məhsul satılır: "Yəni, heç bir alıcı deyə bilməz ki, bu məhsul bahadır, ala bilmədim".

Bazarda qiymətlər:
Banan — 2 manat
Heyva 2.50-3 manat
Kivi 3-4 manat
İydə 4-8 manat
Buğda 1 manat
İnnab 4-8 manat
Xurma 5-8 manat
Ərik qurusu 10-15 manat
Xurma qurusu 3-4 manat
Araxis 6-9 manat
Limon 4 ədədi 1 manat
Portağal 2-6 manat
Şabalıd 8-10 manat
Turşu 8-12 manat
Tərəvəz:
Pomidor 3-5 manat
Xiyar 3-4 manat
Yerkökü 1 manat
Şoraba 2-8 manat
Göyərti 7 dəstəsi 1 manat
Səməni 2-10 manat

"Təzə bazar"da da "8-ci kilometr" bazarı kimi alıcı kasadlığı vardı. Amma burada qiymətlər öncəki ilə müqayisədə 2-4 manat bahadır. Bazarda ət 10-14 manat, balıq məhsullarının kiloqramı isə 10-15 manat arasında dəyişir.

Alıcı Vüsalə Kərimovanın sözlərinə görə, normal bir bayram süfrəsi üçün ən azı 200 manat lazımdır: "Hamı istəyir ki, süfrəsində bütün nemətlərdən olsun. Amma bazarlar bahalıqdır, gücümüz çatmır. Məsələn, mənim 200 manatım olsaydı, gözəl bir bayram süfrəsi hazırlayardım. İndi isə sadəcə plov bişirəcəm. Düyü də ucuz deyil. Kiloqramı 5 manatdan başlayır…"

219
Teqlər:
satıcı, Novruz bayramı, meyvə, alıcı, bahalaşma, bazar, məhsul, manat, qiymət
Əlaqədar
Bu məhsulların və xidmətlərin qiyməti qalxdı - rəsmi açıqlama
Baş nazirin müavini: "Bazarda qiymətlərin müəyyən artımı hiss olunur"
Yeni ildən etibarən cib telefonu qiymətlərində ciddi yüksəliş olacaq
"Nəqliyyatda və yanacağın qiymətində bahalaşma olacaq"
Təhlükə altında qeyd olunan bayram
Ön cəbhədə bayram: bütün təhlükələrə rəğmən...
Bakıda bayram karvanı

Qəbul imtahanları başlayır: 13 14 avqusta təyin olunub

0
(Yenilənib 15:21 07.08.2020)
I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

BAKI, 7 avqust – Sputnik. Dövlət İmtahan Mərkəzi 13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafikini elan edib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.

Bu ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

13-14 avqust tarixlərində:

• cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;

• I-IV ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

© Photo : REPORT
Cədvəl

Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.

 

- Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. 

İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

- İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

- Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər. Ətraflı məlumat “burada”.

0
Oktaqona ümumi baxış, arxiv şəkli

UFC “DQR bayrağına” görə erməni idmançını cəzalandırdı

0
(Yenilənib 15:05 07.08.2020)
Erməni idmançı qaydaları pozduğuna görə cərimələnib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib

BAKI, 7 avqust – Sputnik. Erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan UFC-dəki çıxışı zamanı törətdiyi təxribata görə cəzalanıb.

Sputnik Azərbaycan-ın Apasport.az saytına istinadən məlumatına görə, bunu “Glendale fighting club”un rəhbəri Edmond Tarverdyan açıqlayıb.

Şahbazyanın şəxsi məşqçisi və meneceri olan Tarverdyan Ermənistan mətbuatına bildirib ki, avqustun 2-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “UFC Fight Night 173” turniri çərçivəsində keçirilən döyüş zamanı idmançının öz küncündə qondarma "Dağlıq Qarabağ Respublikası"nın “bayrağ”ını asması cəzasız qalmayıb: “Azərbaycan, Türkiyə və bir sıra digər ölkələrin səfirlikləri bizdən şikayət ediblər ki, Edmen Şahbazyan oktaqona Dağlıq Qarabağ Respublikasının bayrağı ilə çıxıb. UFC rəhbərliyi bizi cərimələyib, idmançını rinqə çıxmazdan öncə yoxlamalı olan, 20 il təcrübəyə malik əməkdaşını işindən azad edib”.

Məşqçi səhv etdiklərini boynuna alıb: “Etiraf edim ki, biz səhv etdik. Müqavilənin bəndinə diqqət yetirməmişdik. Bunun cəzasını çəkməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yarışda erməni əsilli döyüşçünün Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejimin “bayrağını” qaldırması ilə bağlı UFC-yə etiraz məktubu ünvanlayıb. Məktubda qanunsuz qurumun Ermənistanın hərbi təcavüzünün nəticəsindən başqa bir şey olmadığı bildirilib və ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünə dəstəyinə dair birmənalı mövqeyi UFC rəhbərliyinin diqqətinə çatdırılıb.

0