Ağdamın Çəmənli kəndində yaşayan Əhmədovlar ailəsinin Novruz tonqalı

Ön cəbhədə bayram: bütün təhlükələrə rəğmən...

1148
(Yenilənib 11:35 15.03.2017)
Məcbur qalmadıqca insanlar təhlükəli vaxtlarda evdən çıxmamağa çalışırlar

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 15 mart — Sputnik. Dünən Novruz bayramının son çərşənbəsi — "Torpaq çərşənbəsi" idi. "İlaxır çərşənbə" də adlandırılan bu çərşənbə baharın gəlişini, havaların isinməsini, təbiətin oyanmasını özündə əks etdirir.

Əhməd Əhmədov
© Sputnik / Ramil Ibrahimov
Əhməd Əhmədov

Ömrünün 50-ci novruzunu qarşılayan Əhməd Əhmədov deyir ki, son çərşənbənin adındakı torpaq kəliməsi də torpağın oyanışı, təsərrüfat işlərinin canlanması ilə bağlıdır. Yaşadığı Ağdam rayonunun Çəmənli kəndi təmas xəttinə yaxın yerləşsə də, Ə. Əhmədovun ailəsi çərşənbəni xüsusi qeyd etməkdən çəkinməyib.

Qovurğanın qovrulması
© Sputnik / Ramil Ibrahimov
İnanclara görə, bayramda qovurğanın qovrulması zamanı ev-eşik şər qüvvələrdən təmizlənir

Çərşənbədən öncə həyət-baca təmizlənir, qadınlar qovurğa qovurur, şəkərbura-paxlava hazırlanır. Çərşənbə tonqalını isə ailənin ağsaqqalı, Əhməd kişinin atası Kamal dayı öz əlləriylə hazırlayır.

"Bu, el adətidir, tonqalı həmişə evin ağsaqqallı hazırlayır, ailənin digər fərdləri isə tonqala od vururlar. İndiki bayramlar bizim cavanlıq çağlarımızla müqayisədə sönük keçir. Bu fərq keçmişdə ailələrin daha böyük olması, qohumluq əlaqələrinin daha möhkəm olmasıyla bağlı olub" — Ə. Əhmədov deyir.

"Əvvələr ən az 5-6 uşaq olardı ailədə. Amma indi bir və ya iki uşaq olur. Həm də indiki insanlar bizim dövrdəkindən başqadır, bizim uşaqlığımızın oyunları dirədöymə idi, amma indi cavanlar, uşaqlar telefonla, internetlə oynayırlar. Bu da adamların özünə qapanmasına gətirib çıxarır. Virtual dünyaya bağlanıb elə bil real həyatla əlaqəni kəsirlər" — o, əlavə edir.

Bayram xonçası
© Sputnik / Ramil Ibrahimov
Bayram xonçası

Müsahibimizin sözlərinə görə, əvvəlki illərlə müqayisədə kənddə bayramların nisbətən sönük keçməsi həm də müharibə ilə əlaqəlidir: "Hər an təmas xəttində gərginliyin yarana biləcəyi, yaşayış məntəqələrinin ermənilər tərəfindən atəşə tutulması ehtimalı var. Bu da kənd sakinlərinin bayram əhval-ruhiyyəsinə təsirsiz ötüşmür. Məcbur qalmadıqca insanlar təhlükəli vaxtlarda evdən çıxmamağa çalışırlar".

"Müharibədən əvvəlki illərdə bayramlar yüksək səviyyədə qeyd olunurdu. Hamı bir-birinə qonaq gedirdi. Qapılar bağlanmazdı. 4-5 evə qonaq gedilərdi, ya da sənə qonaq gələrdilər. Amma indi insanlar özünə qapanırlar" — deyir Əhməd Əhmədov.

Cəbhə xəttində yaşamalarına baxmayaraq, insanlar bacardıqca qədim el adətlərini qoruyub saxlamağa çalışırlar. Ənənəyə görə, hava qaralandan sonra ailə üzvüləri tonqalın üzərindən tullanır. Bununla da köhnə ilin ağırlığını, dərd-sərini üzərindən atılıb tonqalda yandırdıqlarına inanırlar.

© Sputnik / Ramil Ibrahimov
Təhlükə altında qeyd olunan bayram
1148
Teqlər:
Çəmənli kəndi, İlaxır çərşənbə, torpaq çərşənbəsi, son çərşənbə, Əhməd Əhmədov, Ağdam rayonu, Novruz bayramı, müharibə
Əlaqədar
Bakıda bayram karvanı
Bayramla bağlı bu qatarın hərəkət cədvəli dəyişir
Novruz bayramı zamanı 9 gün iş olmayacaq
Bayramda faciə: "zırpaket" uşağın əlini yandırdı
Bayramqabağı əhaliyə sərt xəbərdarlıq edildi
Eyyub Hüseynov: Bayram ərəfəsində 70%-ə qədər qiymət artımı gözlənilir
Yük maşını

Aksiyaya qoşulmaq istəyənlər BNA-ya müraciət edə bilərlər

93
(Yenilənib 23:04 28.09.2020)
Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər.

BAKI, 28 sentyabr — Sputnik. Bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusuna dəstək məqsədilə "Hər şey vətən üçün" aksiyası davam etdirilir. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, aksiya çərçivəsində daha 16 yük avtomobili ilə 6500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

Qum dolu kisələrdən fərqli olaraq təkərlər müdafiənin ön xəttində mövqelərin muhafizəsi baxımdan olduqca əhəmiyyətli materialdır. Təkərlər dözümlü və güllələri saxlama xassələrinə malikdirlər. Bunu nəzərə alaraq təkərlərin toplanaraq cəbhə bölgəsinə yola salınması davamlı olaraq həyata keçirilir. Aksiyaya qoşulmaq istəyən vətəndaşlarımız Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər.

Qeyd edək ki, iyul ayının düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra Bakı Nəqliyyat Agentliyi Müdafiə Nazirliyi ilə birgə "Hər şey vətən üçün" aksiyasına başlayıb. Ötən müddətdə ümumilikdə 60 yük avtomobili ilə 26500 ədəd təkər cəbhə bölgəsinə yola salınıb.

93
Azərbaycan Ordusunun hərbi qulluqçusu, arxiv şəkli

Azərbaycanda yaşayan etnik icma rəhbərləri: Qələbə bizimdir!

72
(Yenilənib 23:17 28.09.2020)
Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına, Azərbaycanın tarixi torpaqlarına qayıtması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmayıb.

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasında yaşayan etnik icma rəhbərləri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı bəyanat imzalayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olmuş bəyanatda bildirilir:

"Bu ilin 27 sentyabr tarixində Ermənistan növbəti hərbi təcavüzə əl ataraq, atəşkəs rejimini kobud şəkildə pozub, təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdur. Azərbaycanın cavab həmlələri nəticəsində ciddi tələfat verən düşmən növbəti siyasi-ideoloji təxribata əl atır, Azərbaycan Respublikasının guya döyüş əməliyyatlarına müxtəlif xalqların nümayəndələrinin zorən gəlb etməsi barədə çirkin məlumat yaymışdır. Onu da yaxşı bilirik ki, Azərbaycanda yaşayan xalqlar arasında əsrlər boyu davam edən sarsılmaz dostluq və qardaşlıq münasibətləri, onların vahid və bölünməz vətən naminə həmrəyliyi özünün sərsəm iddiaları ilə monoetnik dövlətə çevrilən irqçi Ermənistanda həmişə qısqanclıq və qıcıq hissi ilə qarşılanır.

Çünki Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də Azərbaycanın milli ordusunun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə, minlərlə nümayəndələri - əsgər və zabitləri vardır. Odur ki, terrorçu Ermənistan və onun havadarları münaqişənin ilk dövrlərindən etibarən Azərbaycan xalqları arasında münasibətləri pozmağa, etnik, dini zəmində süni qarşıdurmalar yaratmağa çalışmış və bu istiqamətdə pozuculuq fəaliyyətini indi də davam etdirməkdədir.

Lakin onların bütün çirkin və mənəviyyatsız oyunları həmişə olduğu kimi bu gün də uğursuzluqla nəticələnir. Ermənistanın dövlətimiz üçün əlavə gərginlik mənbələrinin yaradılmasına yönəldilmiş təxribat cəhdləri sıralarımızı daha da möhkəmləndirir, bizi bir-birimizə bağlayan qardaşlıq tellərini daha sarsılmaz edir. Ermənistanın özünü Azərbaycanda yaşayan xalqların "dostu və himayədarı" kimi təqdim etməsi isə riyakarlıqdan başqa bir şey deyildir. Biz Ermənistanın növbəti çirkin böhtan kampaniyasını qətiyyətlə pisləyir və bir daha bəyan edirik: İşğalçı və marionet Ermənistan dərk etməlidir ki, Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad olunması, məcburi köçkünlərimizin öz ata-baba yurdlarına, Azərbaycanın tarixi torpaqlarına qayıtması uğrunda aparılan müqəddəs mübarizədən heç vaxt kənarda qalmamışdır.

Azərbaycan Ordusuna dəstək aksiyası, arxiv şəkli
© Photo : AR State Committee on Work with Diaspora

Biz etnik və dini mənsubiyyətimizdən asılı olmayaraq, Azərbaycan əsgərlərinin döyüş bölgələrində uğurlarına sevinəndə, şəhidlərimizə göz yaşları tökəndə onların etnik mənsubiyyətini soruşmuruq. Biz ürəkdən inanırıq və əminik ki, tezliklə Azərbaycanın rəşadətli ordusu üçrəngli bayrağımızı Şuşada, Xankəndində dalğalandıracaq, şəhidlərimizini qisasını alacaq və mənfur düşmən üzərində böyük qələbə sorağı ilə bizi sevindirəcəklər. Azərbaycan əsgərlərin isə hansı xalqa məxsus olmalarının, hansı dildə danışmalarının və hansı dinə tapınmalarının heç bir əhəmiyyəti yoxdur. Çünki, Azərbaycan bizim doğma Vətənimiz, Azərbaycan Respublikası bizim də dövlətimizdir. Onun hər qarış torpağı Azərbaycan xalqları üçün müqəddəs və əzizdir. Qələbə bizimdir!

İmamverdi Həmidov - Talış icmasının ağsaqqalı

Əhməde Həpo - Kürd icmasının ağsaqqalı,

İmran Rzayev - "Samur" Ləzgi Milli Mərkəzi,

Məhəmməd Nooyev - Azərbaycan-Avar İctimai Birliyinin sədri,

Mixail Zabelin - Azərbaycanda Rus İcması

Elman Əhmədov - "Azəri" tat mədəniyyət mərkəzi ictimai birliyi

Milix Yevdayev - Bakı Dağ Yəhudiləri Dini İcması

Robert Mobili - Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması

Aleksandr Şarovski - Avropa Yəhudilərinin Bakı Dini İcması

Rafiq Abdullayev - "Buduq" Xeyriyyə Cəmiyyəti

Gülcan Miəsautova - "Tuqan tel" Tatar Mədəniyyəti Cəmiyyəti

Ismayıl Rəhimov - Azərbaycanda Yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyi

Sevinc Bulacova - İngiloy İcması

Rafael Qvaladze - Azərbaycanda yaşayan Gürcü İcması

72
Teqlər:
Ermənistan, multikultural, Diasporla İş üzrə Dövlət Komitəsi
Əlaqədar
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib
Allahşükür Paşazadə: "Vətən Müharibəsi hər zaman ədalətli savaşdır"
Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında

Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır

0
(Yenilənib 00:17 29.09.2020)
Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qondarma Dağlıq Qarabağ ordusunun Martuni üzərində Azərbaycana aid bir An-2 təyyarəsini vurduğunu iddia edib. 

0