Bakıda köhnə evlər

Bakıda irimiqyaslı söküntü başlayır

5169
(Yenilənib 18:30 13.03.2017)
"Xruşşovka" kimi tanınan binalar söküləcək

BAKI, 13 mart — Sputnik. Azərbaycan Baş naziri Artur Rasizadə Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərar imzalayıb. Sputnik Azərbaycan-ın Nazirlər Kabinetinin saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti Bakı şəhərinin mikrorayonlarında əsasən Fransanın "Kamyu" şirkətinin istehsalı olan və sonralar "Xruşşovka" kimi tanınan müvəqqəti yaşayış üçün nəzərdə tutulan, öz istismar müddətini başa vurmuş iripanelli yaşayış binalarında yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi üçün həmin binaların sökülərək yerində müasir tələblərə uyğun yeni çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin əlaqədar təşkilatlarla razılaşdırılmış təklifini nəzərə alaraq, 1-ci mikrorayon ərazisində aparılacaq yenidənqurma işləri üzrə sifarişçi funksiyasını Fövqəladə Hallar Nazirliyinə həvalə edib. 

Кабинет министров Азербайджанской Республики
© Sputnik / Murad Orujov

Fövqəladə Hallar Nazirliyinə "Pilot layihə" kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, "Xruşşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosial infrastrukturun yaradılması və abadlaşdırılması üzrə ərazinin müfəssəl planının hazırlanması və təsdiqini, həmçinin bu müfəssəl plan əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasını və işlərin icrasını özündə əks etdirən Tədbirlər Planının layihəsini hazırlayaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təsdiq edilməsi üçün 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

FHN aparılacaq tikinti işlərinə özəl şirkətlərin vəsaitlərinin və kredit vəsaitlərinin cəlb edilməsini təşkil etməli, tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə köməklik göstərilməsini təmin etməli, qanunvericiliyin tələblərinə uyğun olaraq, binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə, onlara məxsus olan mənzilin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında sökülmüş binalarda olduğu mərtəbədə, 1-ci mərtəbədə olan mənzillərin əvəzinə isə 1-ci yaşayış mərtəbəsində mənzillərin ayrılmasını təmin etməli, binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək söküləcək binalarda, o cümlədən ərazidə ayrıca yerləşən və binalara bitişik olmayan qeyri-yaşayış sahələrinin sahiblərinə müvəqqəti olaraq istifadəyə (icarəyə) verilmiş qeyri-yaşayış sahələri üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sahibkarlara, onlara məxsus olan qeyri-yaşayış sahələrinin ümumi sahəsindən 10 faiz əlavə sahə olmaqla, sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında qeyri-yaşayış sahələrinin ayrılmasını təmin etməli, eləcə də Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə Bakı şəhərinin 1-ci mikrorayonu ərazisində yerləşən məktəb, uşaq bağçası, körpələr evi, xəstəxana və digər qeyri-yaşayış binalarının texniki vəziyyətini araşdırıb büdcə vəsaiti hesabına həmin binaların təmiri, yenidən qurulması və ya sökülüb yenidən tikilməsi barədə aidiyyəti üzrə təkliflər hazırlayıb 1 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Dövlət Neft Şirkətinə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə isə tapşırılıb ki, yeni tikiləcək binaların mühəndis xətləri ilə təminat məsələləri üzrə texniki şərtlərin ödənişsiz verilməsini və yenidənqurma aparılan ərazilərin sərhədlərinədək sahəxarici mühəndis-kommunikasiya xətlərinin tikintisinin öz vəsaitləri hesabına həyata keçirilməsini təmin etsinlər.

Əmlak Məsələləri Dövlət Komitəsi tikintisi başa çatmış obyektlərin istismarına icazə verildikdən sonra, həmin obyektlərin qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatını həyata keçirməlidir.

Qərarın icrası ilə əlaqədar yerinə yetiriləcək işlərin əlaqələndirilməsini və qarşıya çıxan məsələlərin operativ və hərtərəfli həllini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin, Fövqəladə Hallar Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Maliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə daimi fəaliyyət göstərən işçi qrup yaradılacaq. 

5169
Teqlər:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Artur Rasizadə, Bakı şəhəri
Əlaqədar
Paytaxtın bu hissəsində söküntü başlayıb
Bakının bu küçəsindəki bütün binalar söküləcək
Ekspert: Bağçaları söküb yerində göydələnlər, şadlıq sarayları tikdilər
Bakıda növbəti söküntünün ünvanı dəmiryol vağzalı ətrafındakı obyektlərdir
"Akademiklərin yataqxanası" sökülür, sakinlər etiraz edir
Məhəmmədrəsul Məcidov, arxiv şəkli

Azərbaycanlı idmançı dünya boksunun əfsanəsini döyüşə çağırır

12
(Yenilənib 17:21 09.08.2020)
Azərbaycanlı peşəkar boksçu hazırkı dünya çempionu Entoni Coşua ilə mübarizə aparmaq arzusundadır. Lakin onunla görüşdən əvvəl titul uğrunda beş döyüş keçirməlidir.

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 9 avqust — Sputnik. Azərbaycanlı peşəkar boksçu Məhəmmədrəsul Məcidov Moskva yaxınlığında avqustun 22-də britaniyalı Dilian Uaytla döyüşəcək məşhur rusiyalı boksçu Aleksandr Povetkinlə iki həftəlik təlim-məşq toplanışı keçirib. Sputnik Azərbaycan-la müsahibəsində Məcidov Povetkinlə birgə məşqlərdən və gələcək planlarından danışıb.

- Povetkinlə məşq keçmək ideyası necə yarandı?

- Biz bilirdik ki, Povetkin avqustun 22-də Dilian Uaytla mübarizə aparmalıdır və onun sparrinq-tərəfdaşlara ehtiyacı olacaq. Mən öz menecerimə təklif etdim ki, onun nümayəndələri ilə birgə təlim-məşqlər keçirilməsi barədə danışıq aparsın. Nəticədə razılığa gəlmək mümkün oldu.

Şübhəsiz ki, belə təcrübəli boksçu, Olimpiya çempionu ilə məşqlərim mənə böyük fayda gətirib, mən ondan çox faydalı şeylər götürmüşəm. O da həmçinin mənimlə məşq etdiyi üçün çox minnətdardır, çünki mənim iştirakımla olan sparrinq onun üçün də faydalı olub.

- Sparrinqlər necə keçdi?

- Biz birlikdə yaxşı işlədik. Əsasən, mən ona Dilian Uaytla döyüşə hazırlaşmağa kömək edirdim, ona görə də onun travma almaması üçün maksimum səy göstərirdim.

- Povetkinin qarşıdakı döyüşdəki şansını necə qiymətləndirirsiniz?

- Onun yaxşı qələbə şansı var. O, çox təcrübəli boksçudur və bu, ona kömək etməlidir. Əlbəttə, rəqib də hədiyyə deyil, amma hamımız bilirik ki, Saşa fiziki və mənəvi cəhətdən çox güclüdür, tez-tez xarakter döyüşlərini qazanır.

- Siz onunla eyni çəki kateqoriyasında çıxış edirsiniz. Onunla döyüş keçirmək barədə heç düşünməmisiniz?

- Onunla döyüşmək mənim üçün hələ maraqlı deyil. Povetkinin yanında bir çox digər boksçular var ki, mən onları məğlub etməliyəm. Həm də məni onunla dostluq münasibətləri bağlayır. Birlikdə sparrinq edən döyüşçülərin çoxu adətən bir-biri ilə rəsmi döyüşlər keçirmirlər. Povetkin yolumun üstündə dayanmır, mənə nəyəsə nail olmaq üçün ona qalib gəlmək lazım deyil. Mənə qalxmağa imkan verəcək digər boksçularla görüşlər keçirmək daha vacibdir.

- Kimləri məğlub etmək istərdiniz?

- İlk növbədə, hazırkı dünya çempionu Entoni Coşuanı. Deyim ki, o da mənimlə mübarizə aparmaq istəyir. Amma onunla döyüşə çıxmazdan qabaq mən titul uğrunda beş döyüş keçirməliyəm. Bu, bir çox amillərdən asılıdır. Həm də dünya çempionunun reqlamentinə görə, mütləq titulun müdafiəsi həyata keçirilməlidir.

Bundan başqa, mənə Povetkinin rəqibi - britaniyalı Uaytla döyüşmək maraqlı olardı. Böyük hesabla götürsək, kiminlə döyüşməyimin mənim üçün fərqi yoxdur. Peşəkar boksda zirvəyə çatmaq üçün istənilən rəqiblə mübarizə aparmağa hazıram. Ən yaxşıları ilə bokslaşmaq istəyirəm.

- Sizin növbəti döyüşünüzlə bağlı məsələlər aydınlaşıbmı?

- Hələlik bu barədə dəqiq məlumat yoxdur. Məsələ bundadır ki, hazırda koronavirus pandemiyası səbəbindən tamaşaçıların boks şoularını ziyarət etməsi qadağandır. Həm də axşam döyüşlərinin sayı azaldılıb. Buna görə boks axşamlarının iştirakçıları sırasına düşmək üçün rəqabət artıb.

Mənim növbəti döyüşüm sentyabr ayının ortalarında və ya sonunda keçirilə bilər. Ancaq payızın ilk günlərində də rinqə çıxa bilərəm. Hətta indi də istənilən döyüşə hazıram. Amma koronavirus səbəbindən hələ heç bir aydınlıq yoxdur, çünki bir çox ölkələrin sərhədləri bağlıdır. Bundan əlavə, tezliklə vizaları yeniləmək üçün Azərbaycana gəlmək lazımdır.

12
Çaxır

Koronavirusla mübarizədə qırmızı şərab

12
(Yenilənib 15:30 09.08.2020)
ARDS nəfəs darlığına, sürətli nəfəs almağa, dərinin göyərməsinə səbəb olur. Laval universietinin tibb işçiləri müəyyən ediblər ki, orqanizmdə xüsusi ACE2 fermentinin olması bu sindromun ağırlaşmasını azaldır.

BAKI, 9 avqust — Sputnik. Kanadalı alimlər şərabda koronavirus zamanı müşahidə edilən kəskin tənəffüs çətinliyi sindromunun (ARDS) şiddətini azalda bilən bir antioksidan tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kəskin tənəffüs çətinliyi sindromu ARDS ağciyərlərdə yayılmış iltihab nəticəsində yaranan tənəffüs çatışmazlığıdır. ARDS nəfəs darlığına, sürətli nəfəs almağa, dərinin göyərməsinə səbəb olur.

Laval universietinin tibb işçiləri müəyyən ediblər ki, orqanizmdə xüsusi ACE2 fermentinin olması bu sindromun ağırlaşmasını azaldır.

Bədəndəki konsentrasiyası əsasən qırmızı və ağ şərabda olan antioksidan resveratrol ilə artır.

Ancaq ACE2 konsentrasiyasının artması bir tərəfdən koronavirusun hüceyrəyə daxil olma riskini artıra bilər.

Digər tərəfdən, ferment işləmədikdə, AngII peptidinin miqdarı artır, bu da iltihab reaksiyasının artmasına kömək edir.

Buna görə də, ACE2 çatışmazlığı və AngII-nin artıq olması COVID-19-un gedişinə mənfi təsir göstərir.

Bu barədə Lomonosov adına Moskva Dövlər Universitetinin əməkdşaı Roman Zinovkin danışıb.

Resveratrol immunitet sisteminin hüceyrələrini də sıxışdıra bilər. ARDS-nin immunitet sisteminin həddindən artıq aktivliyindən qaynaqlandığını nəzərə alsaq, resveratrolun bu komplikasiyanın inkişafında müsbət təsir göstərməsi mümkündür. Şərabla yanaşı, resveratrol fıstıq, püstə, kakao və moruğun da tərkibində var.

12