Pambıq emalı

Pambıqçılar öz haqlarını ala bilmirlər

306
Pambıq Emalı Zavodu bağlanan müqavilənin şərtlərinə düzgün əməl etmir

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 13 mart — Sputnik. Bərdə rayonunda pambıq becərən fermerlər tədarükçü şirkətlərdən birinin müqaviləyə əməl etmədiyini deyirlər. Belə ki, müqavilədə yüksək məhsuldarlıq əldə edən fermerə təhvil verdiyi pambığın pulundan əlavə mükafat veriləcəyi göstərilib. Pambığın qəbulu ötən ilin dekabr ayında yekunlaşsa da, torpaq sahibləri bu günə qədər mükafat olaraq göstərilən məbləği ala bilmədiklərini iddia edirlər.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Bərdənin Xan-Xanımlı kəndinin sakini Nizami Nəcəfov ötən il 3 ha sahədə pambıq becərdiyini bildirir: "Hər hektardan 45 sentnerə yaxın məhsul əldə etdim. Təhvil verdiyim hər kq pambıq üçün zavod mənə 51 qəpik ödədi. Amma bu günə qədər, yüksək məhsuldarlıq əldə etdiyimə görə müqavilədə göstərilən əlavə mükafat məbləğini ala bilmirəm".

Nizami Nəcəfov
© Sputnik / Ramil Ibrahimov
Nizami Nəcəfov

Nəcəfovun sözlərinə görə, onun kimi onlarla sakin də oktyabr ayında pambığı yığıb təhvil verib: "Şirkətin becərmə üçün verdiyi pulu da ödəmişik. Təhvil verəndən bir gün sonra pambığın pulunu gedib bankdan almışıq. Amma müqavilədə göstərilib ki, yüksək məhsuldarlığa görə əlavə ödəniş olmalıdır. Ona görə mənə əlavə 650 manat ödəniş edilməlidir, amma bu günə kimi ödənilməyib".

Müqavilə
© Sputnik / Ramil Ibrahimov
Müqavilə

Ötən il 24 ha sahədə pambıq becərən Bərdənin Boy-Əhmədli kənd sakini Əziz Seyidov da eyni problemlə üzləşib. Dediyinə görə, zavoda 61 ton pambıq təhvil verib və artıq 4 aya yaxın müddət keçməsinə baxmayaraq, ona çatmalı olan mükafat məbləğini ala bilmir.

Əziz Seyidov
© Sputnik / Ramil Ibrahimov
Əziz Seyidov

"25 sentner məhsul götürmüşəm. 20 sentnerdən yuxarı olanda mükafat verilməliydi. Zavoddan deyirlər, "verəcəyik". Elə deyirlər, "pambıq ək". Keçən il 24 hektar əkmişdim, bu il 34 hektara müqavilə bağlamışam. Bizi aldatdılar ki, mükafatınızı verəcəyik, amma yoxdur" — Əziz Seyidov bildirir.

Müqavilə
© Sputnik / Ramil Ibrahimov
Müqavilə

Məsələ ilə bağlı sözügedən tədarükçü şirkətin rayonda fəaliyyət göstərən Bərdə Pambıq Zavodundan Sputnik Azərbaycan-a bildirdilər ki, ötən mövsüm 2300 tona yaxın pambıq qəbul edilib: "Fermerlər müqavilədə göstərilən qiymətlə öz pullarını alıblar. 20 sentnerdən yuxarı məhsuldarlıq əldə edən 65 nəfər müqaviləçi var ki, onların əlavə mükafat məbləğləri ödənilməyib".

CTS-Agro MMC
© Sputnik / Ramil Ibrahimov
"CTS-Agro" MMC

Zavoddan əlavə olundu ki, emal müəssisəsi "CTS-Agro" MMC-nin tərkibində fəaliyyət göstərir: "Vəsait də həmin şirkət tərəfindən verilir. Şirkətdən isə zavoda mükafatların veriləcəyi dəqiq vaxt deyilməsə də, yaxın günlərdə ödəniləcəyi bildirilib".

306
Teqlər:
"CTS-Agro" MMC, tədarükçü şirkət, pambıq, müqavilə, Sputnik Azərbaycan, Bərdə, məhsuldarlıq, fermer, zavod
Əlaqədar
Azərbaycanda 88 min tondan çox pambıq tədarük edilib
Mədəniyyət işçilərini pambıq yığımına aparırlar
Dövlətin strateji planı: 700 min ton pambıq, 400 min iş yeri
Prezident pambıqçılığın inkişafına dair respublika müşavirəsi keçirir
Rayonlararası polis postunda PPX avtomobili, arxiv şəkli

Rayonlara gediş-gəliş üçün icazə qaydası açıqlandı

12
(Yenilənib 19:07 10.07.2020)
Hikmət Hacıyev bildirib ki, ölkədən çıxanlar arasında müalicə üçün xaricə gedənlərə üstünlük verilir

 

BAKI, 10 iyul — Sputnik. "Rayonlardan Bakıya gələnlər arasında da xəstəliyi ilə bağlı göndərişi olanlar, həmçinin işlə bağlı gələnlərə icazə verilir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, ölkədən çıxanlar arasında müalicə üçün xaricə gedənlərə üstünlük verilir. Həmçinin biznes və iqtisadi məsələlər üçün xaricə üz tutan vətəndaşlarımız da var".

H.Hacıyev deyib ki, pandemiya başlayandan bu günədək bir çox vətəndaşlarımız xarici ölkələrdə qalıb.

12
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Rayonlara gediş-gəlişin açılması təhlükəlidir - Yaqut Qarayeva
Hikmət Hacıyevdən avtobuslarda sıxlıq sualına təəccübləndirən cavab
Prezidentin köməkçisindən 190 AZN barədə açıqlama
Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır - Rəsmi
Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxub
Azərbaycan-Rusiya sərhədi, arxiv şəkli

Gələn həftə üç ölkədən vətəndaşlarımız təxliyə olunacaqlar

2
(Yenilənib 19:00 10.07.2020)
"Vətəndaşların məsuliyyəti, dövlətlə birgə olması, göstərdikləri fəaliyyət nəticəsində mövcud vəziyyətin stabilləşməsinə nail olunub"

 

BAKI, 10 iyul — Sputnik. Rəqəmlərdə müəyyən stabilləşmə tendensiyası özünü göstərir, artıq yoluxanlarla sağalanlar arasında az fərq var. Lakin bu, bizi qane etmir və biz mübarizəni davam etdiririk.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

O vurğulayıb ki, vətəndaşların məsuliyyəti, dövlətlə birgə olması, göstərdikləri fəaliyyət nəticəsində mövcud vəziyyətin stabilləşməsinə nail olunub.

Hikmət Hacıyev, həmçinin qeyd edib ki, qarşıdan gələn həftə Rusiyadan 250 vətəndaşın ölkəmizə gətirilməsi nəzərdə tutulur: "Gələn həftə İran və Gürcüstandan da bir qrup Azərbaycan vətəndaşının vətənə gətirilməsi planlaşdırılır".

2
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Koronavirusa yoluxub sağalmış şəxslərlə bağlı vacib məqam
Azərbaycanda koronavirusla bağlı son durum: 526 yeni yoluxma və 8 ölüm
Avstraliya və Honkonqda koronavirus məhdudiyyətləri bərpa olunur
Çin yeni pnevmoniyaya dair xəbərdarlıq etdi: "COVID-19-dan da ölümcüldür"
Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi