Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu

Nazirlikdən dəyişkən hava xəbərdarlığı

3471
Havanın temperaturunun gecə 2-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacağı gözlənilir

BAKI, 11 mart — Sputnik. Martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a bildirilib ki, ayrı-ayrı yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturunun gecə 2-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 3-5° isti, gündüz  11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək olacaq, 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq. 

3471

Bir neçə şəhər rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

8
Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanda sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır.

Qeyd edək ki, əvvəl bu müddət dekabrın 7-si saat 06:00-dək müəyyən edilmişdi.

8
Teqlər:
Xaçmaz, Quba, İsmayıllı, Masallı, Cəlilabad, Biləsuvar, Zaqatala, Qax, Lənkəran, Şəki, sərt karantin rejimi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Stasionar telefon, arxiv şəkli

Müdafiə Nazirliyində valideynlər üçün fasiləsiz qaynar telefon xətləri açıblar

4
(Yenilənib 16:14 05.12.2020)
Vətəndaşlar qeyd olunan nömrələrə zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər

BAKI, 5 dekabr - Sputnik. Hərbi qulluqçuların valideynlərini və yaxınlarını narahat edən məsələlərlə bağlı müraciətləri qəbul etmək məqsədilə Müdafiə Nazirliyində sutka ərzində fasiləsiz qaynar telefon xətləri fəaliyyət göstərir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Bir daha bildiririk ki, vətəndaşlar (012) 912, (012) 538-61-31, (012) 404-76-34 nömrəli telefonlara zəng edərək onları maraqlandıran suallarla bağlı müraciət edə bilərlər", - məlumatda qeyd olunur.

4
Teqlər:
qaynar xətt, valideynlər, hərbçilər, telefon, Müdafiə Nazirliyi