Yevlax rayonu Malbinəsi kəndi

Bu kəndin mal-qarasına vəhşi heyvanlar da yaxın düşə bilmir

7309
(Yenilənib 22:59 11.03.2017)
Çıxan xüsusi səs və öldürücü olmayan enerjinin olduğu naqilə mal-heyvan toxunan zaman qorxur və həmin ərazidən kənara çıxmağa cəhd etmir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. Yevlax rayonu Malbinəsi kəndində yüzlərlə iribuynuzlu mal-qara sahibsiz otlayır. Ərazidən magistral və dəmiryolu xəttinin keçməsi də heyvanlar üçün hər hansı təhlükə yaratmır. Hətta bir addımlıqda əkilmiş yamyaşıl taxıl zəmisinə də mal-qaranın bir ziyan vurmadığı görünür.

Kənd sakinləri isə artıq çobanlıq etməyə ehtiyac qalmadığını deyirlər. Yəni bu işi onların əvəzinə, o qədər də baha başa gəlməyən aparat görür. Mal-qara sahibləri müəyyən bir ərazini otlaq üçün ayırırlar. Hər 10 metrdən bir yerə dəmir çubuqlar basdıraraq dövrəyə alırlar. Sonra isə bu çubuqlar xüsusi naqil vasitəsilə birləşdirilir.

Sonradan xüsusi qurğu naqillərə qoşularaq az miqdarda enerji ötürməyə başlayır. Aparatdan çıxan xüsusi səs və öldürücü olmayan enerjinin olduğu naqilə mal-heyvan toxunan zaman bundan qorxuya düşür və həmin ərazidən kənara çıxmağa cəhd etmir.

  • Malbinəsi kəndi ərazisində məskunlaşmış Yavər Alıyev
    Malbinəsi kəndi ərazisində məskunlaşmış Yavər Alıyev
    © Sputnik / Ilham Mustafa
  • Kənd sakinləri isə artıq çobanlıq etməyə ehtiyac qalmadığını deyirlər
    Kənd sakinləri isə artıq çobanlıq etməyə ehtiyac qalmadığını deyirlər
    © Sputnik / Ilham Mustafa
  • Yəni bu işi onların əvəzinə, o qədər də baha başa gəlməyən aparat görür
    Yəni bu işi onların əvəzinə, o qədər də baha başa gəlməyən aparat görür
    © Sputnik / Ilham Mustafa
  • Mal-qara sahibləri müəyyən bir ərazini otlaq üçün ayırırlar
    Mal-qara sahibləri müəyyən bir ərazini otlaq üçün ayırırlar
    © Sputnik / Ilham Mustafa
  • Hər 10 metrdən bir yerə dəmir çubuqlar basdıraraq dövrəyə alırlar
    Hər 10 metrdən bir yerə dəmir çubuqlar basdıraraq dövrəyə alırlar
    © Sputnik / Ilham Mustafa
  • Sonra isə bu çubuqlar xüsusi naqil vsitəsilə birləşdirilir
    Sonra isə bu çubuqlar xüsusi naqil vsitəsilə birləşdirilir
    © Sputnik / Ilham Mustafa
  • Sonradan xüsusi qurğu naqillərə qoşularaq az miqdarda enerji ötürməyə başlayır
    Sonradan xüsusi qurğu naqillərə qoşularaq az miqdarda enerji ötürməyə başlayır
    © Sputnik / Ilham Mustafa
  • Aparatdan çıxan xüsusi səs və öldürücü olmayan enerjinin olduğu naqilə mal-heyvan toxunan zaman bundan qorxuya düşür və həmin ərazidən kənara çıxmağa cəhd etmir
    Aparatdan çıxan xüsusi səs və öldürücü olmayan enerjinin olduğu naqilə mal-heyvan toxunan zaman bundan qorxuya düşür və həmin ərazidən kənara çıxmağa cəhd etmir
    © Sputnik / Ilham Mustafa
1 / 8
© Sputnik / Ilham Mustafa
Malbinəsi kəndi ərazisində məskunlaşmış Yavər Alıyev

Ağdam rayonundan məcburi köçkün, hazırda Malbinəsi kəndi ərazisində məskunlaşmış Yavər Alıyev, əvvəllər 5 adamın mal-heyvan otarmağa çətinlik çəkdiyi əraziyə indi mal-qaranı rahatlıqla buraxdıqlarını deyir: "Əvvəllər nə qədər nəzarət olunsa da, mal-heyvan magistral və dəmir yoluna çıxaraq ziyanlığa səbəb olurdu. Amma bu qurğunu istifadə edəndən sonra belə problem hələ baş verməyib".

Sakinlər "cansız çoban" adlandırdıqları bu qurğunun ixtirasını həmkəndliləri Məhyəddin İsmayılovun adı ilə bağlayırlar. Məhyəddin İsmayılov isə belə bir qurğunu Almaniyada hərbi xidmətdə olarkən gördüyünü, sonradan bir müddət yaşadığı Belarus və Rusiyada onların oxşarına rast gəldiyini deyir.

"İlk dəfə bu qurğunu 2002-ci ildə Azərbaycana gətirdim. Əvvəllər bir çoxları təəccüb və etinasızlıqla qarşılasalar da, hazırda nəinki bu kəndin sakinləri, hətta ətraf kənd və rayonların əhalisi də bu qurğudan geniş istifadə edirlər. Artıq digər rayonlardan da gəlib bu qurğudan alan və sifariş edənlər var" — deyir usta.

Bu qurğudan istifadənin əlverişliliyindən danışan İsmayılovun sözlərinə görə, otlaq üçün ayrılan yerləri bir neçə yerə bölərək, hissə-hissə otarmaq mümkündür: "Beləliklə, ərazi kiçik olsa da, daim yaşıl qalmasına imkan yaranır".

Qurğu haqda məlumat verən kənd sakini, onun günəş enerjisi ilə işlədiyini, yalnız soyuq havalarda kiçik batareyalar qoşmaq lazım gəldiyini deyir: "Qurğunun 1-3 km radiusu əhatə etməsi məsləhətdir. Daim 9 volt tok olur. Qoyunçuluqdada sərbəst istifadə edilir. Bu qurğu işləyən əraziyə canavar da yaxın düşmür".

"Hətta son vaxtlar bu qurğudan bostançılar da istifadə etməyə başlayıblar. Bostan məhsullarının, üzüm bağlarının yetişən vaxtı çaqqal və digər heyvanların bostana ziyan verməməsi üçün bostanın ətrafına naqillər çəkirlər ki, bununla da məhsulu qoruya bilirlər" — M. İsmayılov bildirir.

7309
Teqlər:
Məhyəddin İsmayılov, Yavər Alıyev, aparat, mal-heyvan, Malbinəsi kəndi, Yevlax rayonu, qurğu, məcburi köçkün, çoban, mal-qara
Əlaqədar
Ağdam cəbhəsində gərgin anlar: düşmən tarlada işləyən kəndliləri atəşə tutub
Cəbhəyanı kəndin sakini: "Heç yerə getməyəcəyik, hamı öz ev-eşiyindədir"
Baharın gəlişini ən tez qeyd edən kənd
Yüz illər boyu missionerlərin hədəfində olan Azərbaycan kəndi
Azərbaycanın məşhur kəndində yanğın
Qışda unudulan kəndlər...
Nəhəng ilan kənd sakinlərini qorxuya salıb
Jurnalist, arxiv şəkli

Məşhur serialın çəkiliş meydançasında dəhşətli hadisə baş verib

8
(Yenilənib 17:10 30.11.2020)
Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır

BAKI, 30 noyabr — Sputnik. Türkiyənin Atv kanalında yayımlanan "Eşkiya Dünyaya Hükümdar Olmaz" serialının çəkiliş meydançasında dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, ötən gecə baş verən hadisədə serialın texniki heyətində çalışan 3 qadın hücuma məruz qalıb. Belə ki, EDHO-nun çəkilişləri aparılan məkanın üst mərtəbəsində kostyumların saxlanıldığı otaqda çalışan 3 qadına qəflətən otağa daxil olan 2 nəfər hücum edib. Qapını qıraraq otağa daxil olan 2 nəfər otaqda olan qadınları təhqir edərək, onlara fiziki güc göstərib. Səs-küyü eşidən yaradıcı heyətin üzvləri qadınların köməyinə gəliblər.

Hadisə yerinə polislərin gəlməsindən sonra məlum olub ki, qadınlara hücum edən 2 kişi əvvəllər zorlama və narkotik satışından məhkum olunaraq, həbsxanada yatmış keçmiş dustaqlardır. Polislər qadınların şikayətlərinə əsasən cinayətkarları yaxalayaraq, bölməyə aparıblar.

8
Teqlər:
keçmiş məhbus, qadınlar, hücum, Türkiyә, serial
ANAMA əməkdaşı

ANAMA direktoru vətəndaşları şübhəli əşyalara toxunmamağa çağırdı

6
(Yenilənib 17:00 30.11.2020)
Dərhal agentliyin mütəxəssislərindən ibarət əməliyyat axtarış qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılan tədqiqat

BAKI, 30 noyabr — Sputnik. "Bildiyiniz kimi, 2020-ci il 14 noyabr tarixində saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alıxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidən Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər. Partlayış zamanı Yasin Əhmədov həlak olub, Asif Əhmədov isə ağır dərəcəli bədən xəsarəti alıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov danışıb.

Q. Əhmədovun sözlərinə görə, qeyd olunan mülki vətəndaşların təxliyəsi üçün agentliyin əməkdaşları həmin əraziyə cəlb olunublar: "Təxliyə zamanı Asif Əhmədov ərazidən çıxarılıb, Yasin Əhmədovun təxliyə zamanı isə agentliyin minaaxtaranı Asəf Mürsəl oğlu Xudiyev öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb. Nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çox sayda qəlpə yarası alıb.

28 noyabr saat 15:10 radələrində Füzuli rayonun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidən mina hadisəsi baş verib. Nəticədə Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudduin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu Adilzadfə Zibeydi Şakir qızı hadisə yerində vəfat ediblər. Hadisə barədə məlumat daxil olub. Dərhal agentliyin mütəxəssislərindən ibarət əməliyyat axtarış qrupu həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılan tədqiqat zamanı 90 BL-558 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub. Aparılan xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq, meyitlər ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qeyd etmək istəyirik ki, vətəndaşların təhlükəli ərazilərə daxil olmamaları və şübhəli əşyalara toxunmamaları barədə maarifləndirmə fəaliyyətləri, əsasən də Partlayıcı Sursatların təhlükəsinə dair Maarifləndirmə (PSTM) mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla, mina, partlamamış sursat, müharibənin partlayıcı qalıqları (MPQ) və tərkibində partlayıcı olan qurğuların təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasının, onların xəbərdar edilməsini nəzərdə tutmaqdır".

6
Teqlər:
Qarabağ, işğaldan azad edilmiş ərazilər, çağırış, vətəndaşlar, təhlükə, mina, ANAMA
NATO-nun simvolu

NATO ölkələrinin rəsmiləri toplanırlar Gündəmdə Qarabağ da var

0
(Yenilənib 17:20 30.11.2020)
Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük

BAKI, 30 noyabr — Sputnik. NATO-ya üzv ölkələrin xarici işlər nazirləri 1-2 dekabr tarixlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının Şurasının iclasında Rusiyanın hərbi mövqelərinin güclənməsini müzakirə edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq qeyd edib.

"Nazirlər Rusiyanın hərbi aktivliyinin genişlənməsinə cavab olaraq bizim nə edə biləcəyimizi müzakirə edəcəkər. Rusiya öz nüvə arsenalını modernləşdirir və yeni raketlər yerləşdirir, Uzaq Şimaldan Liviya və Suriyaya yeni qüvvələr yerləşdirir. Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük", - deyə Stoltenberq qeyd edib.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının Şurasının xarici işlər nazirləri səviyyəsində görüşü videokonfrans formatında keçiriləcək.

0
Teqlər:
iclas, Liviya, Suriya, Belarus, Rusiya, Azərbaycan, Qarabağ, açıqlama, Yens Stoltenberq, NATO