Türkiyə-Suriya sərhədindəki beton divar

Sərhədlərimizin qorunması qaydaları dəyişir

54
(Yenilənib 16:49 10.03.2017)
Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklər edilib

BAKI, 10 mart — Sputnik. Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunda dəyişikliklərə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi barədə parlament sədrinin birinci müavini Ziyafət Əsgərov məlumat verib.

Qanunun 12-ci maddəsinin ikinci və üçüncü hissələri aşağıdakı redaksiyada verilir: 

"Nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitələri barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri Azərbaycan Respublikası Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının və ya əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar sərhəd qoşunlarının tələbi əsasında gömrük orqanlarının iştirakı ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində milli maraqlara təhdidlər haqqında əməliyyat məlumatları olduqda, gömrük orqanlarının iştirakını təmin etmək mümkün olmadığı hallarda milli təhlükəsizliyi və ya dövlət sərhədinin toxunulmazlığını təmin etmək məqsədi ilə nəqliyyat vasitəsi və ya mal sahibləri, yaxud nəqliyyat vasitəsi barəsində səlahiyyətli olan digər şəxslər və ya onların nümayəndələri sərhəd qoşunlarının tələbi ilə nəqliyyat vasitələrini və yüklərini açmağa borcludurlar”.

Yeni maddəyə görə, şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçməsinin, habelə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın, odlu silah və döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların, mülki dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış digər əşyaların dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə sərhəd qoşunları Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində ölkəyə gələn və ölkədən gedən nəqliyyat vasitələrinə, yüklərə və başqa əşyalara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxış keçirirlər".

Layihə səsə qoyularaq qəbul edilib.

54
Əlaqədar
Azərbaycan-İran sərhədində işlər sürətlə davam edir
Sərhəddə qanunsuz dərman preparatları aşkarlandı
Sərhəddə narkotik əməliyyatı: saxlanılan var
(0:27 / 2.55Mb / просмотров видео: 6)

Raket zərbəsinin qurbanları: Bərdə övladlarını son mənzilə yola salır

9
(Yenilənib 18:01 29.10.2020)
İki gün dalbadal raket atəşinə tutulan Bərdədə həlak olmuş dinc sakinlərin dəfn mərasimi keçirilib. Ətraflı – videomuzda.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Bərdə şəhərinin raket atəşinə tutulması zamanı həlak olmuş sakini Allahverdiyev Əsgər Mahir oğlunun dəfn mərasimində olub. Əsgərin 37 yaşı vardı.

Mərmi sanki yağış kimi yağdı… - Bərdə faciəsi xəsarət alanın dilindən - VİDEO >>

2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri saat 13 radələrində əhalinin sıx yaşadığı Bərdə şəhərinin mülki obyektləri və infrastrukturuna raket zərbələri endirib. Nəticədə 21 dinc sakin həlak olub, təxminən 70 nəfər yaralanıb. Mülki obyektlərə və nəqliyyat vasitələrinə zərər dəyib. Bütün həlak olanlar və xəsarət alanlar dinc sakinlərdir.

Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası >>

Xatırladaq ki, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndini artilleriya atəşinə tutması nəticəsində beş dinc sakin, o cümlədən yeddi yaşlı qız həlak olmuş, daha 13 nəfər yaralanmışdı.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Polis əməkdaşı, arxiv şəkli

Diqqət: Polis nəzarəti gücləndirdi

11
(Yenilənib 17:58 29.10.2020)
Vətəndaşlardan xahiş olunur ki, ön cəbhədə vuruşaraq torpaqlarımızı işğalçılardan təmizləyən əsgər və zabitlərimizin sağlamlığını qorumaq, koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.

BAKI, 29 oktyabr — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları arxa cəbhədə həm ölkə ərazisində elan edilən hərbi vəziyyət, həm də koronavirusla mübarizədə yorulmadan xidmətlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, infeksiyanın ölkə ərazisində yayılmasının, virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə elan edilən karantin rejimi qaydaları çərçivəsində polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. Bu məqsədlə paytaxt Bakı və bölgələrdə polis əməkdaşlarından təşkil edilən mobil qruplar vasitəsi ilə sanitar-karantin qaydalarına əməl edilməsi daim nəzarətdə saxlanılır.

Reydlər zamanı qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və iaşə obyektlərində polis əməkdaşları tərəfindən insanlar arasında profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji qaydalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə tibbi maskadan istifadənin zəruriliyi barədə məlumatlar verilir. Paytaxtın müxtəlif nöqtələrində, eləcə də mərkəzdən kənar bölgələrdə həyata keçirilən reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar. Paytaxt, eləcə də digər rayon və şəhərlərdə karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Vətəndaşlarımızdan biz daha xahiş olunur ki, ön cəbhədə vuruşaraq torpaqlarımızı qarış-qarış işğalçılardan təmizləyən əsgər və zabitlərimizin sağlamlığını bu qorxunc virusdan qorumaq, eləcə də koronavirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər. Bunun üçün hər birimizdan yalnız sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etmək və şəxsi gigiyenaya fikir vermək tələb olunur.

Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.

11

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti komendantlıq yaradılıb

0
(Yenilənib 18:24 29.10.2020)
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir.

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası işğaldan azad olunmuş ərazilərdə, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinə ümumi nəzarəti həyata keçirəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzalayıb.

Eyni zamanda fərmana əsasən, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti işğaldan azad olunmuş ərazilərin peyk təsvirlərini, digər geoinformasiya məlumatlarını və müxtəlif məzmunlu təhlilləri müvafiq dövlət orqanlarının (qurumlarının) sorğuları əsasında onlara təqdim etməlidir.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanda nəzərdə tutulan tədbirlərin maliyyələşməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

0