Əflatun Amaşov

İnternetin tənzimlənməsinə dair deputatlardan daha bir təklif

42
(Yenilənib 16:40 10.03.2017)
Əflatun Amaşov: "Unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq. Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanının da tənzimlənməsi zəruridir".

BAKI, 10 mart — Sputnik. Azərbaycanın həm daxilində, həm də ölkədən kənarda bəzi şəxslər, qurumlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri məhdudlaşdırma kimi qiymətləndirməkdə maraqlıdırlar.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu millət vəkili Əflatun Amaşov parlamentdə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, dünyanın bir çox qabaqcıl ölkələrində internet hüquqi münasibətlər sistemində çıxış edir. Bu o deməkdir ki, internet məkanı virtuallıqdan reallıq müstəvisinə daxil olub: “Nəticədə, konkret məsuliyyət növləri müəyyənləşib. Azərbaycanda eyni proses gedir və getməlidir. Əlbəttə ki, müəyyən məsələlər var ki, onlarla bağlı mübahisə etmək olar. Çünki mahiyyətcə bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə ehtiyac var. İndiki dövrdə unutmamalıyıq ki, biz müharibə şəraitində yaşayırıq. Ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanının da tənzimlənməsi zəruridir”.

“Hər kəs əmin olsun ki, bu dəyişikliklər heç də söz və ifadə azadlığının məhdudlaşdırılması demək deyil” — o qeyd edib.

Millət vəkili hesab edir ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır.

42
Teqlər:
Əflatun Amaşov, Azərbaycan
Əlaqədar
Millət vəkilindən ilginc təklif
"Millət vəkili adını daşımaq mənim üçün şərəfli idi"
Millət vəkili: “İnsanların çoxu 65 yaşdan sonra da işləmək istəyir”
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

6
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

6
Lady Qaqa

Ledi Qaqa büsbütün dəyişdi

12
(Yenilənib 22:51 26.02.2021)
35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

BAKI, 26 fevral — Sputnik. Albomları və "A Star Is Born" filmindəki aktrisalıq qabiliyyəti ilə müzakirələrə səbəb olan Ledi Qaqa xarici görünüşündə dəyişiklik edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

Hazırda film çəkillişlərində iştirak edən Ledi geyim tərzini və saç rəngini dəyişib. O, bunu rol aldığı ekran işi üçün edib.

Qeyd edək ki, Qaqa "Gucci" adlı ekran əsərində çəkilir.

12