Soyuq hava şəraiti şimal bölgəsini iflic edib

Hava soyuyacaq: Yenə qar xəbərdarlığı gəldi

129
(Yenilənib 14:03 10.03.2017)
Martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 10 mart — Sputnik. Martın 11-i gün ərzində bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Sputnik Azərbaycan-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 9-14° isti olacağı gözlənilir. Bakıda gecə 3-5° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək.

Martın 11-13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.

129
Teqlər:
xəbərdarlıq, qar, hava
Əlaqədar
Sabaha gözlənilən hava şəraiti
Hava küləkli olacaq
Gecə hava dəyişəcək - hazır olun
Havanın qeyri-sabit keçəcəyinə dair xəbərdarlıq edildi
Bu da oldu: havanı pulla alacağıq
Hava yağmursuz olacaq

İşinizi ehtiyatlı tutun, sabah hava korlanacaq

5
(Yenilənib 13:38 26.11.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər

BAKI, 26 noyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Noyabrın 27-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, noyabrın 27-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

5
Teqlər:
rayonlar, Abşeron, Bakı, külək, yağış, hava proqnozu
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev

Elşad Hacıyev Daxili İşlər Nazirliyinə təyin edildi

17
(Yenilənib 13:20 26.11.2020)
Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib

BAKI, 26 noyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşad Hacıyev Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi ləğv edilib.

17
Teqlər:
rəis, əmr, Daxili İşlər Nazirliyi, Elşad Hacıyev