CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ucar istiqamətində 10 km dəmir yolu yenilənir

© Sputnik / Murad OrujovЖелезная дорога, фото из архива
Железная дорога, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 245 km dəmir yolu əsaslı təmir olunub

BAKI, 9 mart — Sputnik. Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi başlanıb. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Belə ki, Bərgüşad-Ucar mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir: “MMC-nin baş mühəndisi Şamil Cəfərov bildirib ki, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb”. 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 245 km dəmir yolu əsaslı təmir olunub. 

Xəbər lenti
0