Bakıda gül dükanı

8 Martla bağlı bilmədiyimiz 7 fakt

666
(Yenilənib 22:35 08.03.2017)
8 martda ən yaxşı hədiyyə kimi gülləri yalnız 44 faiz qadın qeyd edir, lakin kişilərin 53 faizi məhz gül almağa üstünlük verirlər.

BAKI, 8 mart — Sputnik. 8 Mart — qadın və gözəllik bayramı kimi qeyd olunur. Hələ qədim romalılar mart ayında qadınlar bayramını qeyd edirdilər. Həmin gün matronalar (qədim romalılarda: böyük ailə anası) həyat yoldaşlarından hədiyyə almaqla bərabər, diqqət və qayğı ilə əhatə olunurdular. Hətta qul qadınlar bayram günü bütün işlərindən azad olunur və hədiyyələrlə mükafatlandırılırdılar. Gözəl və yaraşıqlı paltarlar geyinərək romalı qadınlar ilahə Vestanın (ailə ocağının qoruyucusu) məbədinə gəlirdilər.

Lakin 8 mart əvvəllər ümumiyyətlə qadınların deyil, yalnız inqilabçı solçu qadınların bayramı kimi qəbul edilib. Bayram günündə onlar küçələrə çıxaraq, cinsi bərabərlik və kommunizmin sosial tələblərinin yerinə yetirilməsini tələb etməli idilər. Belə bir bayramın keçirilməsi təklifinin müəllifi isə milliyyətcə alman-yəhudi qarışığı olan feminist, kommunist, inqilabçı Klara Setkin olub. O, 1910-cu ildə II İnternasionalın Kopenhagendə keçirilən konfransında qadınların hüquq bərabərliyi uğrunda mücadiləsini xarakterizə edən bayramın qəbul edilməsi təklifi ilə çıxış edib və təqvim günü kimi mart ayının 8-ni təklif edib.

1857-ci il mart ayının 8-də Nyu-York şəhərində çalışan qadın tekstil işçiləri şəhərin küçələrində nümayişə çıxaraq məvaciblərinin azlığı və iş şəraitlərinin pis olduğuna etirazlarını bildiriblər. Və Klara Setkin də Kopenhagendəki konfransda məhz bu nümayişə əsaslanaraq, inqilabçı qadınların bayram günü kimi 8 martı təklif edib.

1911-ci il 19 mart tarixində bu bayram Avstriya, Danimarka, Almaniya və İsveçrədə, 1913-cü ildə isə Rusiyada qeyd olundu. Azərbaycanda isə bu bayram 1917-ci ildən qeyd olunur.

Beynəlxalq qadınlar günü sovetlər hakimiyyətinin ilk illərindən dövlət bayramı kimi qeyd olunmağa başlandı. 1965-ci ildən isə bu gün artıq iş günü hesab olunmurdu. Tədricən beynəlxalq qadınlar günü öz siyasi mahiyyətini itirməyə başladı. 1977-ci ildə BMT 8 martı "Beynəlxalq Qadınlar Günü" kimi elan etdi və bununla da "mübarizə" sözü bayramın adından götürüldü, bayram sevgi, diqqət bayramı kimi tarixə düşdü.

Sovetlər Birliyinin dağılmasına baxmayaraq, 8 mart bir çox postsovet ölkələrində bu günə qədər qeyd olunur. Ümumiyyətlə isə dünyanın 32 ölkəsi bu bayramı qeyd edir.

Maraqlı faktlar:

1. Kişilərin yalnız 20 faizi 8 mart günü bütün ev işlərini öz üzərinə götürürlər.

2. 8 mart günü anadan olmuş məhşurların əksəriyyəti kişilərdir.

3. Bu gündə anadan olan qadınların əksəriyyətində ağır və üsyankar kişi xarakteri olur.

4. Bu gündə adi günlərdən fərqli olaraq gül alveri 50, bəzi yerlərdə isə 100 dəfə artır.

5. 8 martda ən yaxşı hədiyyə kimi gülləri yalnız 44 faiz qadın qeyd edir, lakin kişilərin 53 faizi məhz gül almağa üstünlük verirlər.

6. Zinət əşyaları ilə bağlı vəziyyət isə daha fərqlidir. Belə ki, qadınların 15-16 faizi hədiyyə kimi zinət əşyası almağı istəsə də, kişilərin yalnız 9 faizi onlara pul xərcləməyə razı olur.

7. Reklam və KİV 8 mart bayramının yaxınlaşdığını fevral ayının ortalarından bildirir, amma buna rəğmən kişilərin 28-30 faizi qadınları təbrik etməyi unudur.

666
Teqlər:
Klara Setkin, Beynəlxalq Qadınlar Günü, Kopenhagen, 8 mart, Nyu York, BMT
Əlaqədar
Prezident İlham Əliyev 8 Mart münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir
8 mart bayramında qadınlara nə hədiyyə etmək olar?
Devalvasiya yüklü 8 mart: qadın nə düşünür?
Beynəlxalq Qadınlar Günü
Əlində smartfon olan kişi, arxiv şəkli

Dövlət Xidməti məişət texnikası mobil telefon sahiblərinə satıcılarına çağırış edib

0
Bu sahədə qanun pozuntusuna yol verən fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500-2000 manatadək, hüquqi şəxslər 4000-6000 manatadək cərimə olunur

BAKI, 26 yanvar — Sputnik. İstehlak bazarında soyuducu, kondisioner, tozsoran, mikrodalğalı soba, fen, ütü, televizor, həmçinin mobil telefon və s. kimi malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri barədə istehlakçıların müraciətləri də artır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu növ malları alarkən hüquqlarının pozulmaması üçün istehlakçılara diqqətli olmağı tövsiyə edir.

Dövlət Xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, məişət texnikası alarkən onun komplektliyinə, keyfiyyətinə, istehsalçı haqqında məlumatın mövcudluğuna, mal haqqında qısa annotasiyasının olmasına, mala aid sənədlərin təqdim edilməsinə diqqət yetirilməlidir. Eyni zamanda, satıcı ilə müqavilə bağlanmalı, qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd və zəmanətli satış tələb edilməlidir. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan sənəddə göstərilməlidir.

Mal zəmanətli satılarkən, satıcı onun pasportunda malın bu obyektdən alındığını və satış tarixini təsdiq edən ştamp vurmalıdır. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, istehlakçı qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqlarını tələb edə bilər.

Alıcı zəmanət müddəti müəyyən olunan malda aşkarlanan qüsur barədə satıcı (istehsalçı, icraçı) qarşısında tələblərini malın zəmanət müddəti ərzində irəli sürə bilər. Zəmanət müddəti müəyyən edilməyən mallarda aşkarlanan qüsurlar barədə tələb isə həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürülə bilər. Qüsurların aradan qaldırılması ilə bağlı istehlakçının tələbinə mal qəbz və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.

Müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda istehsalçının və ya satıcının təqsirindən yaranan qüsur və ya saxtalaşdırma aşkar edilərsə, satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qanunvericilikdə nəzərdə tutulmuş tələblərindən birini yerinə yetirməyə borcludur. Eyni zamanda, satıcı istehlakçının tələbi və iştirakı ilə məişət təyinatlı mürəkkəb texniki malların quruluşunu, iş prinsipini, standartlara uyğunluğunu əyani nümayiş etdirməyə, malın keyfiyyəti, komplektliyi haqqında zəruri məlumat verməyə, mala aid sənədləri təqdim etməyə borcludur.

İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna yol verən fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə olunur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məişət texnikası və mobil telefon istehsalçıları və satıcılarını qanunvericiliyinin tələblərinə ciddi əməl etməyə çağırır.

0

Prezident Ramin Quluzadənin nazir kimi fəaliyyətinə toxundu

11
(Yenilənib 15:06 26.01.2021)
Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız

BAKI, 26 yanvar — Sputnik. "Mən sizdən əvvəl bu vəzifədə çalışmış nazirin fəaliyyətindən də razıyam".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"O da öz vəzifə borcunu şərəflə yerinə yetirirdi, bir çox önəmli məsələləri həll etmişdir, Azərbaycanın bu sahədəki inkişafını təmin etmişdir. Ancaq hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Mən hesab edirəm ki, siz bu vəzifələri icra edə bilərsiniz. Hər halda, buna ümid edirəm. Bir daha qeyd etmək istəyirəm ki, bu, sizə göstərilən böyük inamdır, etimaddır və sizin üçün böyük məsuliyyətdir. Siz bu məsuliyyəti öz işinizlə doğrultmalısınız", - deyə Prezident bildirib.

Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.

11