Səyyar ASAN xidmət avtobusu

Səyyar ASAN xidmət yeni məntəqələrdə olacaq

29
Səyyar ASAN xidmət avtobusları 18 fevral – 18 mart Lənkəran, Şəki, Şəmkir və Şirvan şəhərlərində, 25 fevral – 16 mart Saray qəsəbəsində, 4 – 18 mart Xudat və Ağdaş şəhərlərində vətəndaşların xidmətində olacaqlar

BAKI, 7 mart — Sputnik. 9 – 18 mart tarixlərində Səyyar ASAN xidmət Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Səyyar “ASAN qatar” isə Tovuz rayonunun Qovlar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.  

“ASAN Xidmət”in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səyyar ASAN xidmət avtobusları 18 fevral – 18 mart Lənkəran, Şəki, Şəmkir və Şirvan şəhərlərində, 25 fevral – 16 mart Saray qəsəbəsində, 4 – 18 mart Xudat və Ağdaş şəhərlərində vətəndaşların xidmətində olacaqlar. 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN Xidmətin qatarı
© Photo : ASAN mətbuat xidməti
Səyyar ASAN Xidmətin qatarı

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi; 

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

29
Teqlər:
Səyyar “ASAN qatar, Səyyar ASAN xidmət, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Ağdaş, Xudat, Şəmkir, Şirvan, Şəki
Əlaqədar
Səyyar ASAN bu rayonlara yola çıxır
50 mindən çox insan Qəbələ regional “ASAN xidmət”in xidmətindən yararlanıb
“ASAN xidmət” bu bölgələrdədir
"ASAN xidmət"in səlahiyyətləri artırılır