Həbsxana

Azərbaycanda hər 7 məhbusdan biri narkotikdə ittiham olunur

286
Şahin Yusifov: "Hakimlər hər zaman cəsarətli deyillər. Qanunsuz və əsassız hökm çıxarmaq olmaz".

BAKI, 4 mart — Sputnik. "Azərbaycanda həbs olunan 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham edilir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Məhkəmə Hakimləri Assosasiyaları İttifaqının ümumi yığıncağında bildirib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur: "Bu cür məsələlərdə hakimlər diqqətli olmalıdırlar. Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Çünkü bu gün azadlıqdan məhrum etmə cəzası çəkənlər arasında 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir".

Ş.Yusifbov deyib ki, üç gün əvvəl 65 məhkum bununla bağlı müraciət edib: "Çünki onlar da saxlanıldıqları yerdə fərmanları oxuyurlar. Həmin şəxslər prezidentin mövqeyinin məhkumların vəziyyətinin humanistləşməsinə yönəldiyini göstərirlər. Onlar azad olunmalarına yardım göstərilməsi üçün bizdən xahiş edirlər. Hətta həmin şəxslərin bəziləri qanunsuz yerə məhkum edildiklərini bildirirlər. Biz də baxılmış işləri təhlil edəndə polislərin yenə də plan doldurmaqla məşğul olduğunu görürük. Cinayət təqibi orqanlarını buna yol verilməməsini başa salmalıyıq".

"Əgər həmin şəxs narkomandırsa, qanunsuz olaraq narkotik maddələrinin dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb edilməlidir. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və lazım olanda həbs edilməsi üçün nəzarət altında saxlanılırsa, bu addım düzgün deyil. Bu, nəyə lazımdır?" — Yusifov bildirib.

O, hakimlərdən bu cür işlərə diqqətlə yanaşmalarını və qanunsuz azadlıqdan məhrumetmə hallarına yol verilməməsini tələb edib: "Əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş var. Bəraət hökmləri var və bunu alqışlayırıq. Ancaq hakimlər hər zaman cəsarətli deyillər. Qanunsuz və əsassız hökm çıxarmaq olmaz".

286
Teqlər:
Şahin Yusifov, Ali Məhkəmə, hakim, Azərbaycan, qərar, narkotik, həbs
Əlaqədar
Məhbuslarla görüş keçirilib
Keçmiş məhbusun dözülməz həyat hekayəsi
Məhbusların gizli şifrələrini daşıyan sənət
Amnistiyaya düşən məhbuslardan 350-si bu gün azadlığa buraxılıb
İlham Əliyev adları "siyasi məhbus" siyahısında olan şəxsləri azadlığa buraxdı
Əfv siyahısına düşən məhbusların sayı açıqlandı