Kompüter arxasında jurnalist, arxiv şəkli

Ermənilər “Facebook”da Azərbaycan dilində hərbi səhifə yaradıblar

281
“HƏRBİ MEDİA” səhifəsi Ermənistanda fəaliyyət göstərən “razm.info” hərbi saytının redaksiyası tərəfindən yaradılıb

BAKI, 3 mart — Sputnik. Ermənilər “Facebook” sosial şəbəkəsində Azərbaycan dilində hərbi səhifə yaradıblar.

Sputnik Azərbaycan-ın məlumatına görə, “HƏRBİ MEDİA” adlanan səhifədə Azərbaycan dilində Azərbaycan Silahlı Qüvvələrinin əleyhinə təxribat xarakterli informasiyalar paylaşılır.

“Hərbi media” adlı səhifədə Azərbaycan əleyhinə təxribat xarakterli informasiyalar paylaşılır
© Ekran şəkli
“Hərbi media” adlı səhifədə Azərbaycan əleyhinə təxribat xarakterli informasiyalar paylaşılır

Erməni hərbi informasiya siyasətinin tərkib hissəsi olaraq meydana çıxan bu səhifə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmaq və orduya olan inamı azaltmağa xidmət edir.

“HƏRBİ MEDİA” səhifəsi Ermənistanda fəaliyyət göstərən “razm.info” hərbi saytının redaksiyası tərəfindən yaradılıb.

Sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımıza bu səhifə ilə bağlı diqqətli olmalarını, cəbhə və hərbi məsələlərlə bağlı bu səhifədə heç bir şərh və mesaj yazmamalarını tövsiyyə edirik.

281