Yüz manat

SMS-lərə cavab verməyən vətəndaş 100 manat məbləğində cərimə olunacaq?

8450
(Yenilənib 17:25 28.02.2017)
Vergilər Məcəlləsinə edilən dəyişiklik maliyyə sənədlərinin, mühasibat kitablarının yoxlamaları zamanı tələb olunan məlumatları gec təqdim edən və ya qəsdən təhrif edən vergi ödəyiciləri ilə bağlıdır

BAKI, 28 fev — Sputnik. Azərbaycan Respublikasının Vergilər Məcəlləsinə edilən və 1 yanvar 2017-cin ildən qüvvəyə minən dəyişikliklər — vergi qanunvericiliyini pozmaqla bağlı maliyyə sanksiyalarının tətbiqi — vergi ödəyicilərinin vergi məlumatlarını vaxtında verməməsi ilə əlaqədar deyil. Bunu Sputnik Azərbaycan-a AR Vergilər Nazirliyindən bildiriblər.

Oxucular redaksiyamıza müraciət edərək bildiriblər ki, Vergilər Nazirliyinin saytından vergi ödəyicilərinə daxil olan virtual məlumatlara, həmçinin bu məlumatların oxunmaması ilə bağlı SMS-lərə 10 iş günü ərzində reaksiya verməyən vergi ödəyicilərinə 100 manat məbləğində cərimənin tətbiq ediləcəyi barədə deyilənlər nə dərəcədə doğrudur?

Məlum olub ki, Vergilər Məcəlləsinə sözügedən dəyişiklik maliyyə sənədlərinin, mühasibat kitablarının, nağd vəsaitlərin, hesabatların, smetaların, qiymətli kağızların və digərlərinin yoxlamaları zamanı tələb olunan məlumatları gec təqdim edən və ya qəsdən təhrif edən vergi ödəyiciləri ilə bağlıdır.

VN-in SMS məlumatları ilə bağlı bildirilir ki, onlar fəaliyyətdə olan proqramların köməyi ilə avtomatik olaraq vergi qanunvericiliyindəki və digər normativ sənədlərdəki dəyişikliklərlə bağlı vergi ödəyicilərini məlumatlandırırlar. "Sözügedən məlumatlar vergi ödəyiciləri üçün vacib olanları onlara xatırlatmaq məqsədilə göndərilir" — deyə VN-in maliyyə şöbəsindən bildiriblər.

Vergilər Nazirliyinin məlumatına görə, 2016-cı ildə vergi ödəyicilərini məlumatlandırmaq üçün 1,737 milyon SMS göndərilib.

8450
Teqlər:
VN, ödəyici, məktub, sms, Vergilər Nazirliyi, vergi, Azərbaycan, məlumat, cərimə, cəza
Əlaqədar
Sürücüləri yeni cərimələr gözləyir - rəsmi bəyan
Onların yoluna çıxanları 100 manat cərimə gözləyir
Ekspert: “100 manatlıq cərimə kifayət qədər sərt qərardır”
Yeni cərimə millət vəkilini də qəzəbləndirdi: "Buna nə haqları var?"
Təhlükəli it saxlayan vətəndaş 8 min manat məbləğində cərimələndi
Azərbaycanda 2.5 milyon insanı cərimə gözləyir
Avtomobili həyətdə düzgün park etməyən sürücülər cərimələnəcək