Mətbəxdə su kranı. Arxiv şəkli

Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatı yaxşılaşdırılır

34
Prezident İlham Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16 milyon manat ayırıb

BAKI, 24 fev — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində 2007-2016-cı illərdə 24 rayon üzrə əhalisinin sayı 620 min nəfərdən çox olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və 6143 ədəd supaylayıcı məntəqə tikilərək istifadəyə verilib.

Sərəncama əsasən, Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 18 rayonun 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16 milyon manat ayrılıb. 

34