Daxili İşlər Nazirliyi

Bu rayona yeni polis rəisi təyin olunub

2110
Ədalət Əliyev yeni vəzifəyə təyin olunmamışdan əvvəl Bakının Nizami Rayon Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini olub

BAKI, 22 fev — Sputnik. Qazax rayonuna yeni polis rəisi təyin olunub. 

Sputnik Azərbaycan-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Ədalət Əliyev Qazax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Ədalət Əliyev yeni vəzifəyə təyin olunmamışdan əvvəl Bakının Nizami Rayon Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Qazaxın keçmiş polis rəisi, polis polkovniki Natiq Həsənov ötən ilin dekabr ayında əməliyyatdan sonra vəfat etmişdi.

2110
Teqlər:
Rəis təyinatı, Qazax Rayon Polis İdarəsi, Bakının Nizami Rayon Polis İdarəsi, Natiq Həsənov, Ədalət Əliyev, Ramil Usubov, Qazax, Nizami rayonu, Bakı
Əlaqədar
Fəridə Əzizova: "Gələcəkdə hərbçi və ya polis olmaq istərdim"
"Oğurlanmış" yol polisi tapılıb
Bakıda qeyri-adi hadisə: yol polisi oğurlanıb

Sofulu kəndi azad edildikdən sonra: Cəbrayıldan yeni videokadrlar

5
1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal edilən Sofulunu 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından təmizləyib.

BAKI, 24 iyul - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Sofulu kəndindən videogörüntülər paylaşıb.

Sputnik Azərbaycan kadrları təqdim edir.

Sofulu Cəbrayıl rayonunun Dağ Tumas inzibati ərazi vahidində kənddir. Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Qarabağ silsiləsinin ətəyində yerləşən kənddə işğala qədər əhali heyvandarlıqla məşğul olurdu.

1993-cü ilin avqustunda Ermənistan ordusu tərəfindən işğal edilən Sofulunu 2020-ci il oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri düşmən tapdağından təmizləyib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçib.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizlənib.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

5
Teqlər:
Qarabağ, Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Cəbrayıl
Məhəməd Abdullayev

Azərbaycan idmançılarının Tokio gündəliyi: boksçularımızdan ilk qələbə

19
(Yenilənib 17:52 24.07.2021)
Tayfur Əliyevin ardınca Lorenso Sotomayor da rinqdə sözünü deyə bilməyib. Üzgüçülükdə iki təmsilçimiz sondan dördüncü yeri tutub. Məhəmməd Abdullayev isə 1/8 finala adlayıb.

BAKI, 24 iyul - Sputnik. Boksçu Məhəmməd Abdullayev Azərbaycandan olan dəri əlcək ustaları arasında Tokiodakı Olimpiadada qələbə qazanan yeganə idmançı oldu. Sputnik Azərbaycan-ın məlumatına görə, şənbə günü, iyulun 24-də Bəhreyn təmsilçisi Denis Latipovla görüşündən idmançımız qalib ayrılıb. 

91 kq çəki dərəcəsində 1/16 finaldakı görüş 3:1 hesabı ilə Abdullayevin xeyrinə bitib. 

O, ilk iki raundu udub, sonuncuda uduzsa da, görüşün qalibi olub. 1/4 finalda Abdullayev Özbəkistan təmsilçisi Bahodir Calolovla görüşəcək.

----------

16:13

Azərbaycanın daha bir boksçusu Tokio Yay Olimpiadasını tərk edib.

Sputnik Azərbaycan bildirir ki, titullu idmançı, Riodakı 2016-cı il Olimpiadasının gümüş mükafatçısı Lorenso Sotomayor (69 kq) 1/16 finalda Gürcüstan təmsilçisi Əsgərxan Madiyevə uduzub. 

Görüş üçüncü raundda Sotomayorun zədə alması səbəbindən dayandırılıb (qanaxma). Ancaq Azərbaycan yığmasının kubalı legioneri üçün qələbə ümidi heç yox idi də: ilk iki raundu o uduzmuşdu.

Bu gün daha bir boksçumuz rinqə çıxacaq. 91 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev Bəhreyn təmsilçisi Denis Latipovla qarşılaşır. 

1/16 mərhələdə 57 kq çəki dərəcəsində çıxış edən boksçumuz - Tayfur Əliyev də hakimlərin mübahisəli qərarından sonra çıxışını dayandırmışdı. O, Vyetnam təmsilçisi Duaonq Van Nquenə qarşı döyüşürdü. Sonda nokdauna düşməsinə rəğmən beş hakimdən dördü ilk raundda Əliyevi qalib hesab etdi. Ancaq ikinci raundda Tayfurun rəqibindən geri qalmamasına rəğmən bütün hakimlər qələbəni vyetnamlıya verdilər. 

Üçüncü raundda Əliyev azacıq önə çıxsa da, ümumi hesabda Nquen qalib olub (2:3).

Üzgüçülərimiz də uduzdular 

Üzgüçülər Maksim ŞemberevMəryəm Şeyxəlizadəxangah Tokiodakı Olimpiadada uğursuz çıxış ediblər.

400 m məsafədə kompleks üzgüçülükdə çıxış edən Şemberev 4:19.40 dəqiqə nəticə ilə çıxışını yekunlaşdırıb. O, öz yarımqrupunda sonuncu - səkkizinci yer tutub. Ümumi sıralamada isə 29 iştirakçı arasında 26-cı ola bilib. Yarımfinala çıxa bilməyən Şemberev Olimpiadadakı işini yekunlaşdırıb.

Şemberev üçün bu, ikinci Olimpiadadır. 2012-ci ildə Londonda o, Ukrayna bayrağı altında çıxış edirdi.

100 m məsafədə batterflyay üsulu ilə yarışda Məryəm Şeyxəlizadəxangah finişə 1:01,37 dəqiqə nəticə ilə çataraq, üç nəfərdən ibarət yarımqrupda birinci olub. Yekun hesabda isə 33 yarışçı arasında 30-cu olub və o da Tokiodakı çıxışını bitirib.

Azərbaycan Tokio-2020-də

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Eləcə də oxuyun:

19
Teqlər:
üzgüçülük, boks, Tokio Yay Olimpiya Oyunları
Cənubi Afrikada zürafələr qar yağan zaman

Afrikada rekord şaxta qeydə alındı

0
(Yenilənib 18:14 24.07.2021)
Sinoptiklərin proqnozlarına görə, anomal soyuq hava bölgədə hələ bir həftə davam edəcək. Bildirilir ki, Afrikanın cənubuna soyuq hava kütlələri Antarktidadan gəlir.

BAKI, 24 iyul - Sputnik. Qış mövsümünün hökm sürdüyü Afrikanın cənubunda rekord həddə soyuq hava qeydə alınıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə mətbuat CAR meteoroloji xidmətinə istinadən məlumat yayıb.

İyulun 24-nə keçən gecə 19 rayonda tarixi rekordlar qeydə alınıb: Kimberli şəhəri və ətrafında temperatur -9,9°С-dən aşağı düşüb. Yohannesburqda temperatur -7°С olub. Bu göstəricilər meteomüşahidələr tarixində ən aşağı sayılır.

Sinoptiklərin proqnozlarına görə, anomal soyuq hava bölgədə hələ bir həftə davam edəcək. Bildirilir ki, Afrikanın cənubuna soyuq hava kütlələri Antarktidadan gəlir.

Bu yaxınlarda isə Küveyt rekord istidən "boğulurdu": kölgədə +53,3°С, Günəşin altında isə +70°С isti olub. Bu yay son yetmiş il ərzində Küveytdə ən isti olub. 

0
Teqlər:
rekord, şaxta, soyuq, CAR, Afrika