Parkinq və tıxaclar

Yol kənarında olan obyektlər götürüləcək?

374
Vaqif Əsədovun fikrincə, qarşısında avtomobillərin saxlanması üçün yer yoxdursa, obyektin tikilməsinə icazə verilməməlidir

BAKI, 21 fev – Sputnik. Bəzi mağazaların, şadlıq saraylarının, ticarət mərkəzlərinin qarşısında avtomobil saxlamaq üçün yer olmadığına görə, çox zaman həmin obyektlərə gələn müştərilər avtomobillərini yol kənarında saxlayırlar. Bu da avtomobil yolunun hərəkətdə olan hissəsini məhdudlaşdırır, tıxacların əmələ gəlməsinə səbəb olur. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtomobil yollarına bitişik ərazilərdə hər hansı iaşə obyektinin tikilməsi də qanunla tənzimlənməlidir: “Tutaq ki, mən restoran tikdim. O restorana minlərlə insan gələcək. Avtomobillərin dayanması üçün şərait yoxdursa, deməli, o obyektin tikilməsi sual altındadır. Düzdür, bu günə qədər bəzən bu kimi vəziyyətlər nəzərə alınmayıb. İndi isə nəzarət güclənib, qanunların icrasına tələbat artıb. Bundan sonra hər hansı bir tikili yola yaxın ərazidə tikilirsə, avtomobillərin saxlanıması üçün yerilərin olması nəzərə alınacaq. Avtomobillərin saxlanması üçün yer yoxdursa, yəqin ki, tikintiyə icazə verilməyəcək”. 

V. Əsədovun sözlərinə görə, heç kim mağazanın, obyektin qarşısını zəbt eləyib “bura mənim ərazimdir” deyə bilməz: “Məsələn, bir aptek açılır. Aptek açılırsa, onun qarşısında avtomobil saxlamaq üçün yer yoxdursa, həmin yerdə aptek açılmamalıdır. Yol-qəza hadisələrinin baş verməməsi üçün belə şeylərə diqqət yetirilməlidir. İnkişaf edən ölkələrdə iri alış-veriş mərkəzlərinin xüsusi avtodayanacaqları var. Hal-hazırda əgər ticarət mərkəzinin, şadlıq sarayının qarşısında avtomobil saxlamaq üçün yer yoxdursa, xüsusi nəzarətçilər olmalı və həmin əraziyə nəzarət etməldir ki, gələn müştərilər avtomobillərini yolun hərəkət hissəsində saxlamasınlar. Vətəndaş çıxan zaman onun avtomobilini gətirən bir xidmətçi olmalıdır. Bizdə kim harada istəyir, orada avtomobil saxlayır. Yolun hərəkət hissəsində, səkilərdə heç kim öz manefeyi naminə hərəkətə mane olmamalıdır”.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, Azərbaycan Qanunvericiliyində bu məsələ əvvəllər də olub, indi də var: “Magistral avtonəqliyyat yolları, şəhərdaxili avtonəqliyyat yollarının kənarında tikinti və qurğuların yerləşməsi ilə bağlı standartlar hər zaman olub. Şəhərsalma tikintisi məcəlləsində də bu nəzərdə tutulub, eyni zamanda Nazirlər Kabinetinin ayrı-ayrı qərar və sərəncamları, Arxitektura və Şəhərsalma Komitəsinin təlimatları və s. mövcuddur”.

Osmanlı bildirir ki, Azərbaycanda magistral avtomobil yollarının mühafizə zolaqları 30-25 metr müəyyən olunur. Bu məsafə avtomobil yolunun kənarından obyektin yerləşmə hissəsinə qədər olan məsafədir: “Sadəcə, burada qeyri-müəyyənlik var. Bu qeyri-müəyyənliklər ondan ibarətdir ki, Nazirlər Kabinetinin verdiyi sonuncu qərarda magistral avtomobil yolunun kənarından, yəni yolun ortasından iki hissəyə bölündükdən sonra olan məsafə kimi qeyd olunur. Ancaq elə avtomobil yolları var ki, onun ortasına düşən məsafə 15 metrəlik məsafəni əhatə edir”.

Osmanlı qeyd edir ki, şəhər və qəsəbədaxili yollarda isə bu məsafə 12,5 metrdir. Sadəcə bu vaxta qədər Bakı şəhərində ətraf qəsəbə və kəndlərdə tikintiyə nəzarət edən, icazə verən qurumlar bu məsələyə diqqət yetirməyiblər. Tikintilərdə bu qaydalar kobud şəkildə pozulub. 

Ekspert xatırladıb ki, təqribən iki il bundan əvvəl Nazirlər Kabineti müvafiq İcra Hakimiyyəti orqanlarına mühafizə zolaqlarına düşən tikililərin sayının müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib: “O dövrdə Dəmiryolu idarəsi, Azəravtoyol, Azərişıq, Azərsu, Azəriqaz və s. bu kimi qurumlar bu işlə ciddi məşğul idi. Mühafizə zolağında yerləşən tikililərin sayını müəyyənləşdirmişdilər. Bu tikililərin sayı 3000-ə qədər idi. Hökümətin planı belə idi ki, həmin tikililər orda yaşayan əhaliyə kompensasiya ödənilməklə geri alınsın və mühafizə zolaqlarına nəzarət gücləndirilsin. Amma sonradan bu məsələ öz aktuallığını itirdi. Çox təəssüflər olsun ki, Bakı şəhərində nəinki ayrı-ayrı kommersiya mərkəzləri, hətta çoxmərtəbəli yaşayış binaları var ki, həmin binaların giriş qapısı birbaşa şəhərdaxili avtomobil yoluna açılır. Eyni zamanda, fərdi yaşayış evləri var ki, dəmir yolu relsinə yaxın məsafədə yerləşir".

Mütəxəssis hesab edir ki, avtomobil yolları kənarında yerləşən obyektlərin taleyi ilə bağlı məsələyə yenidən baxılmalıdır.  

374
Teqlər:
Arxitektura və Şəhərsalma komitəsi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Nazirlər Kabineti, Ramil Osmanlı, Vaqif Əsədov, Azərbaycan
Əlaqədar
Avtomobili qaçıraraq qəza törətdi
İqdırda ağır qəza: ölən və yaralananlar arasında azərbaycanlılar da var
Ərdoğanın içində olduğu avtobus qəza törətdi, mühafizəçisi yaralandı
Elnur Hüseynov, arxiv şəkli

"Eurovision" ulduzlarından Gəncə terroru barədə klip

38
(Yenilənib 20:03 28.10.2020)
"Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

BAKI, 28 oktyabr — Sputnik. "Eurovision" mahnı müsabiqəsinin ulduzları Elnur Hüseynov və Fidan Hüseynova Ermənistanın Gəncədə törətdiyi terror aktları barədə klip çəkiblər. Sputnik Azərbaycan xəbər verir ki, "Say Hallelujah" mahnısına çəkilmiş videoklip Fidan Hüseynovanın rəsmi "Youtube" kanalında təqdim edilib. Sənətçilər klip vasitəsi ilə həqiqəti bütün dünyaya çatdırmağa çalışıblar.

Müğənni kliplə bağlı danışarkən bunları deyib: "Oktyabrın 4, 11 və 17-də Azərbaycanın hərbi əməliyyatlar zonasından kənarda yerləşən, əhalisinin sayına görə ikinci ən böyük şəhəri olan Gəncəyə üç raket hücumu nəticəsində 26 nəfər həlak olub. Həlak olanlar arasında 10 qadın və 6 uşaq var. Daha 138 nəfər yaralanıb. İndi informasiya müharibəsi gedir və hər kəsin öz silahı var: bizim mahnımız ingilis dilində olduğu üçün istədim ki, yenidən o mahnıya qayıdaq və bütün həqiqəti dünyaya çatdıraq. Bu arzumu Fidanın atası Yaqub müəllimə bildirəndə o, mənim ideyamı ürəkdən dəstəklədi".

Rejissor Ülviyyə Könül bildirib ki, bu klipin ərsəyə gəlməsində məqsəd həqiqəti bəşəriyyətə çatdırmaqdır: "Mənim fikrimcə, bu klip çox güclü material yaratmağa kömək edib, çünki bu mövzuya laqeyd qalmaq mümkün deyil".

Layihə müəlliflərinin sözlərinə görə, bu gün dünya birliyi anlamalıdır ki, Ermənistanın terrorçu qoşunları Azərbaycan ərazisində vuruşur, lakin Qarabağın hüdudlarından uzaqlarda dinc əhaliyə qarşı vəhşiliklər törədirlər.

Mahnının sözləri Cəlal Qurbanovundır. Misraları ingilis dilinə tərcümə etmiş şairə Nigar Həsənzadə deyir:

"Bu mahnı doğma Azərbaycanımızın övladlarına, müharibə nəticəsində həyatlarını itirmiş günahsız qurbanlara görə bizim ümumi harayımız və fəryadımızdır. Bu mahnı dünya birliyini həqiqətin gözünün içinə baxmağa, öz ambisiyalarını müvəqqəti də olsa, unutmağa, mənfur erməni diasporunun təsirinə uymamağa və terrorçu ermənilərin bəşəriyyət əleyhinə törətdiyi dəhşətli cinayətlərə görə onları mühakimə etməyə çağırışdır".

38
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Şəhid general Polad Həşimovun portreti, arxiv şəkli

Türkiyədə general Həşimovun adına park salındı - VİDEO

44
(Yenilənib 20:31 28.10.2020)
Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər

BAKI, 28 oktyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bursanın Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Ruslan Abdullayev mərasimdə çıxış ediblər.

44
Əlaqədar
Türkiyədə Polad Həşimovun xatirəsi əbədiləşdirilir
"Təhlükəsizlik baxımından bizim üçün Türkiyənin önəmi qiymətsizdir" – Azərbaycanlı general
"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara çağırdı

0
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanon atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı bəyanat yayıb.

BAKI, 29 oktyabr - Sputnik. Avropa İttifaqı Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında döyüşlərin hələ də davam etdiyini və daha çox mülki şəxslərin hədəf alınmasını qəbuledilməz hesab edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stanonun atəşkəsə dair üç razılaşmadan sonra Dağlıq Qarabağ və ətrafında gedən döyüşlərlə bağlı verdiyi bəyanatda bildirilib.

Bəyanatda, o da qeyd edilib ki, Avropa İttifaqı münaqişə tərəflərinə beynəlxalq humanitar hüquqa əsasən, mülki  şəxsləri qorumaq öhdəliklərini bir daha xatırladır.

"Avropa İttifaqı tərəfləri sonuncu dəfə 25 oktyabrda Vaşinqtonda razılaşdırıldığı kimi, gecikmədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair substantiv danışıqlara başlamağa çağırır", - deyə bəyanatda bildirilir.

0