“Onlar heç vaxt böyüməyəcəklər” filminin təqdimat mərasimi

“Onlar heç vaxt böyüməyəcəklər” filminin təqdimatı oldu

23
Film Xocalı soyqrımında şəhid olmuş 63 uşaqdan bəhs edir

BAKI, 20 fev — Sputnik. “Xocalı faciəsi XX əsrin ən ağır nəticələri olan faciələrindən biridir”. Bu sözləri Xocalıda şəhid olmuş 63 uşaqdan bəhs edən “Onlar heç vaxt böyüməyəcəklər” filminin təqdimat mərasimində çıxış edən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib.  

“Azərbaycan parlamentində beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması ilə bağlı qanun layihəsi hazırlanıb” — deyən millət vəkili qəbul olunacaq qanunun nəinki Azərbaycan, həmçinin müxtəlif xalqların başına gətirilən faciələrin də cəzalandırılmasında önəmli rol oynayacağını qeyd edib. Bildirib ki, təqdim olunan film faciə ilə bağlı araşdırma aparan hüquq-mühafizə orqanları və bu hadisəni digər ölkələrdə soyqırım kimi tanıdan insanlar və təşkilatlar üçün önəmli vasitədir.

  • “Onlar heç vaxt böyüməyəcəklər” filminin təqdimat mərasimi
    “Onlar heç vaxt böyüməyəcəklər” filminin təqdimat mərasimi
    © Sputnik / Kemale Aliyeva

1 / 10
© Sputnik / Kemale Aliyeva
“Onlar heç vaxt böyüməyəcəklər” filminin təqdimat mərasimi

Daha sonra çıxış edənlər də Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırımasında filmin əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, filmin müəllifi yazıçı, publisist, Xocalı faciəsinin canlı şahidi Səriyyə Cəfərovadır. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu və KİV- in təşəbbüsü ilə hazırlanıb. 

23
Teqlər:
Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıması, Xocalı faciəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Mətbuat Şurası, Səriyyə Cəfərova, Əflatun Amaşov, Xocalı
Əlaqədar
Xocalı soyqırımı ilə bağlı qanun layihəsi təqdim olunub
Prezident Xocalı soyqırımı ilə bağlı sərəncam verdi
"Xocalı soyqırımına qiymət verməyin yolu 3 mərhələdən keçir"
YPX avtomobili, arxiv şəkli

DYP sürücülərə xəbərdarlıq etdi

4
Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

BAKI, 27 noyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadla xəbər verir ki, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

4
Teqlər:
Daxili İşlər Nazirliyi, Abşeron rayonu, Sumqayıt, DYP
Uşaq televizora baxır, arxiv şəkli

"Tıq-tıq dostları möcüzələr axtarışında" filminin 2-ci hissəsi çəkilir

3
(Yenilənib 13:18 27.11.2020)
Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaqdır. Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

BAKI, 27 noyabr — Sputnik. "Azanfilm" studiyası "Tıq-tıq və dostları möcüzələr axtarışında" maarifləndirici, çoxhissəli animasiya filminin 2-ci hissəsinin istehsalını davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya filminin 2-ci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qobustan barədə maraqlı məlumatları balacalara çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaq.

Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

3
Teqlər:
Mədəniyyət Nazirliyi, film, studiya
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinin suallara cavab verəcəyi konkret tarix bilindi

0
(Yenilənib 13:28 27.11.2020)
Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı dekabrın 17-si mətbuat konfransı keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 29-u saat 12:00-da Rusiya Federasiyasının mətbuat xidməti və informasiya idarəsi jurnalistlərin akkreditasiyasına başlayacaq", - deyə məlumatda qeyd olunur.

Ağır epidemioloji vəziyyətlə bağlı tədbir videokonfrans formatında keçiriləcək. Putin Novo-Oqarevodakı iqamətgahından sualları cavablandıracaq.

0