Yeni Bakı Yaşayış Kompleksi

Məşhur yaşayış kompleksi ətrafında böyük qalmaqal

1912
(Yenilənib 18:15 19.05.2017)
Və ya adı Prezident Administrasiyasının "qara siyahı"sına düşən şirkətə qarşı ağır ittihamlar

BAKI, 20 fev — Sputnik. 2016-cı ildə Prezident Administrasiyasına daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın, elektrik enerjisinin və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər. Şikayət edilən MTK-lar arasında "İlin Dörd Fəsli" MTK-nın (İDF) da adı hallanır. Qeyd edək ki, MTK-nın tikdiyi "Yeni Bakı" Yaşayış Kompleksinin sakinləri son günlər müxtəlif KİV-lərə, o cümlədən Sputnik Azərbaycan-a da müraciət ediblər.

Kompleksin sakinləri "İlin Dörd Fəsli"nin onları bezdirdiyini bildirirlər. Yaşayış kompleksində fəaliyyət göstərən "Abşeron 1" MMMC-nin (Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti) üzvləri Sputnik Azərbaycan-a şikayət məktubunda qeyd edirlər ki, sakinlər soyuqdan donur, qaz yox, işıq pulu qədərindən artıq hesablanır, kommunal xidmətlərin qiyməti isə həddən artıq bahadır: "Biz, Abşeron rayonu, Masazır qəsəbəsi "Yeni Baki" Yaşayış Kompleksinin sakinləri son ümidimizi sizə bağlayaraq bu məktubu yazırıq. Biz 2009-cu ildən bu yana müxtəlif vaxtlarda İDF MMC-dən mənzillər almışıq. Mənzilin pulunu tam ödəyəndən sonra mənzilin açarlarını istədikdə İDF MMC təmsilçiləri bizə bildirdilər ki, işıq, su, qaz sayğacına görə 600 AZN pul ödəməsəniz, açar verilməyəcək. Biz fiziki şəxslərə sayğacların pulsuz verilməsi ilə bağlı Prezidentin məlum sərəncamını xatırlatdıqda cavab belə oldu: "O sərəncam bizə aid deyil". Deməli, İDF MMC rəhbəri dövlət içində dövlət qurduğunu zənn edib qanunlara məhəl qoymur. Nəhayət, 600 AZN ödəyib, evlərimizi təmir edib bu şəhərciyə köçdük. Kaş ki, köçməyəydik. Bu günə qədər "Azərişıq" ASC və "Azərsu" ASC bizi rəsmi abonent kimi tanımayıb, qanuni elektrik və su sayğaclarımız yoxdur, əvəzində mənzilimizə qüsurlu işləyən oyuncaq sayğaclar quraşdırılıb".

"Hara istəyirsiniz, şikayət edin"

"Yeni Bakı" sakinləri iddia edirlər ki, müvafiq qanuna görə, Azərbaycan ərazisində elektrik enerjisini yalnız "Azərişıq" ASC sata bilər: "İDF MMC isə bu qanuna məhəl qoymayaraq, "Azərişıq"dan kompleks üçün aldığı elektrik enerjisini bizə satır".

"Kompleksin əksər binalarına qaz verilməyib. Bizim xəbərimiz olmadan İDF MMC mənzilimizin hər kv.m-nə 40 qəpik olmaqla aylıq kommunal xidməti haqqı müəyyən edib. Mənzil məcəlləsinə görə, çoxmənzilli binalar istismara verildikdən sonrakı 6 ay ərzində binanın tikən MTK-nın səlahiyyətləri ləğv edilməli, binaların idarə edilməsini mənzil mülkiyyətçiləri tərəfindən yaradılmış MMMC həyata keçirməlidir. Binaların saxlanmasına lazım olan məbləğ sakinlərin ümumi razılığı əsasında müəyyənləşməlidir. İDF MMC rəhbərliyi isə Prezidentin təsdiq etdiyi məcəlləni belə, heçə sayır. Heç bir qanuni əsas olmadan binaların idarəetməsini həyata keçirir, sakinlərdən hər ay kv.m-dən asılı olaraq 20-46 manat kommunal xidmət haqqı pulu yığılır" — şikayət məktubunda bildirilir.

"Yeni Bakı" Yaşayış Kompleksinin sakini Əmralı Əliyev deyir ki, İDF MMC-nin rəhbəri Elnur Hüseynovun bu şəhərciyə kommendant təyin etdiyi dayısı oğlu Ehtiram Yusifov kommunal borcu olmayan sakinlərin belə, işığını kəsir: "Səbəbini soruşduqda "səndən xoşum gəlmir" deyir. "Prezidentə şikayət edəcəyəm deyəndə" isə cavabı belə olur: "Mən heç kimdən qorxmuram. Şikayət edəcəyiniz adamlar bizim arxamızda durublar". Ehtiram Yusifov mühafizəçilərinə arxalanaraq hətta sakinləri döyə bilir. Bu problemlərdən çıxış yolu kimi binaların birində MMMC yaratdıq və düşündük ki, bu yolla rahat yaşayışımıza nail ola bilərik. Lakin İDF MMC-nin rəhbəri həmin binaya müdaxilələrini davam etdirir. MMMC-nin loqosu əks olunan lövhəni oğurlatdırır, qapıya domofon qoyulmaması üçün həyətdə mühafizəçiləri ilə sakinlər arasında ciddi qarşıdurmalar yaradır, lifti qəsdən qayandırır, MMMC sakinlərindən qanunsuz olaraq kommunal ödəniş tələb edir, ödəniş etməyənin işığını kəsdirir. Bütün bu özbaşınalıqların bizdə videogörüntüsü var və "Yeni Bakı sakinləri" Facebook səhifəmizdə bu videoları yerləşdirmişik".

"Orada yaşayanların heç bir mülkiyyət sənədi yoxdur"

"Yeni Bakı" Yaşayış Kompleksinin sakinləri bildirirlər ki, ötən ilin iyul ayında hüquqşünas kimi Mehman Muradlı ilə müqavilə bağlanılıb. Lakin bir müddət sonra hüquqşünasla münasibətlər pozulub: "İyul ayında Mehman Muradlı ilə müqavilə bağladıq. Onunla 1000 manat qarşılığında razılığa gəlmişdik. Lakin Mehman Muradlı bizimlə çalışmadı, qarşı tərəfə keçib avqust ayında İDF-nin vəkili oldu. Hal-hazırda İDF-ni Mehman Muradlı müdafiə edir".

  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
  • Yeni Bakı Yaşayış Kompleksi
    "Yeni Bakı" Yaşayış Kompleksi
    © Sputnik / Irade JELIL
1 / 15
© Sputnik / Irade JELIL
"Yeni Bakı" Yaşayış Kompleksi

İDF MMC-nin hüquqşünası Mehman Muradlının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, mənzil sahiblərinin mülkiyyət sənədləri olduğu halda qanunverciliyə uyğun olaraq Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmaq hüquqları var: "Orada yaşayanların heç bir mülkiyyət sənədi yoxdur. Faktiki mülkiyyətçi deyillər. Onlar kooperativə üzv olub, evə sahibləniblər. Mülki qanunvericiliyin tələbinə görə, ancaq çıxarışı olanlar mülkiyyət sahibi hesab edilir".

M. Muradlı bildirir ki, "Yeni Bakı" Yaşayış Kompleksində sayğaclar quraşdırılıb, qazın verilməsi isə hələ İDF-dən asılı olmayan səbəblərdən qalır: "Azəriqaz"dan gəlib, hər şeyin qaydasında olub-olmaması ilə bağlı sayğaclara baxılmalıdır. "Azəriqaz" rəy verəndən sonra qaz da veriləcək".

O ki qaldı sayğacların pul ilə quraşdırlmasına, M. Muradlı bildirir ki, bu barədə müqavilədə xüsusi maddə var: "Ya sayğacları ev sahibi alıb özü qoymalıdır, ya da sayğac şirkət tərəfindən qoyulmalıdır. Ev təhvil verilərkən sayğaclar quraşdırılıb verilməlidir. Bütün kommunal xidmətlər üzrə sayğac quraşdırılıb təhvil verilməlidir ki, təmir zamanı istifadə edilən su, qaz, elektrik enerjisi qeydə alınsın. İndi əvvəlki zaman deyil ki, pulsuz istifadə edilsin. Nazirlər Kabinetinin qərarı var. Orada qeyd edilir ki, fiziki şəxslər üçün sayğaclar pulsuz quraşdırılmalıdır. Onlar fiziki şəxs deyil, onlar MTK-nın üzvləridir. MTK-nın üzvülüyündən çıxmaq üçün ayrıca texniki şərt və çıxarış alınmalıdır".

Muradlı qeyd edir ki, yaşayış kompleksi üçün su, qaz və elektrik enerjisi üzrə texniki şərt alınıb. Sayğacların qiymətinin göstərilməməsi məsələsinə gəldikdə, Muradlı bildirir ki, sayğaclar Azərbaycanda istehsal olunmadığı üçün qiymət fərqi yarana bilər. Bu baxımdan sayğacların qiyməti konkret olaraq göstərilmir.

"Binalara verilən kommunal xidmətlərin qiyməti Tarif Şurasının elan etdiyi qiymətlə hesablanır. Biz heç bir şəkildə Tarif Şurasının qoyduğu qiymətdən artıq pul ala bilmərik. Kommunal xidmətlərin baha olması məsələsinə gəldikdə, 13 hektar ərazinin işıqlandırılması, tullantı suların xaric edilməsi, lift xidməti da həmin qiymətə daxildir. 40 qəpik bu qədər xidmət üçün azdır. Elektrik enerjisinin pulu vaxtında yığılımasa (bəzən vaxtında yığılmaya da bilir), işıq kəsilə bilər. Buna görə də, xidmət haqqı vaxtında yığılıb ödənilməlidir. Bu gün faktiki olaraq İDF-in "Azərsu", "Azəriqaz", "Azərişıq"a heç bir borcu yoxdur" — hüquqşünas bildirir.

"Binada çökmə varsa…"

"Yeni Bakı" Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifovun sözlərinə görə isə, "Abşeron 1" özü sakinlərdən kommunal haqqı yığır: "Nazirlər Kabinetinin 6 yanvar 2010-cu il 3 saylı qərarında (maraqlıdır ki, E. Yusifovun sitat gətirdiyi bu qərarın məsələyə aidiyyatı yoxdur — red.) qeyd edilir ki, elektrik enerjisinin haqqı 1 ay müddətinə ödənilmədikdə, elektrik enerjisi verilməsinə məhdudiyyət tətbiq edilə bilər. Bu, kabinetin (Nazirlər Kabinetini nəzərdə tutur — red.) qərardır, mənim fikrim deyil".

E. Yusifov qeyd edir ki, Tarif Şurasının qiymətinə uyğun olaraq pul yığılır: "Yəni, ödəyə bilən aparıb banka ödəyir, yaşlılar üçün isə biz yığıb, ödəyirik".

O, qarşı tərəfin binaların keyfiyyətsizliyi ilə bağlı iddiasına də aydınlıq gətirib: "Bir var yükdaşıyan konstruksiya, bir də var köməkçi hissə. Çökmə əlavə köməkçi hissədə ola bilər. Məsələn, piyada keçidində. Binada çökmə varsa, bunu xüsusi rəylə müəyyən etmək olar".

"Biz abonent kimi MTK-nı tanıyırıq"

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, qanuna uyğun olaraq onların abonenti MTK-dır: "MTK binanı tam tikib başa çatdırdıqdan sonra təkcə "Azərişıq" deyil, digər idarələrə, eləcə də icra hakimiyyətinə məlumat verməli və "gəl, bizim abonentləri qəbul et" deməlidir. MTK binanı tam təhvil verəndən sonra biz fərdi qaydada abonentlərlə müqavilə bağlayırıq və onlar bizim abonentimiz olur. Ancaq hazırda qanunla bizim abonentimiz MTK sayılır".

"Bizim üçün MTK daxilində görülən işlər maraqlı deyil. Biz bildirişimizi MTK-ya göndəririk. MTK-nın sakinlərlə davranışı onların daxili işidir və bizə aidiyatı ola bilməz. Sadə dillə desək, siz 3 otaqlı evinizin bir otağını kirayə vermisinizsə, biz kirayənişinin istifadə etdiyi enerji haqqı üçün bildirişi də sizə ünvanlayırıq. Çünki bizim abonentimiz sizsiniz və sayğacınız nə yazırsa siz ödəməlisiniz. Sizin kirayənişin ilə münasibətiniz bizim üçün maraqlı deyil" — T. Mustafayev bildirib.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı da bildirir ki, əslində bina tam hazır olandan, bütün kommunikasiyalar çəkiləndən sonra MTK onlara müraciət etməlidir: "Hələ ki, MTK-dan bizə belə bir müraciət daxil olmadığı üçün biz fərdi qaydada abunəliyi qeydə ala bilmərik. Hazırda biz giriş sayğacına uyğun hesabat aparıb, bildirişi MTK-ya göndəririk. MTK da payladığı suyun pulunu yığıb bizə ödəyir. Bakıda kifayət qədər belə MTK-lar var. Mənim sentyabr ayına olan məlumatıma görə, böyük borcları yox idi".

Məsələni Sputnik Azərbaycan-a şərh edən hüquqşünas Fərid Həmidli bildirir ki, məsələ həddən artıq qarışıq olduğu üçün ancaq məhkəmə yolu ilə həll edilə bilər: "Yaşayış kompleksi MTK tərəfindən təhvil verilmədiyi üçün onlar hələ də müəyyən qurumların abonenti sayılır. Yəni, "Azəriqaz", "Azərişıq", "Azərsu"nun abonenti "İlin Dörd Fəsli"dir. Amma burada sakinlərin də pozulmuş hüquqları var ki, ayrı-ayrılıqda məhkəmə tərəfindən müəyyən edilərək, bərpa edilə bilər".

1912
Teqlər:
Elnur Hüseynov, Ehtiram Yusifov, İDF MMC, "Yeni Baki" Yaşayış Kompleksi, MMMC, hüquqşünas, "Azərsu", "Azərişıq", Sputnik Azərbaycan, "İlin dörd fəsli", Mehman Muradlı, Masazır, kommunal, yaşayış, sakin, "Azəriqaz", bina, Abşeron
Əlaqədar
Məşhur yaşayış kompleksində qalmaqal: "Artıq cana doymuşuq"
«Yeni Bakı» yaşayış kompleksində rüşvət qalmaqalı
"Yeni Bakı" sakinləri etiraz edir
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

4
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

4
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar
Tərəvəz piştaxtası, arxiv şəkli

COVID-19 xəstələrini tez sağalda bilən qidalar

27
(Yenilənib 22:58 27.11.2020)
Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaları qəbulunu ehtiva edir

BAKI, 27 noyabr — Sputnik. Britaniya alimləri COVID-19-un müalicəsini sürətləndirən məhsulları müəyyən ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qidaların immuniteti gücləndirməsini öyrənən araşdırmaçı Emma Derbşir və Con Delanj qida və qida əlavələrini təhlil ediblər. Araşdırmanın məqsədi COVID-19-dan sonra immuniteti bərpa edən və immuntetə yardım edən qidaları müəyyən etmək olub.

Müəlliflər tibbi qidalanmanın 65 yaşdan yuxarı insanların immunitet sisteminə təsirinə xüsusi diqqət yetiriblər.

İmmunitet sisteminin dörd komponenti var: T-limfositlər, B hüceyrələri, komplement sistemi və faqositlər. Belə ki, bu komponentlər daxil olan virus və bakteriyalara qarşı bir maneə rolunu oynayaraq vücudu infeksiyadan qoruyur.

İmmunitet anadangəlmə və adaptiv olur.

Ancaq hər iki immunitet funksiyası yaşla azalır. "İmmunitet yaşlanması"nın səbəblərindən biri də qida çatışmazlığıdır. Yaşlı insanlar bunu xüsusi immunitet qidası ilə doldurmalıdırlar. Bu, müəlliflərə görə, COVID-19 kimi ağır infeksiyalardan sonra reabilitasiya dövründə xüsusilə vacibdir.

"Zəif pəhriz, protein-enerji çatışmazlığı, vitaminlər və minerallar kimi mikroelement çatışmazlıqları suboptimal immunitet funksiyasına kömək etdiyinə dair kifayət qədər dəlil var. Bəzi pəhriz komponentləri - meyvələr, vitaminlər, antioksidantlar, minerallar və probiotiklər müqaviməti artırmağa kömək edir, tənəffüs viruslarına və xəstəliklərinə qarşı müqavimətdə əhəmiyyətli bir rol oynayır", - deyə tədqiqat müəllifləri yazırlar.

Alimlər COVID-19-dan sağalanlar üçün pəhriz tövsiyələri hazırlayıblar. Bu tövsiyyələr C, D vitaminləri və sink ilə zəngin qidaların qəbulunu ehtiva edir.

C vitamini, tənəffüs sistemi epitelisinin baryer funksiyasını gücləndirir, bu da patogenlərin inkişafını məhdudlaşdırır və alt tənəffüs yollarına enmələrinə maneə törədir.

Tədqiqatçıların fikrincə, bu, sətəlcəmin qarşısını alır. D vitamini güclü bir immunitet tənzimləyicisidir. Bəzi immun hüceyrələrin - B və T limfositlərin, makrofaqların və monositlərin səthində D vitamini reseptorları var, buna görə də bütün tənəffüs xəstəliklərində qoruyucu rol oynayır.

Müəlliflər C vitamini ilə zəngin brokkoli, qara qarağat, zənginləşdirilmiş səhər yeməyi və portağal; sink baxımından zəngin konservləşdirilmiş xərçəng, konservləşdirilmiş lobya və qaynadılmış yumurta və gündə 50 mikroqrama qədər D vitamini əlavələri qəbul etməyi məsləhət görürlər.

Tədqiqatın nəticələri göstərir ki, belə bir pəhriz saxlamaq reabilitasiya müddətini qısaldır və COVID-19-dan sağalmanı sürətləndirir.

27
Teqlər:
immunitet, vitamin, xəstəlik, xəstə, qida, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla