Dərmanlar

Tarif Şurası KİV-ə xəbərdarlıq etdi

85
(Yenilənib 22:39 18.02.2017)
Tarif Şurasının Katibliyi dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı məlumat yayıb

BAKI, 18 fev-Sputnik. Tarif (qiymət) Şurasının Katibliyi bəyan edib ki, bəzi saytlarda dərman vasitələrinin qiymətlərinin yeni qaydada tənzimlənəcəyi barədə həqiqətə uyğun olmayan yanlış məlumatlar yayılır. Sputnik Azərbaycan-a daxil olan məlumatda Tarif (qiymət) Şurası bildirir ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericilikdə heç bir dəyişiklik yoxdur.

Dərman vasitələrinin qiymətləri "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarına və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat"a uyğun olaraq həyata keçirilir.

Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydada öz əksini tapan müvafiq əlavələr də nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin topdan və pərakəndə satış qiymətləri təsdiq edilir və bütün ölkə üzrə vahid qiymətlər tətbiq olunur. Dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərində dəyişiklik yalnız Tarif (qiymət) Şurasının qərarı ilə həyata keçirilə bilər.

Tarif (qiymət) Şurası kütləvi informasiya vasitələrinə diqqətli olmağı, məsələnin sosial baxımdan həssaslığını nəzərə alaraq əhali arasında çaşqınlıq yarada biləcək, dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyi tövsiyə edir.

85
Teqlər:
Nazirlər kabineti, KİV, dərman, təlimat, Tarif (qiymət) Şurası
Əlaqədar
Tarif Şurasının təsdiqlədiyi dərman vasitələri sabahdan yeni qiymətlərlə satılacaq
Tarif Şurası dərmanların qiymətini qaldırdı
Tarif Şurası 3540 dərmanın qiymətini təzələdi
Tarif Şurası dərmanların qiymətlərini endirdi
Tarif Şurası 250-dən çox dərman vasitəsinin qiymətini dəyişdirib