Qaz plitəsi, arxiv şəkli

"Azəriqaz" qaz kəsilmələrinə aydınlıq gətirdi

4344
(Yenilənib 22:48 17.02.2017)
İbrahim Kərbəlayev: "Soyuq hava ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi bir çox işləri təxirə salıb"

BAKI, 17 fev — Sputnik. Qışın soyuq keçməsi əhalinin təbii qaza olan tələbatını daha da artırıb. “Azəriqaz” İstehsalat Birliyi isə bu soyuq havaları nəzərə almayaraq təmir işlərinə davam edir. Təmir işlərinin aparılması bəzi binalarda və həyət evlərində gün boyu qazın verilməməsinə və əhalinin etirazına səbəb olub. Məsələ ilə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevdən münasibət öyrənib. 

Mətbuat xidmətinin rəhbəri bildirib ki, soyuq hava ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi bir çox işləri təxirə salıb: “Əvvəlcədən planlı işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdu. Amma havaların qarlı keçməsinə görə bütün planlaşdırılan işlər tərəfimizdən təxirə salınıb. Hal-hazırda respublika ərazisində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hər hansı bir əvvəlcədən planlaşdırılmış təmir işləri həyata keçirilmir. Əhalinin təbii qaza olan tələbatı təmin edilir. Təbii qaza olan tələbat artdıqca təbii qazın verilişində də artım olur. Onu da qeyd edim ki, zərurət yarandıqda hər hansı qəza olduqda işlər aparmaq məcburiyyətində qalırıq. Axı Bakı və Abşeron qaz  təhcizatı şəbəkəsinin xeyli hissəsi SSRİ dən 60-70-ci illərdən qalan şəbəkədən ibarətdir. “Azəriqaz” 2009-2016-cı illər ərzində min kilometrlərlə qaz xəttini yeniləyib və təmir edib. Hansısa ərazidə təhlükə yaradacaq hissələr qeydə alınırsa, bizim tərəfimizdən yenilənir və təhlükə aradan qaldırılır. Qazın olmaması barədə məlumat düzgün deyil. Hansısa evdən və ya binadan xəbərdarlıq olursa, bu zaman biz bu işə baxırıq və həmin ərazini qaz ilə təchiz edirik”. 

Mətbuat xidmətinin rəhbəri jurnalistlərin binasına qaz verilməməsi məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, jurnalistlərin binasına təbii qazın verilməsi onlar tərəfdən tənzimlənib və hal-hazırda bina qaz ilə təmin olunub. 

4344
KİV nümayəndələri, arxiv şəkli

MEDİA Azərbaycan mediasına verəcək?

3
(Yenilənib 18:06 15.01.2021)
"KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstəyinin verilməsi nəzərdə tutulub".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan Prezidenti media sahəsində islahatların dərinləşdirilməsinə dair fərman verdi. Eyni zamanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" (MEDİA) publik hüquqi şəxs yaradıldı. Sputnik Azərbaycan tanınmış qələm əhlinin Medianın İnkişafı Agentliyindən gözləntilərini öyrənib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov REAL TV-yə müsahibəsində bildirib ki, indən sonra media subyektlərinin bölgüsü həyata keçiriləcək, jurnalistin statusuna hüquqi bazada aydınlıq gıətiriləcək:

"Bu da imkan verəcək ki, media subyektlərinə və jurnalistlərə iqtisadi-texniki və metodiki dəstək göstərək. Çap, onlayn və audivizoial media sahələrinin iqtisadi müstyəqilliyi, kadr potensilalının inkişafı və yayılan informasiyanın məzmunun təkminləşdirilməsi istiqamətində işlər aparılacaq. Artıq media subyektlərinin iqtisadi müstəqilliyi üçün fəaliyyət planı hazırlanır. Biz çalışacağıq ki, media subyektlərinin biznes modelinə keçməsi üçün dəstək istiqamətlərini araşdıraq".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Sputnik Azərbaycan-a açıqlamasında belə bir qurumun yaradılmasının əhəmiyyətli olduğunu bildirib: "Çünki onlayn medianın fəaliyyəti ilə bağlı bir çox ciddi problemlər ortaya çıxırdı. Onlayn media sürətlə inkişaf etdiyindən, bu sahə həm peşəkar, həmçinin də qeyri-peşəkarların fəaliyyət göstərdiyi media sahəsinə çevrilib. Azərbaycanda bu sahənin hüquqi müstəvidə tənzimlənməsi bu günədək bir problem olaraq qalır.

Ölkəmizdə "Kütləvi informasiya vasitələri" Haqqında qanun 1999-cü ildə qəbul olunub. Media isə durmadan inkişaf edən sahədir. Ona görə də media qanunun təkminləşdirilməsinə böyük ehtiyac var. Sosial medianın hüquqi statusu və sosial hüquqi məsuliyyəti məsələləri də qanunda öz əksini tapmalıdır. KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstəyinin verilməsi nəzərdə tutulub. Ona görə də MEDİA-dan gözləntilərimiz böyükdür".

BakuPost.az saytının direktoru Elçin Zahiroğlu isə deyir ki, yeni qurumun nizamnaməsi ilə tanış olandan sonra onda medianının bir neçə vacib probleminin həll olunacağı əminlik yaranıb:

"Bu, saytların hüquqi statusu, ümumiyyətlə, qanunvericiliyin təkminəşdirilməsi və media quruluşlarının texniki və kadr potensialının artırılması məsələləridir. Bu problemlər illərdi jurnalistləri narahat edirdi və dəfələrlə müzakirə mövzusuna çevrilmişdi. Əhməd İsmayılov KİVDF-yə rəhbər təyin olunanda biz müəyyən təkliflər irəli sürmüşdük və bu gün onlar nizamnamədə əksini tapıb. Qaldı ki, digər məsələlər – mediaya baxışı dəyişmək, korlanmış reputasiyanın bərpası, ciddi mətbuat orqanlarının ictimai fikrin, eləcə də dünyada informasiya savaşında lazımi mövqe qazanması məsələsinə və bu istiqamətdə agentliyin fəaliyyətinin nə dərəcədə effektiv olmasına, bunu zaman göstərəcək".

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirir ki, agentlik Azərbaycandakı media subyektlərinin xarici medai subyektləri ilə informasiya mübadiləsinin yaradılmasına, təcrübələrin mübadiləsinə təşkilatı dəstək göstərəcək. Onun sözlərinə görə, MEDİA-nın yaradılmasının məqsədi media subyektlərinin dünyada mövcud standartlara uyğun iqtisadi müstəqilliyə nail olmasıdır. Media subyektlərinin iqtisadi müstəqilliyi necə əldə edəcəyinə gəlincə, Ə. İsmayılov deyir ki, bu reklamların cəlb olunması, media subyektləri arasında informasiya mübadiləsi formasında ola bilər.

3
Teqlər:
Akif Aşırlı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
Kəlbəcər, arxiv şəkli

Turizm sənayesi bərpa dövrünə hazırlaşır - hamının gözü Qarabağa zillənib

4
(Yenilənib 17:53 15.01.2021)
Cənab Prezidentin vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Bu potensial imkan verir ki, biz oranı Azərbaycanın əsas turizm zonalarından birinə çevirək

BAKI, 15 yanvar — Sputnik. Turizm azad edilmiş torpaqlarda əsas fəaliyyət sahələrindən biri olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yanvarın 15-də keçirilən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) 2020-ci ildə görülən işlərlə bağlı yekun hesabat tədbirində çıxış edərkən bildirib. Fuad Nağıyev turizm sənayesinin il ərzində çətin dövrdən keçdiyini bildirib. O qeyd edib ki, ilin sonunda Ali Baş Komandanın rəhbərliyi, Şanlı Ordumuzun qələbəsi ilə torpaqlarımızın azad edilməsi hər kəsə çətinlikləri unutdurub.

"Bildiyiniz kimi, cənab Prezident son çıxışında azad olunmuş torpaqlarda əsas fəaliyyət sahələri kimi kənd təsərrüfatı və turizm sahəsini qeyd etdi. Cənab Prezidentin vurğuladığı kimi, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Bu potensial imkan verir ki, biz oranı Azərbaycanın əsas turizm zonalarından birinə çevirək", - deyə Fuad Nağıyev bildirib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov öz çıxışında işğaldan azad edilmiş torpaqlarımızda kiçik və orta biznesin və turizm sektorunun inkişafı üçün geniş imkanların mövcud olduğunu, KOBİA olaraq bu ərazilərə yerli və xarici investisiyaların cəlb edilməsi, əlaqələndirilməsinin həyata keçirilməsinə, zəruri dəstəyin verilməsinə və birgə əməkdaşlığa hazır olduqlarını bildirib.

"Qarabağın turizm sektorunun inkişafı üçün birgə çalışmalıyıq. Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə Qarabağı turizm destinasiyası kimi təşviq etmək çox vacibdir. Həmin ərazilərdə turizmin dirçəldilməsi üçün ATAA tərəfindən yeni biznes imkanlarının araşdırılması, təkliflərin verilməsi və sahibkarların bu işlərə cəlb edilməsi öz töhfəsini verəcək", - deyə Orxan Məmmədov əlavə edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli turizmin həm postpandemiya, həm də müharibədən sonrakı dövrdə iqtisadiyyatın qeyri-neft sektorunun vacib sahəsi olacağını deyib. O, yeni "Turizm haqqında Qanun"a baxılmasının sürətləndirilməsinin önəmini qeyd edib və yeni qanunun Milli Məclisin 2021-ci ilin yaz sessiyasında müzakirəyə çıxarılacağı haqqında məlumat verib.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid turizm sənayesini post-pandemiya dövrünə hazırlamaq üçün həyata keçirilən tədbirlər haqqında danışıb. F.Zenqstşmid, həmçinin Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərin postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə həyata keçirilən rəqəmsallaşdırma proqramının prioritet olduğunu və 2021-ci ildə həyata keçiriləcəyini bildirib.

"Ümid edirik ki, vaksinləşmənin qlobal olaraq başlaması ilə sərhədlər tezliklə açılacaq. O vaxta qədər 2021-ci ildə əsas diqqətimiz daxili turizm və Qarabağın turizm potensialının inkişaf etdirilməsinə yönələcək. Biz ümid edirik ki, mərhələli şəkildə beynəlxalq səyahətlər yenidən başlayacaq, biz isə yerli sənaye tərəfdaşlarımızın yenidən beynəlxalq platformalarda iştirak edərək Azərbaycanı xaricdə təbliğ etməsi işinə dəstək verəcəyik. Çünki biz ancaq birlikdə gözəl ölkəmizi dünya səyahətçilərinin birinci sırada olan seçimlərindən edə biləcəyik", - deyə Florian Zenqstşmid bildirib.

Görüşdə ATAA-nın İdarə Heyətinin sədri Rüfət Hacıyev qeyd edib ki, sənayenin bərpası üçün dövlət tərəfindən dəstək mexanizmlərinin davam etdirilməsi, eləcə də maliyyə resurslarına çıxış imkanlarının asanlaşdırılması, subsidiyalar, aşağı faizli kreditlər, vergi güzəştlərinə şərait yaradılması əsas məqamlardan biridir.

O, ölkəyə turistlərin cəlb edilməsi üçün sərnişindaşıma vasitələrinin əlçatanlığının və sərhədkeçmə prosedurlarının asanlaşdırılmasının və bununla bağlı bir sıra institusional məsələlərin həllinin vacibliyini vurğulayıb.

"2021-ci il Azərbaycan turizmində yeni bir təkan olacaq. Bu, turizmin inkişafında həm gəlmə, həm də getmə turizmində böyük bir mərhələnin yaşanmasına imkan verəcək. İlk növbədə azad olnun Qarabağımızda turizmin böyük bir sürətlə inkişafına inanırıq və bütün dünyadan turistləri qarşılamağa hazırıq", - deyə Rüfət Hacıyev qeyd edib.

4
Teqlər:
turizm, Qarabağ