Bankomat

Əhali bankomatlardan pulunu çıxara bilmir

2920
(Yenilənib 16:43 17.02.2017)
Vətəndaşlar banklardan şikayətçidirlər: "Zərərlərini bizim hesabımıza qarşılamaq istəyirlər"

BAKI, 17 fev — Sputnik. Azərbaycanda baş verən devalvasiyanın ölkədə fəaliyyət göstərən banklara mənfi təsiri nəticəsində müştərilər ilə bank arasında həddindən çox problemlər yaranıb. Belə ki, manatın dəyərdən düşməsi, bankların kreditləri dollarla hesablaması, əhalinin gəlirinin azalması vəziyyəti gərginləşdirib. Sputnik Azərbaycan-ın əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında, son bir ayda banklarla bağlı hansı problemlərlə üzləşdiklərinə dair kiçik sorğu keçirib.

Vüqar Quliyev: "Kartda pul olsa da, Beynəlxalq Bankın bankomatlarında pul olmadığı üçün düz 2 həftə pulumu kartdan çıxarda bilmədim".

Rafael Nabatəliyev: "Mən zaminliyin bəlasına düşmüşəm. Bank ilə müştərinin saxta işbirliyi mənə baha başa gəlib. İndi də bank məndən 15 min manat ödəməyimi tələb edir".

Röya Qurbanova: "Şamaxı rayonunda əmək haqqımız hər dəfə maaş kartlarımıza oturulsa da, pulumuzu Kapital Bank-ın bankomatlarından çıxarmaq mümkün olmur. Bu, artıq adət halını alıb. Maaşımızı almaq üçün Şamaxıdan Bakıya, ya da Qobustana getməli oluruq".

Ülviyyə Cəlilzadə: "Silk Way Bank bankomatlarına dollar qoymur və bankdan pul çıxardığımız zaman 1.2 % tutur. Normalda bankomatdan pul çıxardanda 1% tutulmalıdır. Bankda dollar yoxdursa, bu, bizim problemimiz olmadığı halda, əlavə 0.2% bizdən məcburi halda niyə çıxılır?"

Bank müştərisi
© Karikatura
Bank müştərisi

Rəşad Quliyev: "Hüquqi şəxslər pul dəyişdikdə daxili konvertasiya olur. Bankların 99%-i daxili konvertasiyanı bağlayıb".

Qurbanəli Ömər: "Xarici ölkədəki dostlarımıza, xarici bank hesablarına və onlayn sistemlərə pul köçürmələrində vəziyyət bərbaddır. Həm keyfiyyətsiz xidmət, həm fantastik komissiya, həm də mənasız limit var".

Elçin Əminzadə: "2013-cü ildə mənim DəmirBank-da debet kartım var idi, yanlışlıqla hesabıma 50 dollar pul qoyublar, mən də istifadə etmişəm. Daha sonra kartı istifadə etmədim. Bir neçə aydan sonra bankdan zəng etdilər ki, "sizin debet kartınıza limit qoyulmayıb, siz də kartda olan pulları istifadə etmişiniz, indi o məbləğləri ödəməlisiniz". Təbii ki, deyilən məbləği ödəmədim. Bir ildən sonra bankdan yenidən zəng etdilər. Bu dəfə bank işçisi təhdid etdi ki, məni məhkəməyə verəcəklər. Yəqin DəmirBank-dan oğurlanan 3.000.000 manat pulu müştərilərin cibindən çıxarmaq istəyirlər".

Sərxan Hacıyev: "Son 1 ayda bank nümayəndələri əmimə, dayıma, atama, qardaşıma zəng ediblər ki, "kredit vaxtı çatıb, gətirib ödəyin". Özümə edilən zənglərin isə sayı yoxdur".

Rəmzi Nəsibov: "Atam Access Bank-dan bir neçə dəfə manatla kredit götürmüşdü. Axırıncı kredit dövründə xəstələndi və iki dəfə əməliyyat olundu, krediti ödəyə bilmədik. Access Bank bizi məhkəməyə verdi. Müqavilə manatla olduğu halda məhkəmədə eyni məbləği dollar olaraq iddia qaldırdı".

2920
Teqlər:
bankomat, problem, devalvasiya, kredit, bank, manat, dollar
Əlaqədar
Banklar dolların satış qiymətini dəyişdi
Banklarda dollarla bağlı nə baş verir?
Bir ay ərzində banklardan 200 milyon manat əmanət çıxarılıb
Mərkəzi Bankda qəfil toplantı: manatla bağlı nə qərar veriləcək?
Azərbaycan bankları xilas oldu, amma necə...
Banklarla əhali arasında yeni problem meydana çıxıb
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 500-dən çox adam koronavirusdan öldü

0
(Yenilənib 15:14 25.11.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

BAKI, 25 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 23 675 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 507 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğandan müjdə: "Ən geci aprel ayına qədər ..."

53
(Yenilənib 13:55 25.11.2020)
Türkiyə Prezidenti: İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik.

BAKI, 25 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndlə bağlı önəmli mərhələyə gəlindiyini açıqlayıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim partiyanın parlament qrup toplantısında çıxışı zamanı bildirib.

"İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik. Maska, məsafə, təmizlik qaydalarına riayət edərsək, digər tədbirlərə ehtiyac qalmaz", - deyə Ərdoğan qeyd edib.

O, həmçinin koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndin yaradılmasında da önəmli irəliləyişə nail olunduğunu bildirib:

"Ən gec aprel ayında öz peyvəndimizi tətbiq etmə səviyyəsinə qədər inkişaf etdirməyi planlaşdırırıq. Öz istehsal etdiyimiz peyvəndi bütün insanlığın xidmətinə təqdim etmək düşüncəsindəyik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

53
Teqlər:
Ərdoğan, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, korona virusu, Koronavirus, epidemiya, COVID-19