Alətlər paneli

Sürücüləri yeni cərimələr gözləyir - rəsmi bəyan

4402
(Yenilənib 15:48 16.02.2017)
Vaqif Əsədov: "Düzgün bağlamaq o deməkdir ki, kəmər çiyinlə boyun arasındakı boşluqda olmalıdır. Kəmər vətəndaşı avtomobilin banına bərkidməlidir ki, maşın bir neçə dəfə aşsa da, həmin şəxs ağır xəsarət almasın"

BAKI, 16 fev — Sputnik. Yol qaydalarında cərimələr sərtləşdirilir. Sputnik Azərbaycan Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bu barədə açıqlama verib: “Son zamanlar Bakı şəhərində baş verən yol qəzalarına nəzər saldıqda xəsarət dərəcələrinin ağırlığı ciddi narahatlıq doğurur. Araşdırmalar zamanı bunun səbəbinin təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsi olduğu müəyyən olunub”.

O həmçinin bildirib ki, bu səbəbdən Bakı şəhəri üzrə təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsinə yol polisi əməkdaşları tərəfindən diqqət artırılıb və qaydanı pozan şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün müvafiq addımlar atılacaq: "Sürücülər görüntü naminə və ya cərimə olunmamaq üçün yox, düzgün qaydada kəməri bağlamalıdırlar. Bəzən qış aylarında qalın geyim geyinirlər, üstündən də kəməri bağlayırlar. Bu zaman kəmər düzgün bağlanmır və təhlükəsizlik yastığı varsa, bu da ayrıca bir fəsada səbəb ola bilər. Düzgün bağlamaq o deməkdir ki, kəmər çiyinlə boyun arasındakı boşluqda olmalıdır. Kəmər vətəndaşı avtomobilin banına bərkitməlidir ki, maşın bir neçə dəfə aşsa da, həmin şəxs ağır xəsarət almasın”.

Vaqif Əsədov sürücülərə müraciət edərək bildirib ki, təhlükəsizlik kəmərlərindən istifadə etmək ilk növbədə yol mədəniyyəti, yol hərəkəti haqda qanuna hörmət əlamətidir: "Ən nəhayət, baş verə biləcək yol qəzasında sürücü və sərnişinlərin həyat və sağlamlığının 65-70 faiz, bəlkə də daha çox qorunması deməkdir. "Yol hərəkəti haqqında" qanunun tələbinə görə, sürücü və sərnişinlər hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Bunu görüntü üçün yox, düzgün formada etməlidirlər. 

Kəmərdən istifadə etmək insan orqanizminə də müsbət təsir göstərir. Bu gündən etibarən sürücülər bilsin ki, təhlükəsizlik kəmərindən istifadə edilməzsə, onlar saxlanılacaq və protokol tərtib olunacaq. Həm də sərnişinlərdən təhlükəsizlik kəmərindən istifadə etməyi tələb etsinlər. Əks halda, sərnişinə görə də onların avtomobili saxlanılacaq və cərimə tərtib olunacaq. Sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə onların özünün 30 manat cərimə edilməsi nəzərdə tutulur”.

Polkovnik V.Əsədov qeyd edib ki, ən vacib məsələlərdən biri hərəkətdə olan avtomobillərin içərində nəzarətsiz formada hərəkət edən uşaqların olması, azyaşlı uşaqların ön oturacaqda, ya da arxa oturacaqda ortada oturmasıdır: “Bu, yolverilməz haldır və təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, xüsusilə pik saatlarda, dərsdən gəlib-getmə zamanlarında, eyni zamanda azyaşlıların daşınması zamanı 12 yaşınadək uşaqların xüsusi oturacaqlarda oturmasını təmin etsinlər. Əks halda, qanunun tələbinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunacaqlar. Ən azından öz övladınızın həyati təhlükəsizliyi üçün bunu etməyə borclusunuz. Çünki yol qəzası baş verən zaman avtomobilin çırpılması ətalət qüvvəsi yaradır və nəticədə azyaşlı ağır xəsarət alır, bu da ölümə səbəb ola bilər”.

V.Əsədov deyib ki, qeyd olunan hallarla bağlı xüsusi reyd keçirilməyəcək: “Yol polisi əməkdaşları şəhərin bütün nöqtələrində bu cür qayda pozuntusu ilə rastlaşarlarsa, sürücünü saxlayıb cərimə tərtiq edəcəklər. Bəzən sürücülər deyirlər ki, "heç nə etməmişdim, yol polisi məni saxladı". Əgər onlar yol polisi əməkdaşları tərəfindən saxlanılmalarını istəmirlərsə, təhlükəsizlik kəmərindən və xüsusi oturacaqlardan istifadə etsinlər.

Bu gün yeni istehsal olunan maşınlarda kəmərdən istifadə etmədikdə yol boyu xəbərdarlıq siqnalı verilir. Eyni zamanda, Yaponiyada 2016-2017-ci il istehsalı olan bəzi avtomobillərdə kəmər bağlanmadığı təqdirdə maşın işə düşmür. Həmin maşınlarda güzgünün üstündə kəmər olur, maşını işə salan kimi kəmər avtomatik sürücünün çiyni üzərindən hərəkət edərək bağlanır. Bu faktın özü təhlükəsizlik kəmərindən istifadənin nə qədər vacib olduğunu ortaya çıxarır”. 

Polşa baş naziri Beata Şidlo
© Sputnik / Алексей Витвицкий

İdarə sözçüsü bildirib ki, fevralın 15-də gün ərzində Bakı şəhərində keçirilən tədbir zamanı 760 sürücüyə, 31 sərnişinə təhlükəsizlik kəmərindən istifadə etməməyə görə protokol tərtib olunub: “Eyni zamanda, azyaşlı uşaqların daşınması zamanı xüsusi oturacaqdan istifadə etməyən 16 sürücü cərimələnib. Onlardan biri hətta şikayət də edib. Özü etiraf edir ki, azyaşlı uşağı ön oturacaqda oturdub və kəmər də bağlayıb. Amma təkcə kəmər bağlamaq düzgün deyil, xüsusi oturacaq olmalıdır ki, sürücünün diqqəti uşaqda qalmasın. Məsələn, uşaq öndə oturarkən əyləcə basanda istər-istəməz sağ əlini uşağın qabağına tutursan ki, harasa dəyib əzilməsin. Bu da sürücünün diqqətini yayındırır”.

Vaqif Əsədov yayıla biləcək şayiələrin qarşısını almaq üçün öncədən məsələnin mahiyyətini açıqlayıb: “Çox güman ki, bu yazını oxuyanlar elə hiss edəcək ki, yenə şəhərə kimsə xüsusi oturacaqlar gətirib satmaq istəyir. Xeyr, elə deyil, həmin oturacaqlar artıq şəhərdə var. Biz sadəcə qanunun tələbinin yerinə yetirilməsini xahiş edirik. Güzəştə getmədən yol qəza hadisələrinin sayının azaldılması və xəsarətlərin yüngülləşdirilməsi üçün funksional vəzifəmizi yerinə yetiririk. Bununla bağlı da rəhbərliyimiz qarşısında hesabat veririk.

Azərbaycan vətəndaşlarına müraciət edirik — yay aylarında ölkəmizdə idman yarışları keçiriləcək, xaricdən paytaxtımıza qonaqlar, turistlər gələcək. Əcnəbilər yol hərəktinə xüsusi diqqət yetirirlər və onlarda bir təəssürat formalaşır. Xahiş edirik, qanuna olan hörmətinizi bildirin, qoy, turistlər öz ölkələrinə yüksək təəssüratla qayıtsınlar”.

4402
Teqlər:
xüsusi oturacaqlar, Vaqif Əsədov, Bakı
Əlaqədar
Şaxta olacaq, yollar buz bağlayacaq
Onların yoluna çıxanları 100 manat cərimə gözləyir
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

28
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

28
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

15
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

15