Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı

"Şəhid övladlarına xidmət pulsuzdur, hesabları ataları tərəfindən ödənilib"

1165
(Yenilənib 10:16 16.02.2017)
Lənkəranlı sahibkar şəhid ailələrinə yönəlik humanist aksiyaya başlayıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 16 fev — Sputnik. Lənkəran sakini Ramin Əkbərli, sahibi olduğu şirniyyat dükanında şəhid ailələrinə kömək etmək məqsədilə xeyriyyə aksiyası keçirir. O, Türkiyə mətbuatında bu tip xeyriyyə aksiyalarının keçirilməsi haqqında xəbərləri oxuduqdan sonra belə bir qərara gəlib.

"Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan qardaşlarımızın xatirəsi xalqımız tərəfindən həmişə uca tutulub. Dövlət tərəfindən də şəhid ailələrinə lazımınca diqqət və qayğı göstərilir. Mən də şirniyyat məmulatları hazırlanan və satılan müəssisəmizdə şəhid qardaşlarımızın ailələrinə yardım etmək qərarına gəldim" — deyir R. Əkbərli.

  • Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı
    Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı
    © Sputnik / Rahim Murad
  • Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı
    Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı
    © Sputnik / Ramil Ibrahimov
  • Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı
    Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı
    © Sputnik / Rahim Murad
  • Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı
    Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı
    © Sputnik / Rahim Murad
  • Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı
    Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı
    © Sputnik / Rahim Murad
1 / 5
© Sputnik / Rahim Murad
Lənkəran sakini Ramin Əkbərlinin şirniyyat dükanı

Buna görə sahibkar obyektinin qapısından "Şəhid övladlarına tort məmulatları pulsuzdur, hesabları ataları tərəfindən ödənilib" elanını asıb: "Ötən ilin sonlarından bu aksiyaya start verdik. Yeni il ərəfəsində 20-yə yaxın şəhid ailəsinə tort və müxtəlif şirniyyat məmulatları hədiyyə edilib. Bu günə qədər 30-a yaxın şəhid ailəsinə yardım etdik. Yeni ildən sonra isə şəhid ailələrinə, həmçinin ərzaq və geyim hədiyyələri etmişik".

"Şəhid ailələrinə, təkcə şirniyyat və ərzaq yardımı etmirik. Şəhid övladlarının ad günü tədbirlərinin təşkili və bəzədilməsini həyata keçiririk" — həmsöhbətimiz bildirib.

Mağaza sahibi xidmətdən sui-istifadə edilməməsi üçün şəhid ailələrinin bununla bağlı müvafiq sənəd təqdim etməli olduqlarını qeyd edir. O, aksiyanın əsas məqsədini belə izah edir: "Məqsəd şəhidlər və onların ailələrinin unudulmaması, daim diqqət və qayğı görmələri və insanlarda vətənpərvərlik ruhunun artırılmasıdır".

1165
Teqlər:
tort, Ramin Əkbərli, xeyriyyə, övlad, şirniyyat, ailə, şəhid, Lənkəran, aksiya
Əlaqədar
Prezidentdən şəhidin ailəsi ilə bağlı mühüm qərar
Şəhidin 4 yaşlı oğlu düşməndən belə intiqam alacaq
Şəhid olmuş hərbi qulluqçumuz Xaçmazda torpağa tapşırıldı
Azərbaycan ordusu şəhid verdi
Prezident şəhidin ailə üzvləri ilə görüşüb
Şəhid atası: “O biri oğlum da canından keçməyə hazırdır”
Şəhid Çingiz Qurbanov doğma rayonunda dəfn olunacaq
Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarılıb
Azərbaycan Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib
Heroin, arxiv şəkli

Yemək qazanının qulplarından heroin çıxdı

2
(Yenilənib 15:56 28.11.2020)
Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

BAKI, 28 noyabr — Sputnik. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Ağayev Rəşad Hüseyn oğluna tanışı Qaxiyev Rauf İsmayıl oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı yemək qazanının qulplarının daxilində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,580 qram heroin və ümumi çəkisi 1,797 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

2
Məktəbdə dərs, arxiv şəkli

İnklüziv təhsillə bağlı qanun təkmilləşdiriləcək

3
Bu məsələ Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

 

BAKI, 28 noyabr — Sputnik. 2021–2022-ci illərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin olunması məqsədilə inklüziv təhsilə dair mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əks olunub.

3