İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb

Prezidentdən şəhidin ailəsi ilə bağlı mühüm qərar

372
(Yenilənib 13:51 15.02.2017)
Azərbaycan prezident Milli Qəhrəmanın ailəsinin Bakı və Qusarda evlə təmin olunması ilə bağlı tapşırıq verib

BAKI, 15 fev — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Milli Qəhrəman Çingiz Qurbanovun ailəsi Bakıda mənzillə təmin olunub. Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Ç. Qurbanovun ailəsinin sosial təminatının gücləndirilməsi, həmçinin Bakıda üçotaqlı mənzillə təmin olunması və həmin mənzildə təmir işlərinin həyata keçirilməsi ilə bağlı dövlət orqanlarına göstəriş verib. Milli Qəhrəmanın ailəsinə Qusar rayonunda ayrılmış torpaq sahəsində də fərdi yaşayış evi tikiləcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi barədə Sərəncam imzalayıb. Dövlət başçısı fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailəsini qəbul edib.

372
Teqlər:
Çingiz Qurbanov, Milli Qəhrəman, ailə, mənzil, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
Şəhid olmuş hərbi qulluqçumuz Xaçmazda torpağa tapşırıldı
Azərbaycan ordusu şəhid verdi
Prezident şəhidin ailə üzvləri ilə görüşüb
Şəhid atası: “O biri oğlum da canından keçməyə hazırdır”
Şəhid Çingiz Qurbanov doğma rayonunda dəfn olunacaq
Şəhid Çingiz Qurbanovun nəşi geri qaytarılıb
Azərbaycan Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

3
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

3
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

17
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

17
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri

Cəbrayıl Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı

0
(Yenilənib 19:10 25.10.2020)
Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.

BAKI, 25 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

 

0