Xizəksürmə hazırlığı üzrə təlim

Azərbaycan Avstriya xilasediciləri birgə təlimlər keçirlər

14
Azərbaycan FHN və Avstriyanın Federal Daxili İşlər Nazirliyi Qəbələdə birgə təlimlər keçirir

BAKI, 14 fev — Sputnik. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində 12 fevral 2017-ci il tarixindən Qəbələ rayonu ərazisində qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə təlimlərə başlanılıb. 

Azərbaycan və Avstriya xilasediciləri təlimlərə zamanı
© Photo : FHN
Azərbaycan və Avstriya xilasediciləri təlimlərə zamanı

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Təlimlərə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Təlim iştirakçılarına avstriyalı mütəxəssislər tərəfindən qar uçqunları altında qalanların axtarışı və xilas edilməsi, ekstremal şəraitdə davranış və dağ relyeflərində xizəksürmə üzrə hazırlıq məşqləri keçiriləcək.

Təlimlər fevral ayının 19-dək davam edəcək.  


14
Teqlər:
avstriyalı mütəxəssislər, dağ relyeflərində xizəksürmə, qar uçqunları altında qalanların axtarışı və xilas edilməsi, ekstremal şəraitdə davranış, Federal Daxili İşlər Nazirliyi, Xüsusi Riskli Xilasetmə Xidməti, Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikası, Qəbələ
Əlaqədar
Xilasediciləri çıxılmaz vəziyyətə salan ən ciddi problem
Masazırda xilasetmə əməliyyatı
Xilasedicilər paytaxt sakininin köməyinə çatdılar