CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 2 nazirlik birləşdirildi

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb

BAKI, 13 fev — Sputnik. Azərbaycanda iki nazirlik birləşdirilib. Sputnik Azərbaycan-ın AZƏRTAC-a istinadən məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilib.

Onların əsasında Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezidentin digər bir sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Xəbər lenti
0