Mağazada kassir, arxiv şəkli

Hansını seçməli: Yerli, yoxsa rus arağını?

3121
(Yenilənib 15:26 11.02.2017)
Rusiyada arağın qiymətinin qalxması Azərbaycandakı “yeyib-içən oğlanlara” zərbə vurmayacaq

BAKI, 11 fev — Sputnik. Alkoqollu içkilər bazarında kəskin rəqabət hökm sürür. Ticarət şəbəkələrinin satıcılarının dediyinə görə, Rusiyada arağın qiymətində baş verən istənilən artım Rusiya istehsalçılarına mənfi təsir göstərir. 

RF-nın maliyyə naziri araqların pərakəndə satış qiymətlərinin 8% artırılmasını təklif edir. Bu hər 0,5 litrlik araq şüşəsinə 205 rubl (Azərbaycan Mərkəzi Bankının kursuna uyğunlaşdırsaq, 6,3 manat — red.) əlavə edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sənəd Rusiyanın Normativ Hüquqi Aktların Layihələri hökumət portalında əksini tapıb. 

Buna qədər isə arağın minimal buraxılış qiyməti 173 rubl, topdansatış qiyməti isə 178 rubl idi.   

Sputnik Azərbaycan-ın əməkdaşı bununla bağlı Azərbaycanın alkoqollu içki istifadəçiləri və satıcıları arasında sorğu keçirib. Sorğu iştirakçılarının Rusiyada arağın qiymətlərinin qalxmasından narahat olmadıqları ortaya çıxıb. Onların sözlərinə görə, Azərbaycanın şərabçılıq şirkətlərinin buraxdığı məhsullar Rusiyanınkından fərqlənmir, eyni zamanda qiymətləri də 2-2,5 dəfə ucuzdur. 

Misal üçün, ticarət şəbəkələrində 0,5 litr araq 3,5-6 manat aralığında satılır. Amma idxal olunmuş eyni həcmdə araqların qiyməti isə 12-16 manatdır. 

Bununla yanaşı, unutmaq lazım deyil ki, hazırda Azərbaycanda Rusiyanın içki məhsulları ilə Ukrayna istehsalı olan alkoqollu içkilər də kəskin rəqabət aparır. Son zamanlar isə bu rəqabətə Belarusdan gətirilən içkilər də girişib. Yeri gəlmişkən, idxal olunmuş məhsullarla bağlı aparılan antitəbliğatın da bunda rolu olub. Xüsusilə son vaxtlar Rusiyada saxta araqlardan əhalinin zəhərlənməsi ilə bağlı telekanallarda gedən süjetlər burada öz rolunu oynayıb. 

Spirtli içkilər bazarının iştirakçılarının bildirdiyinə görə, bu gün yerli araqların qiymətinin qalxmasına səbəb olacaq yeganə amil milli valyutanın kursunun dollar qarşısında zəifləməsidir. Çünki Azərbaycandakı zavodlarda istifadə olunan spirt ölkəyə idxal olunur.

Son günlər isə milli valyuta möhkəmlənir. Əgər Rusiyada spirtin qiyməti qalxsa, Azərbaycanın alkoqollu içki istehsalçıları xammalı Ukrayna, yaxud da Belarusdan gətirməli olacaqlar. 

Bu mənada, Rusiya araqlarının qiymətlərinin qalxması rus istehsalçıların Azərbaycan bazarından əldə etdikləri gəlirlərinin azalmasına səbəb olacaq, Ukrayna, Belarus və digər ölkələrdən olan istehsalçıların isə gəlirləri artacaq. İdxal olunan arağın qiymətləri cari intervalda qalacaq, aşağı qiymətli və keyfiyyətli yerli araqlara isə həvəskarlar daha az pul ödəyəcəklər. Etiket və imicə görə isə daha çox pul ödəmək lazım gələcək. 

3121
Teqlər:
Rusiyanın Normativ Hüquqi Aktların Layihələri hökumət portalı, alkoqollu içki, araq, Araq istehsalı, Azərbaycan Mərkəzi Bankı, Belarus, Ukrayna, Rusiya, Azərbaycan
Əlaqədar
Araq satışına məhdudiyyətlər aradan götürülür
Ölkənin ən çox araq içilən regionları açıqlandı
Araq əvəzinə sirkə turşusu içdi və...
Azərbaycanda hazırlanan bu araqdan hamı istifadə edir: dindarlar belə...
Saxta Jack Daniels və araq istehsal edən "biznesmen"i tutdular
Klinton araq içdiyini necə etiraf etdi
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Füzulidə minaya düşən şəxslərin meyitləri ailələrinə təhvil verilib

63
(Yenilənib 21:42 28.11.2020)
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

BAKI, 28 noyabr - Sputnik. 2020-ci il 28 noyabr tarixində saat 15:10 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat daxil olub.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, agentliyin mütəxəssislərindən ibarət əməliyyat-axtarış qrupu dərhal həmin əraziyə göndərilib, aparılmış xilasetmə əməliyyatı zamanı xüsusi təhlükəsizlik zolağı açılaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının meyitləri ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

© Azerbaijan National Agency for Mine Action
Füzuli rayonunda minaya düşən mülki avtomobil

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə aparılmış tədqiqat zamanı 90-BL-558 dövlət qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin 2 ədəd tank əleyhinə minaya düşdüyü məlum olub.

"Agentlik tərəfindən bir daha bildiririk ki, işğaldan azad olunmuş ərazilər mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməmiş həmin ərazilərə təhlükəsizlik səbəbindən mülki şəxslərin girişi qəti qadağandır", - ANAMA bildirib. 

63
Teqlər:
mina, Füzuli rayonu, Füzuli, ANAMA
Aktyor Taleh Yüzbəyov, arxiv şəkli

"Əri döymüş gəlini, bir yandan da it qapdı" - Yüzbəyovdan yeni film

27
(Yenilənib 20:51 28.11.2020)
Yüzbəyovun çəkdiyi "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Taleh Yüzbəyov yeni filmini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor senaristi və rejissoru olduğu filmi "Youtube" hesabında paylaşıb. Film ailə-məişət mövzusundadır. "Karantin balladası" adlanan film karantin dövründə insanların yaşadığı maddi və mənəvi çətinliklərdən bəhs edir. Yüzbəyov film barədə özünün "Facebook" hesabında bunları deyib:

"Bu videonun senarisini mayda yazıb, karantinə görə ancaq avqustda çəkə bildik. Sentyabrın 28-i paylaşmaq istəyirdik ki, müharibə başladı. İkinci korona dalğasında gecikmiş video olsa da paylaşmaq istədik".

Qeyd edək ki, "Əri döymüş gəlini, bir yandan da it qapdı" və ya "Karantin balladası" qısa zamanda "Youtube" portalında trendə düşüb.

27

"Qafqazın Xirosiması" - fransız kanalı Ağdamı belə adlandırdı

0
(Yenilənib 21:43 28.11.2020)
“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir" - France-24.

BAKI, 28 noyabr - Sputnik. “France-24” kanalı işğaldan azad edilmiş Ağdam rayonu haqqında reportaj yayımlayıb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, reportajda münaqişəyə son qoyan razılaşmaya əsasən, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməli olduğu bildirilir. Qeyd edilir ki, bununla da Azərbaycan Dağlıq Qarabağın ətrafındakı 7 rayonun hamısını geri qaytarmış olacaq.

Kanalın xüsusi müxbirləri Lüdoviq dö Fuko, Katrin Norestrent və Hüseyn Əsədin Ağdamdan hazırladıqları reportajda deyilir:

“Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 min əhalisi olan Ağdam bu gün “ruhlar şəhəri”dir. Bu gün Ağdamda hələ də qalan yeganə bina məsciddir. Bu şəhər 30 il əvvəl Birinci Qarabağ müharibəsi zamanı böyük strateji əhəmiyyət daşıyırdı. 1993-cü ildə bu şəhərin itirilməsi müharibənin dönüş nöqtəsi oldu. Buranın sakinləri köç etmək məcburiyyətində qaldı. Bu gün məcburi köçkünlər qayıdırlar və dağılmış binaları görürlər”.

Reportajda Ağdam sakini Zülfü Qasımovun bu fikirlərinə də yer verilir: “Belə bir şəhəri bu günə salmaq olarmı? Bu evləri belə dağıtmaq olarmı? Siz bu evlərin keçmişini görsəydiniz bilərdiniz ki, ən müasir evlər, ən yaxşı tikilmiş evlər ancaq Ağdamda olub. Onlar bilirdilər ki, burada yaşamayacaqlar. Onların inamı yox idi ki, burada qalsınlar. Çünki qalmaqları mümkün deyildi. Ona görə də əllərinə düşən hər şeyi dağıdıblar”.

Reportajda qeyd edilir ki, bərpa işlərindən əvvəl təhlükəsizliyi təmin etmək lazımdır. Azərbaycan tərəfindən azad edilmiş digər rayonlar kimi, Ağdam da mina ilə doludur. Hakimiyyət orqanları bu istiqamətdə işə başlayıblar.

ANAMA-nın əməliyyat qərargahının rəhbəri İdris İsmayılov deyir ki, 4500-ə yaxın piyada əleyhinə mina, 2000-ə yaxın tank əleyhinə mina, 750-yə yaxın isə müxtəlif növ bombalar aşkar edilərək zərərsizləşdirilib.

Reportajda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərə vurulmuş ziyanı 10 milyardlarla dollar həcmində dəyərləndirdiyi və Ermənistan tərəfindən təzminat almaq üçün məhkəmələrə müraciət edəcəyi diqqətə çatdırılır.

0
Teqlər:
Xirosima faciəsi, Xirosima, Qafqaz, ANAMA, Ağdam şəhəri, Ağdam