Dükan, arxiv şəkli

Qida Təhlükəsizliyi Agentliyi yaradılır

132
(Yenilənib 23:06 10.02.2017)
Prezidentin sərəncamı ilə Azərbaycanda Qida Təhlükəsizliyi Komissiyası yaradılıb

BAKI, 10 fev — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev ölkədə qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya normaları və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini), risklərin təhlilini, qanunla müəyyən edilmiş qaydada gigiyenik sertifikatlaşdırma işinin aparılmasını, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsini, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi yaradılacaq. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Agentliyin fəaliyyətini təmin etmək məqsədilə aşağıdakı tərkibdə Qida Təhlükəsizliyi Komissiyası yaradılıb:

Komissiyanın sədri

Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri.

Agentlik fəaliyyətə 2018-ci il yanvarın 1-dən başlayır və həmin gün Komissiyanın səlahiyyət müddəti başa çatır.

132
Teqlər:
Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Qida Təhlükəsizliyi Agentliyi, Qida Təhlükəsizliyi Komissiyası, Azərbaycan prezidenti İlham Əliyev, Əli Əhmədov
Нож в руке мужчины, фото из архива

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

11
(Yenilənib 00:00 12.04.2021)
37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

BAKI, 11 aprel - Sputnik. Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Məlumata əsasən, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

11
Şüşə qırıntısı, arxiv şəkli

Ağstafada avtomobillər toqquşdu, xəsarət alan var

5
(Yenilənib 23:16 11.04.2021)
Ağstafa rayonunun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb.

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un məlumatına əsasən, Ağstafa şəhər ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Kolayı kənd sakini, 1993-cü il təvəllüdlü Mirzəağa Qələndərli müxtəlif xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəzanın başvermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

5