Toyda müğənni, arxiv şəkli

Lənkəranda əməliyyat: müğənni-narkobaron həbs olunub

5535
(Yenilənib 23:07 10.02.2017)
Narkotik taciri yerli toylarda oxumaqla diqqəti özündən yayındırıb. Lakin polis fərqinə varandan sonra o, yalnız rəqs etməli olacaq, çünki həbsxanada oxumağa görə pul vermirlər.

BAKI, 10 fev — Sputnik. Regional xüsusi xidmət orqanlarının axtardığı iri narkotik tacir Lənkəran rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Lənkəran rayon Polis İdarəsindən məlumat verilib. Saxlanılan şəxs 1979-cu il təvəllüdlü Məmmədov Elnur Ağa oğludur. 

Kişi əməliyyatçılar tərəfindən opium qəbul edərkən yaxalanıb. Məmmədovun saxlanılmasına səbəb yanvar ayında 2 kiloqram opiumun saxlanılması ilə bağlı aparılan araşdırma olub. 

Yanvarın 22-də Lənkəran RPİ-nin əməliyyatçıları iri partiya narkotik maddə ələ keçiriblər: 2 kq 100 q opium və 100 qr metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul).

Reyd zamanı Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Məmmədov Aqşin Aslan oğlu saxlanılıb.

Əməliyyatçılar Aqşin Məmmədovu avtomobillə Bakıya gələrkən yaxalayıblar. Axtarış zamanı Məmmədovun üzərindən 2 kq 100 qr opium və 100 qr metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul) tapılaraq götürülüb. Məmmədov etiraf edib ki, şəhərdə opiumu 10 min manata, metamfetamini isə 5 min manata satmağa hazırlaşırmış.

İlkin istintaq zamanı saxlanılan şəxs bildirib ki, narkotiki Rza adlı İran vətəndaşından alıb. 

Məmmədovun sözlərinə görə, o, iranlıya 10 min manat verib ki, ona gül üçün dekorativ qablar göndərsin. Amma Rza gül qabı almayıb. "Gül qabları yoxdur, pul xərclənib, amma əvəzində opium var, onu Bakıda sataraq böyük pul əldə edə bilərsən" — iranlı Məmmədova bildirib. Məsələni beləcə həll ediblər. Məmmədov Rzadan opium və metamfetamin alıb və sərhəddən rahat keçirib. Amma Bakı yolunda onu asayiş keşikçiləri yaxalayıblar.

Aqşin Məmmədovun telefon danışıqları araşdırılarkən xüsusi xidmət orqanlarının əməkdaşları opium sifarişçisi Elnur Məmmədovun izinə düşüblər. 

“O iri narkobarondur. Uzun müddətdir regionun xüsusi xidmətləri onu axtarırdılar. O, çox ustalıqla özünün cinayət fəaliyyətlərini gizlədib. Burada hamı Məmmədovu yerli toylarda mahnı oxuyan müğənni kimi tanıyır. İndi o, oxuya bilməyəcək, çünki həbsxanada buna görə pul vermirlər. Amma rəqs etməyi öyrənmək lazımdır” – polis ironiya ilə deyib. 

Lənkəran RPİ-dən verilən məlumata görə, bu gün sözügedən şəxslərlə əlbir olan bütün cinayətkar dəstə, sifarişçilər və icraçılar saxlanılıb. 

5535
Teqlər:
Lənkəran rayon Polis İdarəsi, Məmmədov Aqşin, Məmmədov Elnur, Lənkəran
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

3
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

3
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

4
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

4
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı