Həsən Kərimov

İki əsrdir bu bacadan tüstü çıxır

294
(Yenilənib 10:48 08.02.2017)
80 yaşlı Həsən kişi Azərbaycanın "sonuncu mogikan"larından biridir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 8 fev — Sputnik. Dəmirçilik dünyanın ən qədim peşələrindədir. Sənətkarlar min illər boyu dəmirdən əmək alətləri, döyüş ləvazimatları hazırlayıblar.

Ölkəmizdə də dəmirçilərin hazırladığı qılınc və xəncərlər öz dözümlülüyü ilə məşhur olub. Lakin getdikcə odlu silahların istehsalı, fabrik və zavodların inkişafı bu sahəni arxa plana keçirib. Lakin əziyyətinin çox olmasına baxmayaraq, hələ də bu sənətlə nəfəs alan, onu yaşadan fədakar insanlar var. Sayları az olsa belə…

Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini Həsən Kərimov belə "sonuncu mogikan"lardandır. 80 yaşı olmasına baxmayaraq, bu gün də onun emalatxanasının bacasından dəmirçi körüyünün tüstüsü ucalmaqdadır.

Dəmirçi Həsən Kərimov
© Sputnik / Ilham Mustafa
Dəmirçi Həsən Kərimov

Atasını müharibədə itirən Həsən usta uşaqlığından bu sənətə başlayıb. Kolxozun dəmirçisi olan babası Kərəm kişiyə həm kömək edib, həm də sənətin sirlərinə yiyələnib. Hərbi xidmətdən döndüyündə babasının dünyadan köçdüyünü, emalatxananın işləmədiyini görən sənətkar, elə o vaxtdan qolunu çirməyərək işə başlayır.

O, kolxoz vaxtı dəmirçiyə daha çox ehtiyac olduğunu deyir: "1950-ci ildən bu sənətlə məşğulam. O vaxtlar iş çox olurdu. Nahara evə gedə bilmirdim, yeməyi də zindanın üstündə yeyirdim. Öküz, at nalları kəsirdim, araba təkərləri üzləyirdim, kotanlar hazırlayırdım. Sonradan texnika artdıqca, bizə də ehtiyac azaldı. İndi ən çox külüng, bel, dəhrə, bıçaq hazırlayıram".

© Sputnik / Ilham Mustafa
İki əsrdir bu bacadan tüstü çıxır

H. Kərimovun qoç buynuzundan düzəltdiyi bıçaqlar bölgədə "Öysüzdü bıçağı" kimi ad qazanıb. Sənətkar hazırladığı məhsulları fərqləndirmək üçün əl işlərinin üzərinə öz emblemini də vurur. Tanıyanlar bu nişanı harada görsələr, onu öysüzlü dəmirçi Kərəmin nəvəsi dəmirçi Həsənin düzəltdiyini bilirlər.

Həsən kişinin işlətdiyi ləvazimatların iki əsrədək yaşı var. Bunların ona babasından, babasına isə öz atasından qaldığını deyən həmsöhbətimiz qeyd edir ki, nə qədər canında can var, zindanını səssiz, bacasını tüstüsüz qoymayacaq.

Lakin daş kömürün tapılmaması bu işdə sənətkarı çətin vəziyyətə salır. Sonuncu dəfə nəvəsinin Bakıdan çətinliklə tapıb göndərdiyi bir kisə kömür artıq qurtarmaq üzrədir. "Kömür olmasa, işdə olmaz, dərdin alem. Dəmiri qızdırıb döyərlər" — şirin Tovuz ləhcəsi ilə fikrini belə izah edir…

294
Teqlər:
Yuxarı Öysüzlü, dəmir, dəmirçi, dəmirçilik, baba, Həsən Kərimov, sənətkar, peşə, usta, kömür, Tovuz, ata
Əlaqədar
Onlar bütün Azərbaycana bir kənddən yayılıblar
Bitkilərin dilini bilən adam: onun bağında fəsillər dəyişmir
Arzularını kişi sənətinə qurban vermiş Arzu
Ona rayonda "təqaüdçülərin anası" deyirlər
Bu peşədə qazanc önəmli deyil
Azərbaycanlı ustanın icadı görənləri heyrətə salır
İnsan qanı dolu paketlər, arxiv şəkli

Xərçəng xəstələrinə ümid işığı: Yeni test sağ qalma şansını artıracaq

3
(Yenilənib 23:32 27.11.2020)
"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

BAKI, 28 noyabr — Sputnik. İngiltərənin Milli Səhiyyə Xidməti qandan 50 növ xərçəngin erkən əlamətlərini aşkar edən bir testi yoxlayacaq.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, "Qan Analizi Qalereyası" 165.000 xəstə üzərində test ediləcək. Əvvəlki tədqiqatlar diaqnozu çətin olan bir çox xərçəng növünü -  boyun, yumurtalıq və beyin xərçənglərini müəyyən edə bildiyini göstərmişdi.

Yeni testin effektiv olduğu sübut edilərsə, erkən mərhələlərdə xərçəng diaqnozu üçün geniş istifadə ediləcək. Bu, dördüncü mərhələdə xəstəliyin aşkarlanması halları ilə müqayisədə xəstələrin sağ qalma sürətini beş-on qat artıracaq.

"Analiz Qalereyası" Amerikanın "Greil" şirkəti tərəfindən hazırlanıb. Test qanda molekulyar səviyyədə dəyişikliklər tapır və bu da xərçəngin aşkarlanmasına imkan verir.

Milli Səhiyyə Xidməti sınaqların 2023-cü ilə qədər bitməsini planlaşdırır. Bu, 2024-2025-ci illərdə yeni qan testinin geniş yayılmasına imkan verəcək.

3
Teqlər:
İngiltərə, ABŞ, qan, test, xərçəng xəstəliyi
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

4
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

4
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı